İlhamənin həbs etdirdiyi Mehriban Hüseynovadan ŞOK MƏKTUB

İlhamənin həbs etdirdiyi Mehriban Hüseynovadan ŞOK MƏKTUBSonxeber.az musavat.com-a istinadən bildirir ki, M.Hüseynova məktubunda yazır: "İstəməzdim, bir daha köhnə söhbətlərə qayıdım. Ancaq buna məcburam. Çünki aylardır, məni gözdən və nüfuzdan salmaq istəyində olanlar var. Bu adamlar başıma olmazın oyunlar açdılar. Aylarla əziyyətini çəkdiyim İlhamə Quliyeva ilə məni düşmən etdilər. Hələ də qurduqları planlara çatmadıqlarına görə yenə də məndən əl çəkmək istəmirlər. Belə çıxır ki, mənim tutulmağım, İ.Quliyevanın rəhmətə getməyi onların planının sonu deyilmiş. Canfəşanlıq edib, özlərini guya ki mərhumənin qisasını alırlar kimi göstərib, etdikləri cinayətlərdən sığortalanmaq istəyirlər. Artıq hər kəsə aydındır ki, İ.Quliyeva nə qədər ağır xəstə idi. Onun ağır və dözülməz əməliyyatdan çıxan vaxtında da yanında mən olmuşam. Mən ona anam kimi baxmışam. Ona görə də ondan gələn zərbə mənim üçün dözülməz oldu. Çünki İ.Quliyeva mənə yox, məhz o dələduz, fırıldaqçılara inanmışdı. Hazırda göz qabağındadır, kim var-dövlət, mülk davası edir".

M.Hüseyova İ.Quliyevanın vəsiyyətnin təmin olunmamasına, ölümündən sonra onun əmlakının hərisliklə ələ keçirilməsinə diqqət çəkir: "Əgər Orxan, həqiqətən də, İlhamə Quliyevaya, sadəcə, bir oğulluq etmək istəyirdisə, nə üçün onun yoxluğunun acısını deyil, qalan mirası ələ keçirmək həsrətini çəkir? Axı İ.Quliyeva sağlığında hər zaman mənə və ona yaxın olan qohumlarına bildirirdi ki, əgər mən həyatda olmaramsa, məni qoz ağacından olan tabutda basdırın. Nəyim də varsa, kimsəsiz uşaqlar üçün xərcləyin. Əgər mənə inanmırsınızsa, Əli Mirəliyevə inanın. Məndən öncə İ.Quliyevanın ən ağır vaxtlarında Ə.Mirəliyevin qızı onun qulluğunda dayanıb. Artıq olan olub, keçən keçib, hazırda istintaq gedir. İstintaqın gedişinə mane olmamaq üçün çox şeyləri açmaq istəmirəm".

M.Hüseynova məktubunda istintaqın sonunda kimin günahkar olmasını üzə çıxaracağına ümidli olduğunu qeyd edir. O vurğulayır ki, "Neftçilər" xəstəxanasının həkimlərinin İ.Quliyeva ilə bağlı rəyi var: "Zaman gələcək, haqq öz yerini tapacaq. İ.Quliyeva artıq həyatda yoxdur, mən nə danışsam da, cavab verə bilməyəcək. Televiziya və saytlarda mənimlə bağlı gedən süjetin pərdə arxasında nə baş verdiyini orada olanlardan başqa heç kim bilmir. Bununla belə, onlar öz çirkin hərəkət və əməllərinə haqq qazandırmaq istəyirlər. Və mənim həbsdə olmağımdan istifadə edirlər. Ancaq hüquq-mühafizə orqanlarının bu işə ədalətlə baxmalarına inanır və güvənirəm. Allaha şükr edirəm, Allah böyükdür, nə etsə, doğru bildiyini edir. Əgər azadlıqda olsaydım, yaxınları onun ölümündə məni günahkar bilərdilər. Necə ki, o böhtanı yenə də mənə atırlar. Haqqımda çıxan şayiələrdə bildirilir ki, guya mən İ.Quliyevanı öldürmək fikrində olmuşam. Axı belə bir şey olsaydı, İ.Quliyeva məndən sonra "Neftçilər" xəstəxanasında müalicə olunanda həkimlərin verdiyi rəyi çoxdan əlində bayraq edərdi. Ekspert də təyin etmişdir ki, onun bir çox xəstəlikləri olub və öz əcəli ilə ölüb. Haqqımda şayiələr yayanlar, siz öz çirkin əməllərinizi ört-basdır etməyə çalışmayın. Bilmək olmaz, sonda kim günahkar çıxacaq, siz, yoxsa mən..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 6067   Tarix: 19 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun

15 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021