DİQQƏT! Qoyun əti bu insanlara olmaz

DİQQƏT! Qoyun əti bu insanlara olmazMüqəddəs Qurban bayramıdır. Bu günlərdə hətta qoyun ətindən nadir hallarda istifadə edən ailələrin süfrəsini də bir neçə gün bu ətdən hazırlanmış xörəklər bəzəyəcək. Ancaq son dövrlər qoyun ətinin sağlamlıq üçün faydalı və ya ziyan olması ilə bağlı müxtlif fikirlər səsləndirildiyinə görə çoxları bu qidadan imtina edir. Maraqlıdır, həqiqiətən qoyun əti sağlamlıq üçün ziyandır? Bu ət kimlər üçün təhlükəli hesab edilir?

Sonxeber.az axar.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, qoyun əti müəyyən sağlamlıq prolemləri olanlara ziyandır.

Belə ki, qoyun əti mədə-bağırsaqda turşuluq dərəcəsini artırır, gec həzm olduğu üçün mədə xorası, qastrit, reflüks, yüksək turşuluqla bağlı mədə problemləri, xolesistiti olan insanlara qoyun əti yemək olmaz.

Qurbanlıq ət 2 yaşa kimi uşaqlara və yaşı 70-i keçmiş ahıllara da olmaz. Çünki 2 yaşa kimi uşaqların mədə-bağırsağı və turşuluğu bu ətin həzminə uyğun inkişaf etməyib.

Həmçinin əhali arasında geniş yayılmış bəzi xəstəliklərdə də qoyun ətindən uzaq durulmalıdır. Belə ki, ateroskleroz - damarlarında tutulması olanlara, qan təzyiqi yüksək olanlara, şəkərli diabet xəstələrinə qoyun əti ziyandır.

Ürək -damar problemləri olanlar, insult, infarkt keçirənlər, ürəyində stend yerləşdirilənlər qoyun ətindən çox az miqdarda qəbul etməlidir. Çünki qoyun ətində yüksək miqdarda lipid olur və bu da qanda olan lipidi daha da artırır.

Böyrəklərində və öd kisəsində daş olanlar, qaraciyər xəstələri yaşayanlar, podaqrası olanlar da qoyun ətini az qəbul etməlidir.

Xüsusən qurban kəsiləndən sonra içalatını qovurma edib yeyənlər də ehtiyatlı olmalıdır. Qoyunun qaraciyərində sidik turşusu çox olduğundan, podaqra, daş və oynaq problemi olanlar ikiqat zərər görə bilər.

Mütəxəssislər həmçinin bildirib ki, qoyun ətindən xörək hazırlayarkən çalışmaq lazımdır ki, ətin yağlı-piyli hissəsindən istifadə olunmasın. Belə olan halda qoyun ətindən istifadə etməklə "pis" xolesterinin miqdarını aşağı salmaq da mümkündür. ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin ümumi miqdarının aşağı düşməsinə gətirib çıxarır.

Qoyun ətindən istifadə zamanı daha bir məsələni də diqqətdə saxlamaq lazımdır. Qoyun əti ilə birlikdə turş ədviyyatlardan, şüyüddən, nanədən, kəklikotundan, nar turşusundan, limondan istifadə etmək lazımdır ki, ətin tərkibindəki yağın maddələr mübadiləsində normal nizamlanmasına şərait yaratsın.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2947   Tarix: 13 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. xəbər verir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadının bətnindəki uşaq daim böyüyür və onu kifayət qədər yerlə təmin etmək üçün qadı

14 aprel
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

7 aprel
.

Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub - Tədqiqat

Zərərli qidaların nə üçün xərçəngə səbəb olduğu məlum olub. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Sinqapur Universitetinin tədqiqatçıları bununla bağlı araşdırma aparıblar. Təxminən 3 milyon britaniyalı hazırda xərçənglə mübarizə aparır və bu rəqəmin 2040-cı ilə qədər 5,3 milyonu keçəcəy

24 aprel
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. xəbər verir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərinə görə, sü

16 mart
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30 mart
.

Argentinada ölkənin yeganə xəbər agentliyi bağlanır

Argentinanın yeganə dövlət xəbər agentliyi "Telam" ölkə prezidenti Xavyer Mileyin təşəbbüsü ilə bağlanır. Bu barədə dövlət başçısı parlamentin iclasının açılışında bildirib. Mileyin sözlərinə görə, agentlik onun siyasi rəqiblərinin ideyalarının təbliği ilə məşğul olub. "Son onilliklərd

2 mart
.

Özünüzü yaxşı hiss etmək üçün GÜNLÜK VƏRDİŞLƏR

Alimlərin uzun araşdırmalar nəticəsində bəzi vərdişlər məlum olub ki, bunlar gün ərzində özünüzü yaxşı hiss etməyə kömək edəcək. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hipnoterapevt Robert Hayzi danışıb. Onun sözlərinə görə, əhvalınızı yaxşılaşdırmaq və gün ərzində sakit qalmaq üçün səhər məşqlər

2 mart
.

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib. O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 7

24 mart
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

7 aprel