Naxçıvanda Uzunoba Su Anbarında çimərlik yaradılıb.

Naxçıvanda Uzunoba Su Anbarında çimərlik yaradılıb.İsti yay günlərində muxtar respublika sakinlərinin və qədim diyara gələn turistlərin istirahətinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür, yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir. Belə istirahət yerlərindən biri də Naxçıvanda Uzunoba Su Anbarında yaradılan çimərlikdir.

İyunun 17-də növbəti çimərlik mövsümünün açılışı olub.

Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahə 10 min kvadratmetr olmaqla uzunluğu 255, eni 55, su hissəsinin dərinliyi relyefə uyğun olaraq 4-14 metrdir. Uşaqlar üçün nəzərdə tutulan sahə 1925 kvadratmetr, uzunluğu 60, eni 35, su hissəsinin dərinliyi isə 3 metrdir. Hər iki sahədə suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub. Çimərlik ərazisində kölgəliklər və paltardəyişmə yerləri qurulub, idman meydançası, eləcə də avtomobil dayanacağı yaradılıb, ictimai-iaşə xidməti təşkil olunub. İstirahət zonasında su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait mövcuddur. Naxçıvan şəhərindən çimərliyə və əks istiqamətə marşrut xidməti fəaliyyət göstərir.

Çimərlik istirahət zonasında insanların təhlükəsizliyi də nəzərə alınıb, müşahidə qülləsi yaradılıb, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sularda xilasetmə bölməsi xilasedici qayıqlarda 5 xilasedici və 1 həkimlə gündəlik xidmət aparır. Xidmət zamanı sahildəki müşahidə qülləsindən ətrafa davamlı nəzarət olunur. Hər hansı qayda pozuntusu qeydə alınarsa səsgücləndirici qurğu vasitəsilə xəbərdarlıq edilir.

/Azərtac


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 2916   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Eyfel qülləsi ziyarətçilərin üzünə açılır

Eyfel qülləsi koronavirus pandemiyası səbəbindən olan 9 aylıq fasilədən sonra 16 İyul tarixində ilk ziyarətçilərini qəbul edəcək. -a istinadən xəbər verir ki, bu barədə qüllənin istismarından cavabdeh olan şirkətin saytında bildirilir. Davam edən epidemiya səbəbindən bu yay qülləyə buraxılan ziyarətç

21 may 2021
.

Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI

Koronavirusun yayılması səbəbindən bir çox Avropa dövləti səyahət qadağaları tətbiq edir. Ancaq buna baxmayaraq, turistlər üçün giriş qaydalarını yumşaldan ölkələr də var. - a istinadən xəbər verir ki, "TRT Haber" həmin ölkələrin siyahısını təqdim edib. Danimarka 26 iyun tarixinə qədər Avrop

19 may 2021
.

İranda daha 432 nəfər koronavirusdan öldü

Son 24 saat ərzində İranda 9 min 450 nəfər koronavirusa yoluxub, 423 nəfər isə həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə bununla da İranda virusa yoluxanların ümumi sayı 673 min 250 nəfər, ölənlərin sayı is

8 noyabr 2020
.

Bavitlunq Vanlalvavna "Bakı-Dehli arasında birbaşa aviareysin açılması iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək"

"Bakı-Dehli arasında birbaşa aviareysin açılması iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək". Bunu "Report"a Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib. "Ümid edirəm ki, açılmış yeni reys Hindistandan daha çox insanın Azərbaycan

29 iyul 2019
.

Turistlər üçün yardım-dəstək mərkəzi yaradılacaq-VAXT AÇIQLANDI

"Dövlət Turizm Agentliyi Bakıda turistlər üçün yardım-dəstək mərkəzi yaradacaq. Həmin mərkəz 2020-ci ilin yay mövsümündə istifadəyə veriləcək" . -a istinadən xəbər verir ki, bunu açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Eləcə də bax: Azərbaycand

11 dekabr 2019
.

Bu ölkədə xaricdən gələnlərin təcrid müddəti iki həftəyə qədər uzadılıb

Kuba rəhbərliyi adadakı pisləşən epidemioloji vəziyyətə görə xaricdən respublikaya gələnlər üçün məhdudiyyətləri sərtləşdirib. -ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə nazirliyinin Epidemiologiya departamentinin direktoru Fransisko Düran deyib. Xarici turistlər və Kuba vətəndaşlar

11 iyul 2021
.

Turizm sektoru pandemiyadan əvvəlki səviyyəyə nə zaman qayıdacaq? - AÇIQLAMA

Pandemiya dövründə ən çox zərər çəkən sahələrdən biri də turizm sahəsi oldu. Karantinlə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırılsa da turizm sektorunda vəziyyət hələ də qaneedici səviyyədə deyil. Bəs görəsən bərpa olma prosesi nə vaxta gözlənilir?. Mövzu ilə bağlı -ın suallarını turizm sahəsi üzr

18 may 2021
.

Pandemiya dövründə azərbaycanlılar ən çox bu ölkələrə gedib

Azərbaycandan xaricə istirahət üçün gedənlər əsasən Türkiyə və Gürcüstana üz tutur. bildirir ki, bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib. C.Aşırov qeyd edib ki, quru sərhədlər bağlı olduğu üçün vətəndaşlar bu ölkələrə hava yolu ilə gedirlər:. "Azərbaycana 9 ölkədən gəlməyə icazə verilib

2 avqust 2021
.

Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏ!

Dekabr ayı ərzində "SkyUp" və "Ukrayna Beynəlxalq Hava Yolları" (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır. xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Xüsusilə də, "SkyUp"

5 dekabr 2020