İki xalq artistinin küçə davası - Nazirlik qarışmır...

İki xalq artistinin küçə davası - Nazirlik qarışmır...Xəbər verdiyimiz kimi, İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın xalq artisti ilə bağlı şok ittihamları dünəndən geniş müzakirəyə səbəb olub.

Daha sonra Aygün Kazımova da primadonnanın köməkçisi ilə qalmaqalına münasibət bildirib.

Kazımova sosial şəbəkədə İlhamə Quliyevanın ona da şər atdığını qeyd edib. Hər iki xalq artisti bu gün dəfələrlə bir-birlərinə qarşı sərt ittihamlar irəli sürüblər.

İlhamə Quliyeva açıqlamasında həmkarını "bədbəxt qadın" adlandırıb:

"Mən həmişə onu dəstəkləmişəm, yazıq, bədbəxt bir qadındır, ona yazığım gəlir. İnanmıram ki, onu Aygün yazıb. Bəlkə, yuxulu olub? Bəlkə onun adından yazıblar? Yəqin, özündə olmayıb. O, özündə olmur, bilmir ki, nə danışır".

Aygün isə İlhamə ilə bağlı daha dəhşətli məlumatlar yayıb. O, sənətçini anası döyməkdə ittiham edib:

"İlhamə Quliyeva bədbəxt sizin bəlli olmayan nəslinizdir! Anasını hər gün döyən, axırıncı dəfə elə döydü ki, yazıq arvad pilləkanlardan yıxıldı ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq?! 5 metr yeriyə bilmirsən ee. Anasına deyirdi ki, ağla-ağla efirdə, qışqırırdı üstünə. Ağla ki, bəlkə Prezident sənə ev verdi".

Qeyd edək ki, bu, Azərbaycanda mədəniyyər xadimləri arasında ilk dava deyil. Dəfələrlə xalq artistləri bir-birlərinə qarşı biabırçı ifadələr işlədiblər. Media isə onların küçə münaqişəsi səviyyəsində olan qalmaqallarını tez-tez gündəmə gətirsə də, belə görünür onların heç biri bundan nəticə çıxarmır.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlanılıb.

Qurumun mətbuat katibi Vüqar Şıxməmmədov mövzu ilə bağlı danışmaq istəmədiyini vurğulayıb:

"Bu barədə heç bir açıqlama vermək istəmirik. Mövzu ilə bağlı bir neçə mətbuat orqanı bizimlə əlaqə saxlayıb. Bizim mövqeyimiz bəllidir, nazir hələ oktyabr ayında bu tipli suallara cavab vermişdi. Bizim heç bir cavabımız yoxdur".
"Qafqazinfo" bu məqamda ötən ilin oktyabr ayında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin mözvu ilə bağlı açıqlamasını təqdim edir:

"Mədəniyyət, incəsənət, şou-biznes cəmiyyətə açıq olan sahələrdir. İstər-istəməz burda gedən proseslər ictimaiyyətin diqqətinə çatır. Bu sahəni təmsil edən insanlar məsuliyyəti dərk etməlidirlər. Mədəniyyət sahəsini təmsil edən insanların davranışının inzibati yolla qarşısının alınması mümkün deyil.

O insanlar həyatları, davranışları, cəmiyyətdəki sözləri ilə buna əməl etməlidirlər, öz nüfuzlarını saxlamalıdırlar. Onlar bilməlidirlər ki, hər bir söz və hərəkətləri cəmiyyətdə müəyyən əks-sadə doğuracaq. Mən kimə deyə bilərəm ki, vuruşmasın? Yenə deyirəm, burda inzibati tədbirdən söhbət gedə bilməz".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3295   Tarix: 03 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyevanın Roma Papası ilə görüşündə bu sənət əsəri təqdim olunub - Foto

"Səmavi dinlər" layihəsi əsasında Azərbaycan xalçaçılarının ərsəyə gətirdiyi triptix Vatikanda təqdim edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşündə təqdimatı olan bu sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dəri

22 oktyabr
.

Aşıq Yadigarla vida mərasiminin yeri açıqlandı

Əməkdar artist Yadigar Muradov ilə vida mərasiminin yeri və tarixi məlum olub. -ın -a istinadən məlumatına görə, Aşıq Yadigarla vida mərasimi bu gün saat 12:00-da direktoru olduğu Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutacaq. Onun Badamdar qəbiristanlığında dəfn ediləcəyi bildirilir

18 noyabr
.

Əbülfəs Qarayevin qızının filminə qadağa qoyuldu - Məhsəti Gəncəvini əxlaqsız kimi göstərib

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın "Məhsəti" qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasının səbəbi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizli

4 dekabr
.

Əməliyyat olunan Afaq Bəşirqızıdan səhhəti ilə bağlı AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı görmə funksiyasında olan problemə görə əməliyyat olunub. xəbər verir ki, o, əməliyyatdan sonra Azxəbər.com-a səhhətindən danışıb. Xalq artisti bildirib ki, artıq görməsi tam bərpa olub:. "Gözlərimdə problemlər var idi, demək olar ki, görmürdüm. Çox sağ olsun Azərbaycanımı

4 dekabr
.

Aktyorların belə pul ala bilmədiyi kino necə tarixin ən yaxşı 5-ci filmi oldu?

IMDb-nin ən yaxşı 250 film siyahısında yer alan, 1957-ci ildə nümayiş olunan və illərlə dərs materialı kimi istifadə edilən bir film var. Bəs çəkildiyi dövrdə heç bir kassa uğuru qazanmayaraq, bəzi aktyorların hətta pulunu belə ala bilmədiyi filmin hekayəsi nədir?. Qaynarinfo xəbər verir ki, söhbət Sidne

25 noyabr
.

Fəxriyə Xələfova "Füsünkar İpək" kolleksiyasını təqdim etdi - VİDEO

Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova "Füsünkar İpək" adlı yeni moda kolleksiyasını təqdim edib. xəbər verir ki, Fəxriyə Xələfovanın kolleksiyası ənənəvi Azərbaycan ipək kəlağayısı ilə müasir axşam paltarlarının harmonik birləşməsindən ibarətdir. Bu ilhamverici sintez keçmiş və bu gün

11 dekabr
.

Şahnaz Haşımovanın vəziyyəti açıqlandı

Xalq artisti Şahnaz Haşımovanın son vəziyyəti açıqlanıb. Onun nəvəsi Eldar Abdullayev "Qafqazinfo"ya açıqlamasında Xalq artistinin bu gün əməliyyat olunduğunu bildirib. "Şahnaz Haşımovanın bu gün Gəncə Beynəlxalq Xəstəxanasında baş tutan əməliyyatı uğurla bitdi. Hazırda palata şəraitind

25 oktyabr
.

Rəşad İlyasovdan Zeynəb Xanlarova ilə bağlı paylaşım

Xalq artisti Zeynəb Xanlarovanın yeni fotosu yayılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Əməkdar artist Rəşad İlyasov sosial şəbəkə hesabında paylaşım edib. Sənətçi fotoya "Dünyanın Zeynəbi" sözlərini yazıb. Onun bu paylaşımı izlıyiciləri tərəfindən maraqlaq qarşılanıb. Xatırladaq ki, Xal

6 dekabr
.

Opera Teatrında "tapşırıq" qalmaqalı: Almaxanım iddia etdi, Xalq artisti cavab verdi

Müğənni Almaxanım Əhmədli Opera və Balet Teatrının rəhbərliyini ittiham edib. O bildirib ki, sözügedən teatrın səhnəsində quruluş verilən "Leyli və Məcnun" tamaşasında baş rol almaq üçün mütləq "arxan" olmalıdır. Yəni orada səhnə almaq üçün həmin teatrın direktoruna səni kimsə tapşırmalıdır

21 noyabr