Kimə nə satırıq, kimdən nə alırıq? - TƏHLİL

Kimə nə satırıq, kimdən nə alırıq? - TƏHLİLÖtən il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 20 milyard 645 milyon 880,2 min ABŞ dolları təşkil edib.

Sonxeber.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, dövriyyədə ixracın payı 11 milyard 424 milyon 477,34 min dollar, idxalın payı isə 9 milyard 221 milyon 402,86 min dollar olub.

Göründüyü kimi, ixrac-idxal əməliyyatlarında yarana müsbət saldo 2 milyard 203 milyon 74,48 min dollardır.

İndi isə ixrac və idxalın strukturuna nəzər salaq, o cümlədən əsas ticarət tərəfdaşlarımızı tanıyaq.

KİMƏ NƏ SATIRIQ?

Azərbaycanın ixrac etdiyi malların siyahısına nəzər saldıqda məlum olur ki, burada xam neft dominantlığını qoruyur - ötən il 8 milyard 866 milyon 158,6 min dollarlıq xam neft ixrac etmişik ki, bu da ötən illə müqayisədə 51,8% azalma deməkdir. Xam neftin ixracının ümumi ixracda payı 77,61%-dir.

Xam neftin fonunda o qədər də böyük görünməsə, ixracda əsas yerlərdən birini neft məhsulları (2 710 mal kodu üzrə) tutur. Ötən il Azərbaycan 751 milyon 921,59 min dollarlıq bu qəbildən olan mal ixrac edib. Neft məhsullarının ümumi ixracda payı 6,58%-dir. Düzdür, 2014-cü (1 milyard 365 milyon 7,15 min dollarlıq ixrac) illə müqayisədə neft məhsullarının ixracında azalma müşahidə olunub.

İxracdakı payına görə üçüncü yerdə qərarlaşan meyvə-tərəvəz ixracında isə artım müşahidə olunmaqdadır. 2014-cü ildə Azərbaycan 304 milyon 684 min dollarlıq meyvə-tərəvəz ixrac etdiyi halda, ötən ilin sonuna bu rəqəm 311 milyon 929 min dollar təşkil edib. Yeri gəlmişkən, meyvə-tərəvəz ixracının ümumi ixracda payı 2,73%-dir.

Ən çox ixrac olunan mallar arasında şəkər də yer alıb. Belə ki, Azərbaycan ötən il 212 milyon 87,89 min dollarlıq şəkər ixrac edib ki, bu məhsulun ümumi ixracda payı 1,86% təşkil edib. 2014-cü illə müqayisədə ötən il şəkər ixracında 4,1% azalma qeydə alınıb.

İxrac olunan malların TOP-5-ni təbii qaz qapayır. Belə ki, Azərbaycan ötən il 200 milyon 739,68 min dollarlıq təbii qaz ixrac edib ki, onun ümumi ixracda payı 1,76%-dir. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə Azərbaycandan 304 milyon 684 min dollarlıq təbii qaz ixrac edib.

Ötən il Azərbaycan məhsullarının 59,1%-i Avropa İttifaqına (Aİ) üz olan ölkələrə ixrac olunub. Mütləq ifadədə, Aİ-yə üzv olan ölkələrə 6 milyard 751 milyon 671,75 min dollarlıq Azərbaycan malları ixrac olunub. Maraqlıdır ki, 2014-cü ildə bu rəqəm 11 milyard 567 milyon 574,51 min manat təşkil edib.

MDB ölkələrinə hesabat dövründə 525 milyon 389,88 min dollarlıq (ümumi ixracda payı 4,6%-dir) mal ixrac olunub. 2014-cü ildə bu rəqəm 838 milyon 56,17 min dollar təşkil edib. Burada da azalma göz önündədir.

İtaliya Azərbaycan məhsullarının ən çox ixrac olunduğu ölkədir. Heç şübhəsiz ki, burada xam neft və neft məhsulları üstünlük təşkil edir. 2015-ci ildə Azərbaycandan İtaliyaya 2 milyard 254 milyon 330,5 min dollarlıq (ümumi ixracda payı 19,73%) mal ixrac edilib.

İxracda əsas ölkələr siyahısında ikinci yeri Almaniya tutub ki, Azərbaycandan bu ölkəyə ötən il 1 milyard 223 milyon 962,02 min dollarlıq (ümumi ixracda payı 10,17%) mal ixrac olunub.

Ümumi ixracda 7,56%-lik paya malik olan Fransaya ötən il Azərbaycandan 864 milyon 155,79 min dollarlıq mal göndərilib.
KİMDƏN NƏ ALIRIQ?

Azərbaycanın idxal etdiyi malların siyahısına nəzər saldıqda məlum olur ki, burada maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri əsas pay sahibidir. Ötən il 2 milyard 465 milyon 306,51 min dollarlıq (ümumi idxalda payı 26,73%) bu qəbildən olan mal idxal etmişik ki, bu da ötən illə müqayisədə 4,6% azalma deməkdir.

İdxalda əsas yerlərdən birini qara metallar və onlardan hazırlanan məmulatlar tutur. Ötən il Azərbaycan 1 milyard 586 milyon 803,6 min dollarlıq (ümumi idxalda payı 17,21%) bu qəbildən olan mal idxal edib ki, ötən ilin əvvəlinə bu rəqəm 1 milyard 15 milyon 621,83 min dollar (56,24%-lik artım) olub.

İdxaldakı payına görə üçüncü yerdə qərarlaşan nəqliyyat vasitəsi və onların hissələri idxalında da kəskin artım müşahidə olunmaqdadır. 2014-cü ildə Azərbaycan 841 milyon 898,2 min dollarlıq bu qəbildən olan mal idxal etdiyi halda, ötən ilin sonuna bu rəqəm 1 milyard 217 milyon 145,99 min dollar (44,57%-lik artım) təşkil edib. Yeri gəlmişkən, nəqliyyat vasitəsi və onların hissələri idxalının ümumi idxalda payı 13,20%-dir.

Ən çox idxal olunan mallar yeyinti məhsullarının yer almaması təəccüblü görünərdi. Belə ki, Azərbaycan ötən il 979 milyon 509,85 min dollarlıq yeyinti məhsulları idxal edib ki, onların ümumi idxalda payı 10,62% təşkil edib. 2014-cü illə müqayisədə ötən il yeyinti məhsullarının idxalında 7,8% azalma qeydə alınıb.

İxracda olduğu kimi, idxal əməliyyatlarının əsas hissəsi də Aİ ölkələrinin payına düşür. Ötən il Azərbaycan gətirilən malların 31,9%-i Aİ-dən idxal olunub. Mütləq ifadədə, Aİ-yə üzv olan ölkələrdən Azərbaycana 2 milyard 943 milyon 312,606 min dollarlıq mal gətirilib. Maraqlıdır ki, 2014-cü ildə bu rəqəm 3 milyard 104 milyon 148,6 min manat təşkil edib.

MDB ölkələrinə hesabat dövründə 1 milyard 961 milyon 60,74 min dollarlıq (ümumi idxalda payı 21,27%-dir) mal idxal olunub. 2014-cü ildə bu rəqəm 2 milyard 83 milyon 200,48 min dollar təşkil edib. Burada da azalma göz önündədir.

Ayrı-ayrılıqda ölkələr üzrə götürdükdə, Rusiya Azərbaycana ən çox mal idxal edən ölkədir. 2015-ci ildə şimal qonşumuzdan ölkəmizə 1 milyard 437 milyon 901,25 min dollarlıq (ümumi idxalda payı 15,59%) mal idxal edilib.

İdxalda əsas ölkələr siyahısında ikinci yeri Türkiyə tutub ki, qardaş ölkədən Azərbaycana ötən il 1 milyard 171 milyon 385,43 min dollarlıq (ümumi idxalda payı 12,70%) mal idxal olunub.

Ümumi idxalda 9,19%-lik paya malik olan ABŞ-dan ötən il Azərbaycana 847 milyon 389,38 min dollarlıq mal göndərilib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3862   Tarix: 24 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021