Avtomobillər haqqında bilmədikləriniz....

Avtomobillər haqqında bilmədikləriniz....Bir düşünək, bu gün avtomobillər olmadan yaşaya bilərikmi? Əlbəttə ki, yox! Çünki onlar həyatımızın tərkib hissəsinə çevriliblər. Müasir insanın bir növ köməkçisinə çevrilmiş avtomobillərin də maraqlı tarixi və inkişaf mərhələsi olub. Elə bu "köməkçi" haqqında bilməyimiz gərəkən bəzi maraqlı faktlar da var:

İlk avtomobillərdə dairəvi sükan olmayıb – sürücülər avtomobili rıçaqın köməyi ilə idarə edib.

Təhlükəsizlik yastığının sürəti bir saniyədə 5000 km/saata çatır. Təhlükəsizlik yastıqları elə hazırlanıb ki, toqquşmadan sonra 40 millisaniyə ərzində açılırlar.

Ferrari bir gündə 14 avtomobil istehsal edir. Beləliklə, hər gün 14 Ferrari superkarı işıq üzü görür!

Tata Nano dünyada ən ucuz avtomobildir. 2500 ABŞ dollarına.

Avtomobildə şüşətəmizləyənlər ilk dəfə qadın tərəfindən tətbiq edilib.

Nikolas Kaqnot buxar mühərriki quraşdırılmış ilk avtomobili düzəltdikdən iki il sonra buxarla işləyən başqa bir nəqliyyat vasitəsi də ixtira etdi. Bir dəfə onun hazırladığı nəqliyyat vasitəsi divara dəydi. Bu, tarixdə ilk avtomobil qəzası idi.

Amerika avtomobillərinin çoxu "Fa" notunda səs siqnal verirlər.

"Formula-1"yarışlarındakı Ferrari komandasının unikal xüsusiyyəti ondadır ki, bu komanda öz avtomobilləri üçün şassi və mühərrikləri özü hazırlayır.

Cəmi 107 Ford GT40 modeli hazırlanıb, onlardan yalnız yeddisi adi yollarda hərəkət edən avtomobillərdir.

Bu gün dünyada ən böyük avtomobil Liebherr T 282B alman yük avtomobilidir. Onun çəkisi 222 tondur. Kabinəyə daxil olmaq üçün sürücü 16 pilləni qalxmalı olur.

Rolls-Roysavtomobilini bamperindəki heykəlciyin dəyəri 5000 dollardır. Bu avtomobillərin çoxu sifarişlə hazırlanır. Deyilənlərə görə, adambaşına sayca ən çox Rolls-Roys düşən ölkə Honkonqdur. Hətta bu iddia doğru olmasa belə, əfsanəvi Honkonq oteli "Peninsula"nın avtoparkında 15 Rolls-Roys avtomobili var. Onlardan biri 1934-cü ildə buraxılmış Fantom-dur. Bu avtomobil bir çox kino ulduzlarını, o cümlədən bir neçə dəfə Ceyms Bondu daşıyıb.

Statistikaya əsasən, milyonçuların 80%-i işlənmiş avtomobil alır.

"Pobeda"avtomobilini əvvəlcə "Rodina" (tərcüməsi "vətən" deməkdir) adlandırmaq planlaşdırılmışdı. Bundan xəbər tutduqda Stalin kinayə ilə soruşmuşdu: "Vətəni neçəyə satacaqsınız?" Bundan sonra avtomobilin adı dərhal dəyişdirildi.

Tıxaclar ilk dəfə Romada yaranıb. Buna görə də məhz italyanlar küçə tıxaclarının "yaradıcıları" hesab olunurlar. Yeri gəlmişkən, indi Romada şəxsi avtomobillə şəhərin mərkəzinə daxil olmaq qadağandır. Bu qayda yalnız şəhərin mərkəzi hissəsində yaşayanlara tətbiq edilmir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1776   Tarix: 29 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21 aprel
.

Xidmet.az ilə xidmətlərin sifarişi

müxtəlif xidmətləri bir saytda birləşdirən istifadəçilərinə geniş bir xidmət sahələri təklif edən onlayn saytdır. Saytımızda hər bir istifadəçinin ehtiyaclarına uyğun xidmətlər asanlıqla tapmaq olar. Usta və Təmizlik Xidmətləri. Ev və iş yerləriniz üçün lazımi təmir və təmizlik xidmətləri saytında sizlər

23 aprel
.

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilə

20 aprel
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21 aprel
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

24 aprel
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21 aprel
.

56 milyon insanın ölümünün dəhşətli sirri AÇILDI - Dondurulmuş soyqırım

Antarktidadan gələn buz nümunələrinin tədqiqi alimlərə avropalıların Amerikaya müstəmləkəçilik etməyə gəlməsi ilə bağlı dəhşətli həqiqəti üzə çıxarmağa imkan verib. -ın xarici KİV-ə istinadən xəbərinə görə, alimlərin aşkar etdiyi sübutlar 15-ci əsrdə müstəmləkəçiliyin başlanğıcının 56 milyon insanı

19 aprel
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14 aprel