Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi

Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildiÖlkəmizə səfər edən turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşlarıntəhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaq məqsədi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat qovşağı istifadəyə verilib.

BBAK-dan Sonxeber.az-a verilən məlumata görə, nəqliyyat qovşağı 50 000 kv.m ərazini əhatə edir. 8500 kv.m ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılaraq 2000-dən çox ağac əkilib.

Ərazidə 93 nömrədən ibarət beşmərtəbəli "Baku Crossway Hotel"i və yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel fəaliyyət göstərir.

Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.

Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir.

Eyni zamanda, nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb.

Artıq Sumqayıt avtostansiyası da qovşaq ərazisində fəaliyyət göstərir.

Nəqliyyat qovşağında Almaniyanın "SAP" şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində "SAP" texnologiyalarının əsasında yaradılmış unikal sistem nəqliyyat vasitələrinin texniki statusunu, sürücülərin sağlamlıq durumunu, həmçinin, şəhərlərarası və beynəlxalq avtobusların salonundakıvəziyyəti müəyyən etməyə imkan verir. Sistem mərkəzdən idarə olunur və hər hansı nasazlıq baş verdikdə dispetçer tərəfindən dərhal reaksiya verilir.

"Cisco" şirkəti ilə reallaşdırılan "Ağıllı şəhər" pilot layihəsi isə yaxın gələcəkdə yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin daha da artırılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün imkan yaradacaq.

Sərnişinlər biletləri BBAK-ın, "Silkway" turizm şirkətinin kassalarından və onlayn bilet satışı sistemi vasitəsi ilə "www.avtovagzal.az" saytından əldə edə bilərlər.

Bu istiqamətdə görülən işlərdən biri kimi müasir bilet kassaları formalaşdırılıb. Kassaların üzərində istiqaməti, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və mövcud olan boş yerlər haqda məlumatları əks etdirən monitorlar quraşdırılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1552   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Son günlər əməlli-başlı "tiktoker ovu" gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası ala

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel