Yol polisləri yanan maşından turistləri xilas etdi - FOTO

Yol polisləri yanan maşından turistləri xilas etdi - FOTOİyulun 29-da səhər saatlarında Bakı-Qazax magistral yolunun 35-ci kilometrliyində Vüsal Əliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusda qısaqapanma nəticəsində tüstülənmə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a bildiriblər ki, avtomobilin elektrik sisteminin sıradan çıxması səbəbindən nəqliyyat vasitəsinin qapıları avtomatik olaraq kilidlənib və sərnişinlər salonda köməksiz vəziyyətdə qalıblar. Yanan maşının tüstüsünün salona dolması səbəbindən sərnişinlər boğulma təhlükəsi ilə üzləşiblər. Bu zaman ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı taqımının əməkdaşları nəqliyyat vasitəsinə yaxınlaşaraq maşında olan 10 sərnişin və sürücünü avtomobilin pəncərəsindən evakuasiya ediblər. Həyatları xilas edilən şəxslərə YPX əməkdaşları tərəfindən ilkin yardım göstərilib. Yol polislərinin operativliyi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb və maşın vaxtında söndürülüb.

Araşdırma zamanı maşında olan şəxslərin ölkəmizə səfərə gələn xarici turistlər olduğu və onların Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiyaya getdikləri müəyyən edilib.

Hadisəyə vaxtında müdaxilə edildiyindən xəsarət alan olmayıb. Turistlər operativ reaksiya göstərərək onların yanan maşından çıxarılmasını təmin etdikləri üçün polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Hadisədən sonra turistlərin yol polisləri tərəfindən əraziyə çağırılan digər avtobusla ekskursiyaları davam etdirmələrinə şərait yaradılıb və onlar yol patrul avtomobili ilə müşayiət ediliblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1894   Tarix: 29 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Ağdamda mina partlayışı olub: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

"İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti ağırdır". "Report" xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib. "Xəstə daxil olarkən diaqnoz

12 aprel
.

Sumqayıtda tanınmış iş adamı vəfat etdi

Sumqayıt şəhərində tanınmış iş adamı Mais İsmayıl oğlu Nəcəfov 68 yaşında dünyasını dəyişib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Belə ki, iş adamı insultdan vəfat edib. Qeyd edək ki, Mais İsmayıl oğlu Nəcəfov 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub

11 aprel
.

Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. -ın əldə etdiyi məlumata görə, Birinci Liqa təmsilçisi "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır. Klubun mətbuat katibi Mübariz Süleymanlının -a verdiyi məlumata görə, hüquq-mühafiz

11 aprel
.

Ağcabədidə Kürdə batan ata və qızının axtarışları davam etdirilir - VİDEO

Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Bu barədə -a FHN-dən məlumat verilib. Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfəri

14 aprel
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17 aprel
.

Xankəndi şəhərində silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən -a məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən doqquz ədəd müxtəlif markalı avtomat silahı, üç tüfəng, dörd qumbara, bir fişən

13 aprel
.

Tiflisdə partlayışda polis əməkdaşı da öldü

Tiflisin İsan rayonundakı Boçorma küçəsində yerləşən "Battleground" atış mərkəzində partlayış nəticəsində ölənlərdən biri polis əməkdaşıdır. -a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, yaralılar arasında da 2 nəfər DİN əməkdaşı var. Qeyd edək ki, parlayı

7 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel