Unudulmaz qadın - Evində ölü tapılan XALQ ARTİSTİ

Unudulmaz qadın - Evində ölü tapılan XALQ ARTİSTİSonxeber.az bildirir ki, Modern.az aktrisa Zərnigar Ağakişiyeva haqda maraqlı yazı ilə çıxış edib. Yazını oxucularımıza təqdim edriik:

Bir vaxtlar hər gün geyinib-soyunduğu, yuyulan, ütülənən, geyinib-soyunmaqdan nimdaşlaşmış, amma əslində işlənməyən səhnə paltarlarını bir çemodana yığıb özü ilə daşıyırdı. Hərdən çemodanı yerə qoyur, paltarları eşənəkləyib içindən gah Anna Kareninanın şlyapasını, gah da Dezdomonanın donunu götürüb geyinir, sonra hirslə qarmaqarışıq formada çemodana yığıb ağzını bağlayıb götürüb gedirdi. Hara? Özü də bilmirdi. Küçədə kimsə onu tanıyır, ayaq saxlayıb arxasınca baxır, amma yəqin inana bilmirdilər ki, bir vaxtlar səhnələri lərzəyə gətirən cazibədar aktrisa indi belə səfil görkəmdə küçələrdə nə gəzir?!

Bu, Afaq Məsudun əsrinin qəhrəmanıydı. Milli Dram Teatrında Mehriban Ələkbərzadə "Qatarın altına atılan qadın" adı altında səhnələşdirib. Fikrim tamaşadan deyil, az qala eynilə həmin tamaşanın qəhrəmanının həyatını yaşayan aktrisadan danışmaqdır. Özü də bu taleyi yaşamaqdan yaman çox qorxan aktrisadan - Zərnigar Ağakişiyevadan.

Həyatın bütün zərbələrinə sinə gərib, sənətdə öz sözünü artıqlaması ilə deyən, şəxsi həyatındakı uğursuzluqları uğruna belə almadan irəli getməyi, yaşamağı bacaran Xalq artisti, azad - tənha qadın Zərnigar Ağakişiyeva.

Ona mütəmadı zəng eliyirdim, hər dəfə də deyirdi ki, bilirəm vaxtın yoxdur, amma mənə zəng eləməyi unutma: "Çox darıxıram, nə gələn var, nə zəng edən. Qaynar bir həyatdan sükuta, səssizliyə düşmüşəm, alışa bilmirəm. Yəqin zamanla alışacam, bəlkə də alışmayacam".

"Zərnigar xanım, evə qapılmayın, çıxın gəzin, yazdı, yaxşı hava var" söyləyirdim.

Deyir ki, utanır: "Nə qədər küçələrdə gəzəcəksən, deyəcəklər havalanıb, nədir".

Onu unudulmağa qoymamaq fikri ilə yaxın keçmişdə verdiyi müsahibəsindən bəzi epizodları vermək istərdim.

"Baxışlardakı sevgidən ruhlanıram"

"Qubadan Bakıya Ticarət Texnikumuna qəbul olunmağa gəlmişdim. Burda fikrimi dəyişdim ki, rəssam olmaq istəyirəm. Sənədlərimi Rəssamlıq məktəbinə aparanda onları qəbul edən adam dedi ki, "neyniyirsən rəssam olmağı, qız üçün Tibb Texnikumu yaxşıdır". Mənə qəribə gəldi ki, bu niyə qaramat tökür işimə? Çıxdım atama dedim ki, "gedək, pis adamlar var burda". Sonra məsləhətləşdik ki, sənədlərimi verim incəsənətə. Atam, anam savadlı insanlar deyildi, amma çox incə qəlbli, uşağa heç nəyə məcbur etməyən, arzularının qarşısına sədd çəkməyən biriləriydi. "Ötən ilin son gecəsində" tamaşasında anamı oynamışam, daha doğrusu, oynamamışam, sadəcə anamın həyatını yaşamışam. Atam da uşaqkən necə ki məcbur etməzdi, mən böyüyəndən sonra eləcə də istəklərimlə hesablaşardı. Özləri elə tərbiyə etmişdilər, başqa cür ola bilməzdi. Valideynlərimə çox minnətdaram. İldə iki dəfə burdan maşın tutub Qubaya onların məzarlarını ziyarətə gedirəm. Yeganə övladlarıyam.

...Bir qardaşım var, ana bir, ata ayrı, onunla da doğmalaşmadıq, həmişə yad olduq. Bayaq Tədris teatrından danışırdıq, dedim ki, İlham Rəhimli, İsrafil İsrafilov, Əlabbas Qədirovla Tədris teatrında işləyirdik. Həmin illər də iş stajıma daxildir. 40 ildir sənətdəyəm. İsmayıl Osmanlı, Tofiq Kazımov, Mehdi Məmmədovla bir yerdə işləmişəm. Çox nəhəng sənətkarlar görmüşəm. Niyə bunları deyirəm, çünki bu illər ərzində tamaşaçının məni qəbul etməsini, sevməsini hiss etmişəm. Özüm özümü qəbul etməsəm də, məni sənətə bağlayan tamaşaçı məhəbbəti olub. Şəkillərə baxıram, özümü tanıya bilmirəm, inana bilmirəm ki, o xarakterlər məndən keçib.

...Mən ömür boyu özüm özümü qəbul edə bilməmişəm, özümdən xoşum gəlməyib. Hətta səsimdən zəhləm gedir. Xüsusən Rusiya aktyorlarından bu fikri çox eşitmişəm ki, onlar da özlərinə vurğun deyillər. Şəhəri piyada çox gəzirəm, zövq alıram Bakının gözəlliyindən, insanlardan. Kimlərsə yaxınlaşıb ürək sözlərini deyirlər. Onların gözlərindəki sevgini, parıltını görəndə çox ruhlanıram. Başa düşürəm ki, əməyim boşa getməyib".

"13 il birgə yaşadığı adamdan ayrıldım"

"İlk dəfə səhnəyə gələndə məni bir aktrisaya dublyor verdilər, gözləri ilə məni parçalayırdı. Gözləri açıqca deyirdi ki, rədd ol burdan. Çıxıb getdim. İnstitutun rektoru o vaxt Rahim müəllim idi, dedi ki, "sən niyə baş teatrdan çıxıb getmisən, başqaları yalvarır ki, ora düşə bilsin". Cavab verdim ki, ora məni çəkmədi.

Sonra təkrar qaytardılar və bu dəfə Leyla Bədirbəyliyə dublyor verdilər. Düşündüm ki, yenə eyni vəziyyəti yaşayacam. Məşqlər başlandı, Leyla xanım əsərin oxunuşunda məni çağırdı yanına. Məsləhətlər verdi, isti münasibət, səmimiyyət göstərdi. Tamaşa təhvil veriləndə Leyla xanım xaricə istirahətə getdi, baş rol mənim ifamda premyera oldu. Ostrovskinin əsəri idi, Səməndər Rzayev, İsmayıl Osmanlı kimi "ağır texnika" ilə bir səhnədə oynadım. Tamaşa, ilk rolum çox gözəl qəbul olundu...

...Münasib yaş dövrünə düşmədik. Mən eyni dövrdə oxuduqlarımızın hamısından yaşca böyük idim, teatrda isə əsasən məndən çox böyüklər, ya da çox kiçiklərlə ünsiyyətdə olduq. Rus bölməsində oxumuşdum, birdən-birə ətrafdakılara adaptasiya ola bilmirdim. Nə bilim, bunlar bəhanədir, əsas odur ki, tale belə gətirdi, Allahın yazısıdır...

13 il birinə bağlandım, bir yerdə yaşadıq, sonra anladım ki, bu adam ailə qurmağa layiq deyil. Əvvəla, mənim sənətimə mane olmurdu, deyirdi işlə. Bu xoşuma gəlsə də, sonra acığıma gəldi ki, niyə bu mənim mehmanxanalarda, uzaqlarda olmağımı qəbul edir? Bir də ailə üçün yaranmamışdı elə bil, hər şeyə biganə idi. Mən də artıq tamaşaçı tərəfindən sevilmişdim, o sevgi üstün gəldi.

Elələri də olurdu ki, yaxın düşməyə ürək eləmirdi ki, birdən sənəti atmaz. Qadınlar istəyir ki, kişi onun üzərində qələbə çalsın, amma kişilər güclü xarakterli, ağıllı qadınları sevmirlər. Xəyanətlə yoxam, dözə bilmərəm. Allah məni səhnə üçün yaradıb. Mən uşaq olanda qaraçı anama deyib ki, bu uşaq məşhur olacaq. Bunu anam söyləmişdi. Anam deyir ki, qaraçının həmin sözündən sonra dərd ony götürüb ki, bu hələ uşaqdır, necə məşhur ola bilər?

İndi başa düşürəm ki, o qaraçı mənim özfəaliyyət dərnəyində çıxışlarımı görüb və başa düşüb ki, aktrisa olacam, avam anama ona görə belə deyib. Anam da elə bilib ki, qaraçı uzaqgörəndir.

Hələ beş yaşımdan səhnələrdə idim. Anam 40 hörük hörərdi mənə, həmişə səhnələrdə şeir deyərdim. O vaxt Ələsgər Ələkbərov məni Qubada səhnədə görüb deyib ki, bundan bir şey çıxacaq.

Çıxdı, özümü bütünlüklə sənətə həsr etdim, peşman da deyiləm. Əgər künc-bucaqda qalsaydım peşman olardım. Şükür ki, tamaşaçı da sevib dəyərləndirir, dövlət də sağ olsun, bu yaşımda təminatım var. Ömür boyu qaçhaqaçda olmuşam, məşqlər, qastrollar, əziyyətlər. İndi istəyirəm 12-yə qədər yatıram, rahat yaşayıram. Xalq artisti, ömürlük təqaüdçüyəm, bütün bunlar dəyərdir mənə. Bu güzəran üçün özünü həsr etməyə dəyərmiş. Bu gün məni yaşadan qüvvə odur ki, zəhmətim hədər getmədi".

Bu optimizm həm də bir qədər özünü gözlənilən qorxudan sığortalamaq xarakteri daşıyırmış. Ömrünün son günlərində tamam başqa cür danışırdı. Qorxurdu. Qorxurdu ki, bir-neçə ay əvvəl əvvəlcə öz taleyini oynayırmış kimi hazırladığı, sonra əlindən alınan "Qatarın altına atılan qadın"ın taleyi onu da izləyir. Ona görə küçədə görünməkdən, teatra getməkdən çəkinirdi.

Tamaşada aktrisa nə qədər qovulsa da, hər gün teatra gedir. Bir gün teatrın səhnəsindən özünü qatar altına atırmış kimi zala atır. Anna Karenina taleyi... Bu talehli qadınlar hər dövrlərdə var.

Əlimizdə imkan varkən, zəmanəmizdə yaşayan bir qadını - Zərnigar Ağakişiyevanı bu taleyi təkrar etməkdən qorumalıydıq...

Bunun üçün azacıq diqqətli olmaq yetərdi...

P.S. Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci il tarixində evində ölmüş vəziyyətdə tapılıb. Məşhur aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkarlanıb.

FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib. 72 yaşında vəfat etmiş Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1645   Tarix: 10 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyad

29 fevral
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Azərbaycanda cizgi filmlər niyə çəkilmir? - SƏBƏB

"2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub". Bu sözləri -a animator Rəşid Ağamalıyev deyib. O bildirb ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə "Azərbaycan Animasiya Assosiasiyası"

24 yanvar
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

Bəstəkar Cavanşir Quliyevin son durumu açıqlanıb

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. Bu barədə "Report"un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib. O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadə

17 fevral
.

Kadırov "sürətli musiqini" qadağan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır. -ın Rusiya mediasına istinadən xəbərinə görə, Çeçenistanın mədəniyyət naziri Musa Dadayev bu barəd

7 aprel
.

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub. Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər. Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğm

2 aprel