"Babək" filmində Babəkin oğlu: Deyirlər gəl 50 manata çəkil, çəkilişə də özün gəl...

"Babək" filmində Babəkin oğlu: Deyirlər gəl 50 manata çəkil, çəkilişə də özün gəl...Sonxeber.az aktyor Məhəmməd Verdiyevin Lent.az-a müsahibəsini oxucularına təqdim edir:

Bəlkə, bu ad və soyad heç nə demədi oxucuya. Yaxşı, onda bu necə: "Babək" filmində Babəkin oğlu... Həə, dərhal tanıdınız. Amma aktyor özü belə tanınmaq istəmir, həm də buna haqqı var. Niyə? Bu barədə də danışmışıq...

- Söhbətə nədən başlamağımızı istəyərdiniz?

- Ad-soyaddan başlamayaq, bir də "Babək"dən çox danışmayaq.

- Aydındır, çox sual veriblər sizə o barədə. Mən sizə zəng edəndə dediniz müsahibə məşqlərlə eyni vaxta düşməsin. Nə məşqdir elə, hansısa teatrdamı, kinodamı?

- Yox, mən heç bir teatrda işləmirəm. Bilmirəm deyim, deməyim, gizlincə məşqimizi edirik.

- Mən xəbər tutmuşamsa, deməli, gizli deyil daha.

- Əlif Cahangirov var, rejissordur, Akademik Dram Teatrda "Bir, iki, bizimki" adlı tamaşa qoyub, orda işləyirdi. Çox istedadlı rejissordur. İndi İsveçdədir. Bizdə rejissor yoxdur... Yoxdur da, yoxdur... Dayanıb.

- Necə yəni yoxdur? Var olan insanı necə dana bilirsiniz?

- Var e, kəmiyyətlə var, keyfiyyətlə yoxdur. Biz bir neçə teatrsevər yığışıb teatrı, sənəti, sənətkarı müzakirə edirik.

- Siz indi teatr adamısınız, yoxsa teatrsevər?

- Mən teatr adamıyam. Teatr və kino adamıyam. Biz istədiyimiz rejissor bu gün yoxdur. Hamısı ənənəvidir.

- Sizin istədiyiniz nədir?

- Səs sala bilən, dünya tamaşaçısının baxıb təəccüblənəcəyi bir tamaşa qoysun ortaya. Akademik Dram Teatrı bizim klassika ilə, "Ölülər" tamaşası ilə getdi Dağıstana, "Kütləvi səhnələrin quruluşuna görə" mükafatını alıb, qayıtdı geri və mətbuatda yaydı ki, qastroldan uğurla qayıdıb. İndi Əlifin bir tamaşasına baxdım, gördüm ki, bunda fərqli nə isə var. Azərbaycan teatrının gələcəyini mən bu gənclə bağlayıram.

- Gəncin evi yıxıldı...

- Niyə?

- Kinonun, teatrın gələcəyini kimə bağlayırıqsa, o adamların özlərinin gələcəyi müəmmalı olur.

- Mən bağlayıram, təki başqaları elə görməsin. Mənə təklif etdi ki, qayıdın səhnəyə. Dedim qayıdaram, amma baxır necə. Adi tamaşalara qayıtmaq istəmirəm.

- İndiki obrazınızla sizdən yaxşı Həsənzadə olar. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" əsərinin tamaşasındakı Həsənzadə.

- Mən isə başqa cür görürəm. Əlifə dedim ki, qayıtmağımı istəyirsənsə, "Kral Lir"i hazırla. Getdi İsveçə, ordan mənə yazdı ki, siz deyəndən beynimdən çıxmır, o barədə düşünürəm. İlqar Fəhminin bir əsəri var - "Kubinka". Kubinka əhlinin taleyindən bəhs edir. Kubinka necə dərbədər olur, hərəsi bir tərəfə köçür.

- Tifağı dağılır...

- "Sovetski"nin, "Kubinka"nın tifağı dağıldı. Oraların öz xarakteri vardı. Əsər bunlardan danışır. Biz əsəri bir az teatrallaşdırdıq, yəni pyes halına saldıq. Rejissor kimi dramaturq da yoxdur bizdə. Əsərini pyes halına salıb adını yazıçı-dramaturq qoyanlar heç biri dramaturq deyil. Azərbaycanda dramaturq Mirzə Fətəli idi, bir də Cəfər Cabbarlı. Haqverdiyevi də demək olar. Varsa, adını de, mən də bilim.

- Elçin, Əli Əmirli.

- Yazmağa nə var, hamı yazır. Biri məni seriala dəvət edir, soruşuram sən kimsən? Deyir rejissoram. Haranı qurtarmısan? - soruşuram. Deyir iki ay kurs keçmişəm. Deyirəm, hansı əsəri oxumusan? Deyir, "Təhminə və Zaur". A bala, o adda əsər var? Kim yazıb? Gözünü döyür. Stalin savadsızlığa qarşı onillik proqram elan etmişdi. İndi də elə bir onilliyə ehtiyac var. Azərbaycan dilinin səhnədən məhv edirlər. Loru, ləhcə, hamısı səhnəyə ayaq açıb.

- Sizin səhnə danışığı müəlliminiz kim olub?

- Ənvər Vəliyev. Sağdı, danışıq üzrə dahidir, amma indi dərs demir. Sənət müəllimim Böyükağa Kazımov idi. Qəbulda məndən imtahanı Adil İsgəndərov götürmüşdü. Adımı dairəyə alıb, öz kursuna yazmışdı məni. Hamı məni təbrik edirdi ki, hamıya qismət olmur belə xoşbəxtlik. Dərsə gələndə gördüm mən olan auditoriyaya Böyükağa Kazımov girdi, qonşuda Adil İsgəndərovdur. Tənəffüsdə özü yaxınlaşdı Adil müəllim ki, qada, sən niyə mənim kursumda deyilsən? Çiyinlərimi çəkib, baxdım üzünə. Başa düşdüm ki, nə isə baş verib. Birinci kursda ancaq etüd keçirdik. İkinci kursda sözdə etüdlərə başlayırdıq. İkinci kursda birdən birə mənə "Ezop" verdi Böyükağa müəllim. Məşqlərdə verdiyi mizan başımı gicəlləndirdi. Dedim, müəllim, mənə tezdir hələ "Ezop" kimi əsərdə həm də Ezopu oynamaq, bəlkə mizanı dəyişək, başım gicəllənir. Mənim sözümün qabağına söz deyirsən - dedi, - çıx bayıra. Çıxdım. O çıxan bu çıxan, məni dərsinə buraxmadı. Dərsinə girmədən mənə "5" yazırdı. Mən də gedirdim bütün başqa sənət müəllimlərinin dərsinə. Nəsir Sadıqzadənin, digərlərinin. Dördüncü kursda İlham Əsgərov kurs yoldaşım idi, gəldi ki, Böyükağa müəllim deyir, gəlsin diploma. Tamaşa oynamalı idim ki, diplom alım. Şeksprin "İki veronalı"sında Kralı oynadım. Nəsib müəllim deyirdi, gəl, dərsimdə otur, amma səninlə tamaşa qoya bilmərəm. Böyükağa müəllimdən ayıbdır.

- Ona qədər "Babək"də oynamışdınız?

- Üçüncü kursda çəkilmişəm "Babək"də. Eldar Quliyevin sınağında mən oynayan rola 26 nəfər olub. Axıra İlham Əsgərovla mən qalmışdıq. Şəklimizi göstəriblər Amalya xanımla Rasim Balayevə ki, oğlunuzu seçin. Ayrı-ayrılıqda ikisi də məni seçib.

- "Babək"dən sonra niyə qeybə çəkildiniz?

- Ondan sonra filmə çəkilmədim.

- Niyə?

- Çəkmədilər də. 80-ci ildə Tiflisdə idim. Rustaveli prospekti ilə gecə vaxtı dostlarla gəzirdik. O prospektdə hər şey Rustaveli adınadır. Gördüm Rustaveli kinoteatrının qarşısında "Babək"in afişası var. Yerlər tutulmuşdu, birtəhər mənim çəkildiyimi bilib, bizə qabaqda yer elədilər. Getmək istəmirdim, dostlar zorla çəkib apardılar. Filmdən sonra hamı qalxıb, ayaqda alqışladı filmi. Kinonun məktəbi olan Gürcüstandan gedir söhbət. Bir kişi mənə dedi ki, biz bu sözləri deyə bilməzdik, siz Heydər Əliyevə "sağ ol" deyin, onun sayəsində Babəkin dili ilə deyə bildiniz bu sözü - "Azərbaycanı azad görməyincə qılıncımı qınına qoymayacam". Filmdə mənim də ürəyimcə olmayan nüanslar var, amma tutarlı səbəbi odur ki, filmin yarım saatlıq hissəsi kəsilib atılıb. İki hissəli filmin öz vaxtı vardı, vaxta görə kəsmişdilər. Moskva heç təsdiq etmirdi filmi ki, "Yallı" rəqsi erməni rəqsidir. Qriqoryan bədii şurada oturub hökm oxuyurdu. Heydər Əliyevin sayəsində keçdi film. Eyni vaxtda ruslar Puqaçov haqqında film çəkirdilər, yarımçıq qoydular. Gördülər ki, "Babək"dən çox zəif alınır. "Babək" güclü filmdir, aktyor oyunu misilsizdir. Eldar Quliyev Rasim Balayevə bir mizan verdi, gözlərimin qarşısında. Dedi ki, oğlun sənin sözünlə özünü öldürdü, sənin gözlərin dolacaq, amma yaş süzülməyəcək gözündən, çünki sənə düşmən yandan baxır. Göz yaşını içinə axıdacaqsan. Rasim Balayev onu necə yaratdı, ilahi. "Bayatı-Şiraz"-ı da həmin yerdə Polad Bülbüloğlu həzin verib adamı odlayır. Bunu yalnız peşəkar rejissor ala bilir.

- Yazıq peşəkar aktyor yaradıb onu, rejissor yox.

- Rejissor sənəti müqayisədə bəlli olur, müqayisə elə, biləcəksən.

- Rasim Ocaqovla müqayisə edirəm.

- Mən Rasim Ocaqovu rejissor hesab etmirəm, o, operatordur. Rasim Balayevə mizan verə bilən rejissor yoxdur indi.

- Əliflə indi "Kral Lir"i hazırlayırsınız?

- Yox, hələ "Kubinka"nı.

- Bu illər ərzində siz nə ilə məşğul oldunuz?

- "Mosfilm"də bir seriala da çəkildim, "Yasmin" adlı. Bazarda bir türk mağazasının müdiri rolunda çəkildim. Hər gün 500 dollar verirdilər, həm də gündəlik. Sabaha nə yeyəcəksənsə, əvvəlcədən menyunu deyirsən. Bizdə deyirlər gəl 50 manata çəkil, çəkilişə də özünüz gəlin.

Getdim Leninqradda Tovstonoqovun kursunu bitirdim. Onun metodu misilsizdi. Mənə mizan verir, deyir ki, dostun qatarla gedir, qatarın arxasınca bax və hadisəni yaşa. Qayıdıb soruşuram ki, dostum yaxın dostdur, birdəfəlik gedir, yoxsa qayıdacaq? Bunlar hamısı yaşantıda bəlli olmalıdır. Bizdə bu metod yoxdur. Rejissordan soruşsam bunları, qışqıracaq ki, bu nə sualdır... Kursu bitirib, gəldim İncəsənət Universitetində dərs dedim bir neçə il. Dedim, gəlin keçək emalatxana sisteminə. Burda nə varsa, hamısı tələbəyə məxsus olsun, süpürgəçisi də aktyor olsun. Aktyor azad olmalıdır. Ona qışqırmaqla aktyor yetişdirmək olmaz.

- Kimlərə dərs dediniz?

- Füzuli Hüseynov, Elxan Yunis, İlqar Cahangir, Rövşən İsax. Onların kursuna dərs demişəm. Hardasa 4 tələbəm xalq artistidir, 24-ü əməkdar artist. Rövşən İsaxın serialına razılıq vermişəm. Rolu ad günümə hədiyyə verib, imtina edə bilməmişəm. Çox imtina edirəm, ondan da utanır adam. Mənim biznesim var, rahat imtina edirəm. Aktyorların qazanc yerləri peşələridir, imtina etmək ac qalmaq deməkdir. Məcbur olub, hər təklifə razılıq verirlər. 25 ildən sonra müqəddəs vulkanın qayıtması görək necə olacaq. Dərs demək istəyirəm, nədənsə İncəsənət Universiteti məni yaxın buraxmır.

- Müraciət etmisiniz?

- Hə... Heç nə demirlər, amma dərs də vermirlər. Sənət məni çəkir, onun pedaqogikası da həmçinin.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3398   Tarix: 06 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21 aprel
.

Bəstəkar Cavanşir Quliyevin son durumu açıqlanıb

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. Bu barədə "Report"un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib. O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadə

17 fevral
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

"Bəyin oğurlanması"nın Gülbadamı vəfat etdi

Aktrisa Naibə Əlibəyova dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev feysbukda bildirib. Sənətkar Yasamal qəbiristanlığında torpağa tapşırılıb. O, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, "Bəyin oğurlanması" filmind

7 mart
.

Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı

Avstriyalı məşhur rəssam Qustav Klimtin tamamlanmamış "Froylyayn Lizerin portreti" adlı rəsm əsəri Vyanada hərracda 30 milyon avroya satılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı satışı həyata keçirən "im Kinsky" hərrac evi yayıb. Bildirilir ki, Klimtin 1917-c

25 aprel
.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar