Azərbaycanlı politoloq Rusiyanın "NTV" kanalında generalı belə susdurdu - VİDEO

Azərbaycanlı politoloq Rusiyanın "NTV" kanalında generalı belə susdurdu - VİDEO27 noyabr 2015-ci ildə Rusiyanın "NTV" kanalında tanınmış jurnalist Sergey Minayevin müəllifi olduğu "Bolşinstvo" ("Çoxluq") verilişində Türkiyə-Rusiya münasibətləri müzakirə olunub. Müzakirələrə sabiq Hərbi Hava qüvvələri komandanlarından general İqor Sulin, Rusiya Federasiyasının Müdafiə məsələləri üzrə komitəsinin 1-ci müavini Frans Klinseviç, "Sağ qüvvələr ittifaqı" İctimai Hərəkatının sədri Leonid Qozman və Strateji Kommunikasiya Mərkəzinin prezidenti Dmitriy Abzalov kimi ictimai-siyasi xadimlər qatılıblar. Türkiyə tərəfini politoloq Toğrul İsmayıl təmsil edib. Gərgin keçən müzakirələrdə Türkiyə və onun dövlət rəhbərliyi dəfələrlə təhqir olunub və Toğrul İsmayılın yerində cavabları ilə qarşı tərəf belə demək mümkündürsə, susdurulub. Məxsusən Rusiya Prezident Administrasiyasının Millətlərarası məsələlər üzrə nümayəndəsi Faiz Xavala tez-tez təxribatçı mövqeyi ilə müzakirələrin məcrasından çıxmasına çalışıb. Toğrul İsmayılın təmkinli duruşu təxribatın qarşısını alıb. Hətta Rusiya Federasiyasının Müdafiə məsələləri üzrə komitəsinin 1-ci müavini Frans Klinseviç verilişin sonunda Toğrul İsmayıla təşəkkür edib və "çox istərdik Türkiyəni sizin kimi politoloqlar təmsil etsinlər" deyib. Geniş ictimai rezonans doğuran veriliş Azərbaycan ictimaiyyətində də müzakirə mövzusu olub.
toğrul ismayıl-1
Təmkinli davranışı, məntiqli, eyni zamanda cəsarətli mövqeyi ilə Türkiyənin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi kimi qardaş ölkəni müdafiə edən Toğrul İsmayıl həm də azərbaycanlıdır. Xural.com hazırda Türkiyənin Ankara şəhərində yaşayan Toğrul İsmayılla əlaqə saxladı. Toğrul İsmayıl bizə "NTV"-dəki müzakirələrin pərdəarxasını danışdı: "Efirdə görünəndən betərdir fasilə arasında. İdbar söyüşlərlə adamı təhqir edir, təsir göstərməyə çalışırlar. Mən canlı yayından betər, reklamlar arasında olan fasilələrdə döyüşdüm onlarla. Fasilələrdə apardığım mübarizə sonradan canlı yanına da öz təsirini göstərdi. Son bir həftədə 80 dəfə bu mövzu ilə bağlı çıxışlarım olub və növbəti çıxışım ORT-də olacaq. Yeri gəlmişkən, mənə dəstək verən, zəng edən bütün həmvətənlərimə təşəkkür edirəm və minnətdaram. Bu dəstək məni daha da ruhlandırır və güclü edir."
Toğrul İsmayıl Rusiya ilə Türkiyənin arasında məsələnin dinc yolla nizama salınmasını, prezidentlərin – Vladımir Putinlə Rəcəb Tayyib Ərdoğanın bir araya gəlmələrini, bu baş verməsə belə, Azərbaycan Prezidenti İlham Əliyevin, yaxud Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin vasitəçilik missiyasından istifadə olunması təklifi ilə çıxış edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3744   Tarix: 29 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel