Ekspert: "Vergi sistemində aparılan islahatlar müsbət nəticə verir"

Ekspert: "Vergi sistemində aparılan islahatlar müsbət nəticə verir""Bu ilin ilk 5 ayının iqtisadi nəticələri göstərir ki, vergi sistemində aparılan islahatlar müsbət nəticə verir".

"Report" xəbər verir ki, bunu iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat Fakültəsinin dekanı Gəray Musayev bildirib.

"Belə ki, 2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları proqnozdan 286,5 milyon manat çox, yəni 3 138 milyon manat olub. Halbuki, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində aparılan dəyişikliklər çərçivəsində 2018-ci ildə səyyar vergi yoxlamalarının sayı 2017-ci ilə nisbətən 3 dəfə, 2019-cu ilin ilk 5 ayında isə 2018-ci ilin eyni dövrünə nisbətən 4 dəfə azaldılıb. Yoxlamaların azaldığı şəraitdə vergi daxilolmalarının artması aparılan islahatların müsbət nəticəsi kimi qəbul edilə bilər", - o qeyd edib.

undan başqa, G.Musayevin sözlərinə görə, bu ilin yanvar-may aylarında Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 95 mindən çox artım olub: "Bu göstərici bütövlükdə 2019-cu il üçün nəzərdə tutulan nəticənin ötən 5 ayda reallaşdığını göstərir, ilin sonuna qədər əmək müqavilələrinin sayında nəzərdə tutulandan azı 2 dəfə çox artımın olacağını deməyə əsas verir.

Bu müqavilələrin 70%-nin özəl sektorun payına düşməsi isə vergi qanununda birbaşa bu sahə ilə bağlı edilən dəyişikliklərlə əlaqədardır. Bu eyni zamanda Azərbaycanda sahibkarların dövlətin təşkil etdiyi güzəştlərdən yararlandığını, öz öhdələrinə düşən addımları atdıqlarını göstərir.

Digər tərəfdən, əmək müqavilələrinin sayındakı artım 5 ay ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 milyard manatdan çox vəsaitin daxil olmasına imkan yaradıb ki, bu da proqnozdan 130 milyon manat çoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 766   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel