DTX əməliyyat keçirdi - Dövlətə xəyanətdə şübhəli bilinən Mingəçevir sakini saxlanıldı - FOTO

DTX əməliyyat keçirdi - Dövlətə xəyanətdə şübhəli bilinən Mingəçevir sakini saxlanıldı - FOTODövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər Anar Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar vermişdir. Anar Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı Anar Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

Anar Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2757   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şüvəlanda əl qumbaraları və partladıcılar aşkarlanıb

Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində əl qumbaraları və partladıcılar aşkarlanıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrup

25 mart
.

Zaqatalaya 44 sm qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 44 sm, Şahdağda 31 sm, Qrızda 3 sm olub. Düşən yağıntını

24 mart
.

Araz Ağalarov danışdı: "20 ildə belə bir şey olmamışdı" - VİDEO

Moskvada yerləşən "Crocus City Hall"un sahibi Araz Ağalarov ilk dəfə olaraq martın 22-də konsert zalında baş verən terror aktına münasibət bildirib. O, oğlu Emin Ağalarov və filial direktoru Roman Qraçovla birlikdə hadisə yerinə baş çəkib. "Dəhşətli faciə baş verdi və artıq deyildiyi kimi

24 mart
.

Ağstafada maşın aşdı, üç gənc yaralandı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb. Minik maşınının yoldan çıxaraq aşması nəticəsində avtomobildə olanlar - 2005-ci il təvəllüdlü Əhmədli Aqşin Habil oğlu, Əhmədli Həsən Gülağa oğlu və 2005-ci il təvəllüdl

26 mart
.

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində baş verib. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili idarəetməni itirərib və yoldan çıxara

24 mart
.

Türkiyədə uşaqlar arasında başlayan dava ölümlə bitib

Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda uşaqlar arasında başlayan dava böyüklərin də işə qarışması nəticəsində faciə ilə nəticələnib. Qeyd olunur ki, böyüklər arasındakı dava zamanı silahdan istifadə edilib. Nəticədə bir nəfər ölüb, daha bir nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

23 mart
.

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb. Bu barədə -a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobildən maqnitofon, akkumulyato

24 mart
.

Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Həyat kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisini

23 mart
.

Qərbi Azərbaycan Xronikası: Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında "Qardaşının amansızlıqla qətli Mustafa bəy Topçubaşovun İrəvandan köçməsinə səbəb oldu" adlı süjet hazırlanıb. xəbər verir ki, verilişdə görkəmli cərrah-alim, ictimai və dövlə

24 mart