Rusiyanın Türkiyədən üç tələbi

Rusiyanın Türkiyədən üç tələbiRusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov Ankara ilə Moskva arasında gərginliyin azaldılması üçün 3 tələb irəli sürüb.

Sonxeber.az-ın ans press-ə istinadən məlumatına görə, Sergey Markov iki ölkə arasındakı buzların nə zaman əriyəcəyi barədə ciddi açıqlamalar verib.

Su-24 təyyarəsinin vurulmasından sonra çox şeyin 180 dərəcə dəyişdiyini deyən Markov bildirib ki, Moskva bu hadisəyə qədər Ankaranı dost ölkə olaraq görürdü.

"Ancaq təyyarəmiz vurulursa, pilotumuz öldürülürsə, biz bunu dost olaraq deyil, düşmən addımı kimi dəyərləndiririk. Türkiyəni idarə edənlərin bir çox səhvlərinin olduğunu biz daha öncə də görürdük. Lakin Türkiyə ilə çox yaxın münasibətlərimiz olduğu üçün bunları açıq şəkildə dilə gətirmirdik. Arıtq bu atmoster pozulduğu üçün, Türkiyə rəhbərliyinin səhvlərini açıq-aşkar deməymiz üçün heç bir maneə yoxdur", deyə Markov bildirib.

Bununla yanaşı, Putinin yaxın adamı Markov Rusiya ilə Türkiyə arasında mövcud olan gərginliyin müharibə ilə nəticələnməyəcəyini deyib.

"Türkiyə və Rusiya arasında müharibənin olmasını heç kim istəmir. Digər tərəfdən isə təhlükəli vəziyyət yaranıb. Suriyada həm Türkiyə, həm də Rusiya öz varlığını göstərməyə çalışır. Hətta Türkiyədə bəzi siyasətçilər Azərbaycanı Dağlıq Qarabağa hərbi müdaxilə etməyə təşviq edir.

Halbuki, Azərbaycan və Ermənistan arasında müharibə başlayarsa, Rusiya Ermənistanla bağladığı müqavilələr çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək məcburiyyətində qalacaq. Bu təhlükələr qarşısında son dərəcə soyuqqanlı olmaq lazımdır", deyə Markov bildirib.

Rusiya ilə Türkiyə arasında iqtisadi müharibənin pik həddə çatmasınin iki ölkənin iqtisadiyyatına böyük ziyan vurduğunu deyən Sergey Markov deyib ki, Rusiya prezidenti Vladimir Putin ölkələr arasında uzlaşma formulunu təklif edib

Rusiyanın Türkiyədən 3 tələbi:

1. Təyyarənin Suriya hava məkanında vurulması qəbul edilməlidir. Təyyarənin pilotları katapult edərək paraşütlə Suriya torpaqlarına düşüblər. Bu, təyyarənin Suriyada olarkən vurulduğunu isbat edir.

2. Türkiyə bu hadisədən dolayı üzr istəməlidir

3. Təyyarənin vurulmasında məsuliyyətli olan şəxslər cəzalandırılmalıdır.

Markov deyib ki, Putinin bu təklifi Rusiya və Türkiyə arasında iqtisadi və siyasi müharibəni dayanmasına səbəb olacaq. Siyasətçi sözlərinə onu da əlavə edib ki, iki ölkə arasındakı münasibətlər əvvəlki səviyyəsinə qayıtmayacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4025   Tarix: 29 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Qur

20 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel