Dollar iki manat olacaq

Dollar iki manat olacaqSberbank CİB (Rusiyanın "Sberbank"ın korporativ-investisiya biznesi) ötən gün "MDB: Borc bazarları" investisiya hesabatını dərc edib.

Sonxeber.az AzVision.az-a istinadən xəbər verir ki, hesabatda manat da daxil olmaqla, Körfəz ölkələri Əməkdaşlıq Şurasına üzv ölkələrinin valyutalarının məzənnələrinin səviyyədə düşəcəyinə dair proqnozlar yer alıb.

"Vəziyyətin bu cür olmasına səbəb bazarın neft qiymətlərinin "dib"ini proqnozlaşdırmaqda çətinlik çəkməsidir. Ötən gün (19 yanvar) elan olunan qərarlara baxmayaraq, "Brent" markalı neft 25 dollar və daha aşağı göstəriciyə düşsə, USD/AZN məzənnəsi hazırkı 1,60 göstəricisindən yuxarı qalxacaq və ola bilər ki, 1 dollar üçün 2 manat göstəricisinə yaxınlaşsın", - deyə hesabatda qeyd olunur.

Hesabatda, həmçinin vurğulanır ki, Azərbaycan rəhbərliyi ölkə xaricinə kapital axının kənara çıxarılmasının qarşısını almaq üçün müəyyən məhdudiyyətlər qəbul ediblər.

"Yeni qaydaların tətbiq olunması ilə bağlı qərar Azərbaycan Mərkəzi Bankının manatın dollara olan məzənnəsini 35% ucuzlaşdırmaqla üzən məzənnəyə keçmək barədə qərarından düz bir ay sonra qəbul edilib. Azərbaycan neft qiymətlərinin aşağı düşməsi ( hazırda neft qiymətləri 75% aşağı düşüb) fonunda Rusiya və Qazaxıstanın son 18 ay ərzində yaşadığı problemlərlə qarşılaşıb. Neftin ucuzlaşması kursun fiksləşdiyi ölkələrin valyutalarına güclü təzyiq göstərib. Nəticədə yaranan vəziyyət büdcə dinamikasının pisləşməsi ilə nəticələnib. Təcrübə göstərir ki, bu cür çətinliklər çəkən ölkələr öz qızıl – valyuta ehtiyatlarının tükənməsinin qarşısını almaq məqsədilə üzən valyuta keçidin xeyrinə qərar qəbul edirlər.

Azərbaycana gəldikdə isə yerli Mərkəzi bankın rezervləri 15 milyard dollardan təxminən 6 milyard dollara düşüb. Lakin ölkənin Dövlət Neft Fondunda 30 milyard dollardan yuxarı əlavə ehtiyatlar var",- deyə "Sberbank"ın hesabatında bildirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 5474   Tarix: 21 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021