İTV bağlanır ?
"İctimai Televizyanın (İTV) efirində yayımlanan "Evakuator şou" verilişinin əvvəlki buraxılışlarında müəyyən gizli reklam elementləri var idi. İndi xeyli azalıb".
Sonxeber.az məlumat verir ki, bunu öz açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.
Onun sözlərinə görə, verilişin qonaqlarının əsasən şou-biznes nümayəndələrindən ibarət olması proqrama müəyyən şou elementləri də qatır: "Veriliş daha çox kommersiya layihəsi təəssüratı yaratsa da, müəyyən maarifləndirici elementlər də var. Ümumiyyətlə İTV-nin efirində bir neçə kommersiya layihələri var. Məsələn, "Müasir ev", "Bioloji təbabət" və s. Əslində, bu hallar daha çox özəl kanallara xas xüsusiyyətdir. Belə ki, özəl kanallar bu cür kommersiya fəaliyyətinə meyillənərkən, bu, müəyyən qədər başadüşülən olur. Dövlət büdcəsindən maliyyələşən İTV-nin isə kommersiya layihələrinə meyillənməsi müəyyən narahatlıq yaradır. Yayımçı bu məqamı nəzərə almalıdır. İTV-yə verilişlərin çəkilməsi üçün maliyyə vəsaiti ayrılır".
Şöbə müdiri İTV-nin efirində yayımlanan bir sıra verilişlərin isə ümumiyyətlə ölkə tele-radio məkanında öz maarifçi xarakteri ilə seçildiyini vurğulayıb. Xüsusilə, "Qarabağ həqiqətləri" verilişini qeyd edən T.Dadaşov bildirib ki, bu verilişdə Azərbaycanın ən ağrılı problemi ətrafında ciddi mütəxəssislərlə müzakirələr aparılır, həqiqətlər üzə çıxarılır: "Veriliş son dövrlərin ən uğurlu telelayihələrindən biri kimi dəyərləndirilə bilər. Görünür ki, aparıcı özü də verilişdə qoyulan mövzulara dərindən bələddir.
Həmçinin, "Müzakirə vaxtı", "Ortaq məxrəc", "Xəmsə", "Açıq dərs" və s. kimi maarifləndirici verilişləri də qeyd etmək lazımdır".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2015 Tarix: 09 fevral 2016
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı
"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir
23 aprelAbel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır
23 aprelCulfada dəhşətli qəza: Ölənlər var - FOTO
Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl
23 aprelMEDİA çağırış etdi
"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə -a Medianın İnkişafı Agentliyindən məlumat verilib
22 aprelNazirdən yüksək vəzifəyə TƏYİNAT - FOTO
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib. "Azərbaycan müəllimi" xəbər verir ki, bu vəzifəyə İlqar Bayramlı təyinat alıb. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənm
22 aprelÖlüm xəbəri yayılan Əməkdar artist: "Səhər tezdən hamı evimə gəlir"
"Səhərin gözü açılmamış evimiz adamla dolub, biri gedib, biri gəlir. Hamısını da özüm qarşılayıram. Deyirlər ki, Yusif müəllim, ölüm xəbərinizi eşidib gəlmişik. Cavab verirəm ki, ölü də qonaq qarşılayar. Bunu "Qaynarinfo"ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev ölüm xəbərində
22 aprelMəktəb direktoru həmin qadından 300 min alıbmış
Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlüSamirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini
23 aprel