Məscidlərdə QƏTLİAM: 27 ölü, 50 yaralı - 4 nəfər saxlanıldı - FOTO/VİDEO

09:25

Şahidlərin dediklərinə görə, "Əl Nur" məscidindəki gülləbaranda ən azı 50 dəfə atəş açılıb.

Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, məscidə soxulan şəxs namazı başa vurmuş adamları nişan alaraq atəş açmağa başlayanda müsəlmanlar məsciddən qaçmağa çalışıblar.

Həmin şəxs Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Qrafton şəhərinin sakini Brenton Tarrantdır. O, "Əl Nur" məscidindəki gülləbarandan canlı yayım edib.

Yaralıların aparıldığı Kraystçörç hospitalının yaxınlığında da atəş səsi eşidilib. Polisdən verilən məlumata görə, "Əl Nur" və Linvud məscidlərinin yaxınlığındakı avtomobillərə də bir neçə bomba qoyulubmuş.

Məscidlərdə gülləbaran zamanı təqribən 100 müsəlman namazı başa vurmuşdular.

Brenton Tarrant məscidə yollananda Facebook-dakı profilində canlı yayıma başlayıb. Onun əynində kamuflyaj paltar, gülləkeçirməyən jilet, başında dəbilqə, əlində isə avtomat vardı. Avtomatın üzərinə "Gəlin, əyləncəyə başlayaq!" yazılmışdı.

Tarrantın maşınında 6 avtomat, 5 tapança və iki çantada patronlar vardı.

Twitter-dəki akkauntunda paylaşdığı manifestində Tarrant müsəlmanlara, İslama və miqrantlara nifrət etdiyini bəyan edib.

"Mən adi, fəhlə ailəsində douğlub böyümüşəm. Ailəmiz yoxsuldu. Xalqım üçün daha yaxşı gələcək istəyirəm. Yeni Zelandiya hücum üçün ilk seçimim deyildi. Sadəcə, Yeni Zelandiyada aksiyanı gerçəkləşdirsəm, bu ölkənin təhlükəsiz olmadığını göstərəcəyəm. Qoy, anlasınlar ki, onlar üçün dünyanın heç bir ölkəsi təhlükəsiz deyil. Ağdərililərin gələcəyini təmin etmişəm. Bu aksiyam tarix boyu müsəlmanların Avropada ağdərililərə qarşı törətdikləri vəhşiliklərə, yüz minlərlə insanı qətlə yetirmələrinə cavabımdır. Bu aksiya müsəlman qul tacirlərinin vətənlərindən didərgin salıb kölə etdikləri, satdıqları milyonlarla avropalının taleyinə cavabımdır. Bu aksiya Avropada terror hücumları nəticəsində həlak olmuş minlərlə avropalı üçün cavabımdır".

----------
09:19

Yeni Zelandiyada iki məsciddə gülləbaranlarda 28 nəfər həlak olub.

Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, silahlı şəxslər Kraystçörç şəhərinin Dins Avenyu və Linvud Avenyu küçələrindəki iki məscidə soxularaq atəş açmağa başlayıblar. Gülləbaran gündüz namazından sonra törədilib.

"Linwood Masjid" və "Al Noor Mosque" məscidlərindəki gülləbaranlarda onlarla yaralı var.

Polis hücumda şübhəli bilinən 4 nəfəri - 3 kişini və 1 qadını saxlayıb. Onlardan biri Avstraliya vətəndaşı olan 28 yaşlı Brenton Tarrantır.

Tarrant 17 dəqiqə ərzində məsciddəki gülləbarandan canlı yayım edib. O, cinayəti törətməzdən əvvəl sosial şəbəkələrdə 37 səhifəlik "manifest" yayıb.

Tarrantın sosial şəbəkələrdəki akkauntları hazırda bağlıdır.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern faciəni ölkə tarixinin ən məşum günlərindən biri adlandırıb.

Məscidlərdə QƏTLİAM: 27 ölü, 50 yaralı - 4 nəfər saxlanıldı - FOTO/VİDEOMəscidlərdə QƏTLİAM: 27 ölü, 50 yaralı - 4 nəfər saxlanıldı - FOTO/VİDEOMəscidlərdə QƏTLİAM: 27 ölü, 50 yaralı - 4 nəfər saxlanıldı - FOTO/VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1246   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti

15 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021