Onların hamısının başını kəsəcəm - Prezidentdən ŞOK TƏHDİD

Onların hamısının başını kəsəcəm - Prezidentdən ŞOK TƏHDİDFilippin Prezidenti Rodriqo Duterte bəyan edib ki, milli mənsubluğundan asılı olmayaraq, o, narkobaronların başını kəsməyə hazırdır və buna görə həbsə düşməkdən qorxmur.

Sonxeber.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə "Manila Bulletin" qəzeti məlumat yayıb.

"Mən korrupsiyaya, həm də narkotiklərə nifrət edirəm. Əgər sən böyük narkobaronsansa, sənin kimliyindən – tonlarla narkotik satan çinli, yapon və ya malayziyalı olmağından asılı olmayaraq, mən sənin başını kəsəcəyəm", - deyə Filippin Prezidenti bəyan edib.

R.Duterte bildirib ki, əgər buna görə onu həbs etələr belə, onun üçün heç bir fərqi yoxdur. Belə olarsa, o, ildə bir dəfə - Milad günü ona yemək gətirməyi xahiş edəcək.

Eyni zamanda, o, xəbərdarlıq edərək bildirib ki, əgər ölkəyə narkotiklər gətirən xarici sindikatların üzvlərini tutarsa, bu zaman onları öldürərək dənizə atacaq.

Yerli qəzetlər polisə istinadla xəbər verir ki, son üç ildə Filippində narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı aparılan mübarizə nəticəsində 6,6 min şübhəli həlak olub, 240,5 min nəfər həbs edilib, 1,28 milyon nəfər isə polisə könüllü təslim olub.

Xatırladaq ki, 2016-cı ilin mayında Filippin Prezidenti seçilən Rodriqo Duterte narkotik maddələrdən asılılığı olan insanlara və narkotikləri yayanlara qarşı genişmiqyaslı mübarizəyə çağırışları ilə fərqlənir. Dünya ictimaiyyəti isə Filippində narkoticarətlə bağlı mübarizənin metodlarını dəfələrlə tənqid edib. BMT-nin insan hüquqları sahəsində mütəxəssisləri də Filippin hakimiyyətinin metodlarını tənqid edərək, onu məhkəmə təhqiqatı aparılmadan təqsirli bilinənlərin qətllərindən çəkinməyə çağırıblar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1070   Tarix: 08 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Əvvəl döydü sonra, sosial mediada hədələdi

Həkimi döyüb sərbəst buraxılan, şəxs bu dəfə də sosial mediada tibb işçisini hədələdi. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Ədirnə şəhərində baş verib. Belə ki, ədirnədə həkim döydüyü üçün həbs edilən şəxs sərbəst buraxıldıqdan sonra da etdiyi hərəkətlərdən peşman olmayıb. Həmi

18 aprel
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19 aprel
.

"Microsoft" fotoşəkilləri "həddən artıq real" videolara çevirən tətbiq təqdim edib

Microsoft, insanı fotoşəkildən (hətta Mona Lizadan) "danışan baş"a çevirməyə imkan verən VASA-1 süni intellekt platformasını təqdim edib. xəbər verir ki, yeni xidmətin imkanlarını nümayiş etdirən video süni intellekt üzrə ekspert Min Çoi tərəfindən yayımlanıb. VASA-1 səs yazısı əsasında təsvir

18 aprel
.

32 şagird toyuq ətindən zəhərləndi

32 şagird toyuqdan zəhərlənib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, orta məktəbinin 32 şagirdi "kermes" günündü yedikləri toyuq və düyüdən zəhərlənib. Şagirdlər xəstəxanaya aparılıb. Hazırda müalicə olunurlar. Onların həyati təhlükəsinin olmadığı öyrənilib

19 aprel
.

Restoranda dəhşətli yanğın olub

Türkiyədə restoranda dəhşətli yanğın baş verib. xarici mediaya istinadən xəbər verir ki, başlayan yanğın qısa müddət ərzində park edilmiş avtomobilə və ona bitişik 3 mərtəbəli binaya keçib. Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə çoxlu xilasetmə qrupları sövq edildi. Hadisə yerinə gələ

18 aprel
.

Türkiyədə gecə baş verən zəlzələnin ANBAAN VİDEOSU

Türkiyənin Tokat şəhərinin Sulusaray rayonunda baş verən və ətraf ərazilərdə hiss edilən 4,7 bal gücündə zəlzələ təhlükəsizlik kameralarına əks olunub. bu barədə "Haber Global"a istinadən xəbər verir. Qeyd edək ki, təbiət hadisəsi yerli vaxtla 01:06-da (Bakı vaxtı ilə 02:06) qeydə alınıb. Bələdiyy

18 aprel
.

Yeni quş qripi virusu aşkarlandı

Bolqarıstanın cənubundakı Asenovqrad şəhəri ərazisində daha bir quş qripi virusu yayılıb. "Report" xəbər verir ki, bu barədə Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Virus baytarlar tərəfindən təxminən 154 min toyuq olan fermada aşkarlanıb. Bir həftə əvvəl virus Haskovo şəhərind

18 aprel
.

"Miss-2024"ün finalçısı itkin düşdü

Rusiyanın Buryatiya Respublikası üzrə İstintaq Komitəsi "Miss Buryatiya 2024" müsabiqəsinin finalçısı Seseg Buinovanın qəribə şəraitdə yoxa çıxması ilə bağlı cinayət işi açıb. -a istinadla bildirir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Buinova aprelin 12-nə keçən gecə iş zamanı yoxa çıxıb

18 aprel
.

Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?

"Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqanın 2024-cü il üçün sadaladığı kəhanətlərdən daha biri doğru çıxıb. Gəlin, onun üçüncü dünya müharibəsi haqqında dedikləri və bunun İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə hansı əlaqəsinin olduğuna nəzər salaq. Vanqanın İran v

18 aprel