Gömrük Komitəsi ilə ATV arasında qalmaqal - Video

Gömrük Komitəsi ilə ATV arasında qalmaqal - VideoÖtən gün ATV telekanalı Gürcüstan-Azərbaycan sərhəddində, Sınıqkörpü Sərhəd Keçid Məntəqəsində baş verən qanun pozuntuları haqda material hazırlayıb.

Sonxeber.az "Qafqazinfo"-ya istinadən

xəbər verir ki, xəbər aparıcısı süjeti bu təqdimatla efirə verib: "Qanun icra üçün verilir, gömrük sahəsində islahatların reallaşmaması qanunun icra olunmaması təbii ki vətəndaşı narahat edir. Demək hazırda əl yükü kimi 10 kq məhsul keçirməyə icazə verilsə də bu yük deyəsən kiməsə ağır gəlir nəticə etibarilə çəkisindən asılı olmayaraq yük yenə də sadə vətəndaşın üzərinə düşür."

Süjetdə isə keçid məntəqəsində ciddi problemlərin olduğu bildirilir, müsahibə verən vətəndaşlar gömrük əməkdaşlarının qanunsuz hərəkətlərindən danışırlar.

Bu gün isə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti telekanalın hazırladığı materiala sərt cavab verib. Qurumun mətbut xidmətindən "Qafqazinfo"ya daxil olan xəbərdə bildirilir ki, "Azad Azərbaycan" televiziyasının efirində yayımlanan "Atv xəbər " verilişindəki süjetdə gömrük postunun qarşısında çəkilən kadrlar əsasında hazırlanan süjetdə gömrük sahəsində həyata keçirilən islahatlara guya əməl olunmamasından, qanunların pozulmasından danışılır. Komitənin cavabında yazılır: "Müşahidələr göstərir ki, bəzi medya orqanları ölkədə yaranan iqtisadi mühitdən istifadə edərək qərəz, reytinq, qeyri-peşəkarlıq vəya məlumatsızlıq nəticəsində həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatlar yaymağa çalışır. Yanvarın 6-da saat 21:00-da "Azad Azərbaycan" televiziyasının efirində yayımlanan "Atv xəbər" verilişindəki süjetdə də bu qəbildən olan məlumatlar öz əksini tapıb. Süjetdə dövlət sərhədini keçdiyi ehtimal olunan və titrlərdə adı , soyadı əks olunmayan şəxslərdən alınan müsahibə əsasında verilən informasiyaya görə sözügedən gömrük postunda Gürcüstandan gələn vətəndaşlara guya 10 kq əl yükünü keçirməyə icazə verilmir və gömrük əməkdaşları "qanunlara etinasizliq göstərərək" gömrük sərhədindən istədikləri qədər yükü buraxır və ya ümumiyyətlə buraxmır. Üstəlik gömrükçülərin vətəndaşlarla davranış qaydalarına əməl etmədiyi və onlarla kobud davrandığı iddia olunur.

Sözügedən reportajın qeyri peşəkarcasına hazırlandığı göz qabağındadır. İlk növbədə 10 kq əl yükü deyildikdə nədən bəhs olunduğu, hansı qanun və ya qaydaya əsasən bu fikirlərin səsləndirildiyi faktlarla əsaslandırılmalıydı. Bununla bağlı Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalari" nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər gömrük sərhəddindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər və gömrük keçid məntəqələrində bu qanuna tam əməl olunur.

Adları, dövlət sərhədini hansı məqsədlərlə keçdiyi belə bilinməyən şəxslərin diliylə dövlətin iqtisadi təhlükəsizliyini təmin edən qurumlarından birinin qanunları pozmaqda ittiham etmək isə absurddur. Süjeti hazırlayanların diqqətinə çatdırırıq ki, Dövlət Gömrük Komitəsi gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçidini Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə həyata keçirir , bütün gömrük postları 24 saat ərzində yüzlərlə kamera ilə izlənilir və proseslər qeydə alınır. Bu sistemin imkanlarından istifadə edərək apardığımız araşdırma zamanı məlum oldu ki, süjetdə müsahibəsi təqdim olunan qadın Azərbaycan Respublikası vətəndaşı, Qazax rayon sakini Sona İsmayılovadır. 57 yaşlı Sona İsmayılova son bir ayda dövlət sərhədini 62 dəfə keçib.

Süjetdə istədiyi qədər "əl yükünü" keçirə bilmədiyi üçün "dolana bilmədiyini" iddia edən Azərbaycan Respublikası vətəndaşı, Qazax rayon sakini 1984-cü il təvəllüdlü Tural Namazov isə ötən ilin dekabr ayının 8-dən bugünədək dövlət sərhədini 102 dəfə keçib və 07 yanvar 2016 tarixində yenidən Gürcüstan Respublikasına səyəhət edib. Maraqlısı isə odur ki, "dolana bilmədiyini" iddia edən Tural Namazov hər dəfə özü ilə 3 blok siqaret gətirib ki, bu da ümumilikdə 1530 qutu deməkdir. Yəqin ki, Tural Namazovun dilindən dövlətin strateji qurumlarından birinin fəaliyyətini şübhə altına alanlar onun bu qədər siqareti şəxsi istifadə üçün gətirdiyini iddia edə bilməzlər.

Gömrük əməkdaşlarının vətəndaşlarla kobud davranışına gəlincə isə konkret bunu iddia edən Sona İsmayılova ilə gömrükçülərin necə davrandığını aşağıdakı videodan aydın görmək olar.

Azərbaycan respublikasının mövcud qanunvericiliyinə görə hər hansı məlumat yayımlanmadan öncə aidiyyatı qurumların da rəyi öyrənilməlidir ki, sözügedən süjet hazırlanarkən Dövlət Gömrük Komitəsinin rəyi öyrənilməyib.

Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını və onların əməkdaşlarını fəaliyyətləri zamanı qərəzsizliyə, peşəkarlığa, olkə qanunlarına hörmət etməyə etməyə çağırır.

Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki, milyonlarla izləyicisi olan auditoriya vasitəsilə yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında məsuliyyət daşıyırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2961   Tarix: 07 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kontakt Home" 1,7 milyondan çox borc ödəməyə məcbur edildi

Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkəti dövlət qarşısında yığılmış külli miqdarda vergi borcunun 23 faizini ödəyib. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarını

18 dekabr
.

Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - Fotolar

Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayev ürək tutmasından vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Müşfiq Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi idi. Qeyd edək ki, 18 yaşlı Müşfi

18 dekabr
.

İKZF-nin 68 milyonluq mənzil aldığı "Maksimus" MKT kimindir?

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Maksimus" şirkəti seçilib. Tərəflər arasından bağlanacaq satınalma müqaviləsinin maliyy

17 dekabr
.

Ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub - DİM detalları açıqladı

"Bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi araşdırma aparılıb". xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəz

17 dekabr
.

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin

18 dekabr
.

Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)

Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib. Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərin

18 dekabr
.

Audiovizual Şura boşanmalarla bağlı verilişə görə "MTV" kanalına xəbərdarlıq etdi - Video

Audiovizual Şura ailə institutunu nüfuzdan salan informasiya yayımlanmasına görə "MTV" kanalına xəbərdarlıq edib. "Qafqazinfo" xəbər verir ki, Audiovizual Şuranın onlayn iclası keçirilib. İclasda "MTV" kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunub. Bildirili

17 dekabr
.

AZAL-dan daha bir yenilik - Yan oturacağı "bloklaya" bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib. xəbər verir ki, artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən "bloklaya" bilərlər. Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkan

18 dekabr
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

18 dekabr