Həyat yoldaşından ayrıldığı deyilən Aynur Dadaşova ilk dəfə danışdı: "O səhvi etməməli idi"

Həyat yoldaşından ayrıldığı deyilən Aynur Dadaşova ilk dəfə danışdı: "O səhvi etməməli idi""Bağışlaya bilmirdim, amma yola gəldim"

Tanınmış müğənni Aynur Dadaşova AzNews.az saytına müsahibə verib.

- Aynur xanım, fasilədən sonra yenidən sənətinizə davam edirsiniz. Konsert verməyi düşünürsünüz?

- Konsertlərimin sayı-hesabı yoxdur. Amma Heydər Əliyev adına Sarayda hesabat konserti vermək istəyirəm. Bu, mənim ən böyük arzumdur. Təbii ki, bunun üçün maliyyə lazımdır. İnşallah, bu arzumu həyata keçirmək üçün çalışıram.

- Bir neçə yeni mahnı təqdim etdiniz. Hazırda yeni mahnı üzərində işləyirsiniz?

- Bu il ərzində altı yeni mahnı ifa etdim. Hazırda yay mövsümünə uyğun ritmik bir mahnı üzərində işləyirəm. Son zamanlar Müşərrəf Bakinskinin mahnılarını ifa edirəm. Çünki sözləri və musiqisi gözəldir. Gənclərin zövqünə uyğundur.

- Sənətinizə fasilələrlə gəlib-gedirsiniz, 6 il ara verdiniz. Bununla belə 2017-ci ildə getdiniz və bu il yenidən gəldiniz. Bu qədər fasilələrə baxmayaraq unudulmursunuz...

- Bəli, bu, mənim xoşbəxtliyimdir. Müğənni çoxdur. Xarakterimə, səmimi olduğuma görə, hər kəs məni çox sevir. Özümü lovğa aparmıram. Eləcə də o tip insanları sevmirəm. Məni ucaldan insanlardır. Ulduzluq xəstəliyinə tutulmaq düzgün deyil.

- Səhnədən gedən zaman ümumiyyətlə şou-biznesdən uzaqlaşırsınız? Hansısa müğənni ilə əlaqə saxlayırsınız?

- Ümumiyyətlə, sənətdə, həyatda rəfiqəm yoxdur. Rəfiqəm anam, bacım olub.

- Duet ortağınız Niyam Səlami konsertinə getmədiyinizə görə sizdən incidiyini qeyd etmişdi. Hazırda münasibətiniz necədir?

- Niyam Səlami çox gözəl insandır. Hərdən onun əsəbləri çox gərgin olur. Anası xəstələnir, rayona gedir və s. Bütün günü işləyir. Bu sənətin çətinlikləri çoxdur. Hərdən mən də yorğun oluram. Görürsən ki, işçilərimə deyirəm bu, belə olmalıdır və s. Dediyim kimi Niyamın çox gözəl qəlbi var, amma əsəbi halları da olur. Qışqıra-qışqıra danışmağı var. Onunla bütün günü danışırıq, yox. Çəkilişlərdə, konsertlərdə qarşılaşırıq.

- Aynur xanım, düşünürsünüz ki, sənətinizə fasilə verməsəniz, daha öndə olarsınız...

- Hər şey Allahın qismətidir. Allah belə etdi ki, 6 il kənarda dur, hörmətli qal. Bəlkə də 6 il fasilə verməsəm, belə hörmətli olmazdım.

- Sənətdən uzaqlaşan zaman şou-proqramlardan da imtina edirsiniz?

- Bir müddət əvvəl xarici ölkədə yaşadım. Dəvətlər olurdu, bilirdilər ki, Aynura bu qədər pul təklif edilib, amma getməyib. Yəni ki, şou-proqramlara getmirdim. Çox istirahət edəndə sənətdən soyuyuram. İşləyəndə də bütün gün işləyirəm. İnsan hərdən hər şeydən yorulur. Gərək dayanmayasan, daim üzərində işləyəsən. Heç bir zaman evimlə, var-dövlətimlə öyünən insan olmamışam. Daim sadə insan olmağa çalışıram. Telefonuma belə özüm cavab verirəm, səhnədə və işim olan zaman istisna olmaqla. Ulduzam, zənglərə cavab vermirəm və s. haqda heç zaman düşünmürəm.

- Bir çox həmkarlarınızın zənglərinə köməkçiləri cavab verir...

- Bəzi sənətçilər elə bilirlər ki, belə edəndə hörmətli olurlar. Amma belə deyil, əksinə hörmətdən düşürlər. Çünki sənə dəyər verən insanlara sən də dəyər verməlisən.

- Səhnəyə yenidən gələrkən sizi qısqanan və səhnəyə gəlişinizdən narahat olan həmkarınız oldu?

- Məndə heç zaman qısqanclıq yoxdur. Amma sənət aləmində məni qısqananlar çoxdur. Onların sırasında aparıcı da var. Bir baxışdan görürsən ki, səni istəmir. Həmin insanı öpüb qucaqlayıram.

- Biz sənətdən ailənizə görə uzaqlaşdığınızı bilirik. Sənətdən uzaqlaşmağınıza konkret səbəb nədir?

- Oğlum bir dəfə mənə dedi ki, heç yerə getmə, darıxdıq. Övladımın sözü və eləcə də yorğunluğum sənətdən uzaqlaşmağıma səbəb oldu. Düşündüm ki, övladıma çox vaxt ayırmıram, qayğı göstərə bilmirəm. Sırf işlə məşğul olanda ev yaddan çıxır. Nə olur-olsun, övladımıza vaxt ayırmalıyıq. Qızımı belə hazırlığa özüm aparıram. Axşam konsertə gedəcəm. Tək canıma bu qədər işləri necə görüm? Evdə köməkçi xanım da var.

- Neçə övladınız var?

- Bir oğlum, bir qızım var.

- Həmkarınız Rəqsanə İsmayılova bir müddət həyat yoldaşını gizli saxladı. Amma sonunda fotosu yayıldı. Siz uzun illərdir ki, həyat yoldaşınızı mətbuatdan uzaq saxlamağı bacardınız.

- Heç zaman nə həyat yoldaşımın, nə də övladlarımın şəklini İnstagramda paylaşmıram. Doğrudur ki, Aynur Dadaşovanın övladları tamaşaçılara maraqlıdır. Amma istəyirəm ki, sırf Aynuru tanısınlar. Evimə, avtomobilimə, bağ evimə, uşaqların atasına görə yox, özümə görə tanınmaq istəyirəm. 11 yaşından səhnədəyəm. Necə gəlmişəmsə, elə də sevirlər. Düzdür, övladlarımın fotosunu sosial şəbəkədə paylaşmaq istəyirəm. Amma utanıram, tamaşaçılar deyəcək ki, özünü göstərdi.

- Maraqlıdır ki, həyat yoldaşınız hansı sahədə çalışır?

- Həyat yoldaşım xaricdə yaşayır, iş adamıdır. Onun işi elədir ki, tez-tez başqa ölkələrə gedir. Uşaqlar da onu doyunca görmür. Amma bu günə şükürlər olsun. Hər şey yaxşıdır. Övladlarımız var. Bir-birimizi dəli kimi sevib ailə qurmuşuq. "Leyli və Məcnun" sevgisi bizim qədər güclü olmaz. Onu çox sevmişəm.

- Məncə sənətdən uzaqlaşmağınızda onun da rolu oldu.

- O, sənətdən uzaqlaşdırmadı. Yeni evlənən zaman klip çəkdirir və tədbirlərə gedirdim. Dediyim kimi xarici ölkədə yaşadım. İşləyən zaman isə istirahətə gedə bilmirdim. Bunları nəzərə alaraq sənətdən uzaqlaşdım. Bizim sənətimiz hörmətli sənətdir. Amma bütün müğənniləri nəzərdə tuta bilmərəm ki, hamı eyni davranış ola bilər. Amma bu günümə şükür olsun, hörmət qazanmışam.

- Son zamanlar həyat yoldaşınızdan ayrılmağınız haqda şayiələr yayılıb. Bu, nə dərəcədə doğrudur?

- Ayrılıq yox, incikliyimiz olmuşdu. İki övladımız var. Bir övladım olsa, deyərdim ki ayrılmışam. Elə bir zəmanədir ki, təkbaşına heç nə etmək mümkün deyil. Uşaqların gələcəyini düşünmək lazımdır. İnciklik olub, insanıq və insan səhv edir. Düşünürsən ki, bu səhvi etməməli idi. Yalan danışa bilmərəm. Həyat yoldaşımın səhvi oldu, bir müddət küsülü qaldıq, indi hər şey yaxşıdır. Səhvinə görə bağışlaya bilmirdim, amma yola gəldim.

- Xanımlar xəyanəti qəbul edə bilmirlər.

- Bəli, qısqanclıq etmişdim.

- Həyat yoldaşınız sizə xəyanət edib?

- Mən rəfiqəmi belə başqa xanımla yaxşı danışan zaman qısqanıram. Düşünürəm ki, niyə mənimlə deyil, başqasıyla yaxşı danışdı. Qaldı ki, sevdiyin şəxs ola. Qız bürcü çox qısqanc olur. Kişiləri bilmirsiniz? Gözlərini bağlasan da kiməsə baxmağa, danışmağa başlayırlar. Kişiyə hər şey yaraşır. Amma elə səhvlər var ki, artıq çox olur. Və o səhvləri hər dəfə keçirsən. Qədəri çox olanda xanım xanımlığını göstərməlidir.

- Belə anladıq ki, hazırda həyat yoldaşınızla münasibətiniz yaxşıdır.

- Bəli, sözsüz ki, yaxşıdır. Belə bir söz var: "Çəkişməsən, bərkişməssən". Bu, bizim münasibətimizdə də baş verdi.

- Həyat yoldaşınız Bakıdadır?

- Xeyr.

- Digər bir şayiəyə görə üzünüzdə keçirdiyiniz uğursuz plastik əməliyyat ucbatından sənətdən uzaqlaşmısınız. Bu, nə dərcədə doğrudur?

- Düzgün deyil. Burnumda problem var, birtərəfi şiş olur. Əməliyyatdan qorxuram. Nə zamansa əməliyyat elətdirəcəm. 45 yaşımda səhnədə olacağamsa və ehtiyac olarsa, əməliyyat elətdirərəm. Hələ ki, ehtiyac yoxdur. Bu günə qədər üzümdə hansısa plastik əməliyyat elətdirməmişəm.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2285   Tarix: 13 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə

17 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun

15 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021