Birinci vitse-prezidentin "Dostluq" ordeni - münasibətlərin göstəricisi - ŞƏRH

Birinci vitse-prezidentin "Dostluq" ordeni - münasibətlərin göstəricisi - ŞƏRHRusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Dostluq" ordeni ilə təltif edilib.
Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti olaraq ictimai fəaliyyətində Rusiya ilə ictimai və mədəni əlaqələrin genişlənməsinə həmişə diqqət ayırıb.

Fond həm də Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatıdırılmasında mühüm rol oynayıb. Azərbaycan torpaqlarının işğalı, 20 Yanvar, Xocalı soyqırımı ilə bağlı hər il bu ölkədə çoxsaylı tədbirlər, mərasimlər keçirilir. Rusiyanın ictimai, siyasi, mədəniyyət və dövlət xadimləri həmin yığıncaqlara qatılır, çıxışlar edirlər. Son illər Rusiya ictimaiyyətində Azərbaycan həqiqətləri ilə bağlı rəyin formalaşmasında Fond aparıcı rol oynayıb.
Birinci vitse-prezidentin "Dostluq" ordeni - münasibətlərin göstəricisi - ŞƏRHBu il mayın 10-da Heydər Əliyev Fondunun yaranmasının 15 illiyi tamam olub.
Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mixail Şvıdkoy Fondun yubileyi ilə bağlı müsahibəsində bildirib: "Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın vizit kartıdır. Bu gün postsovet məkanında bu cür səmərəli işləyən ikinci bir təşkilat yoxdur. 15 il ərzində Heydər Əliyev Fondunun başında Mehriban xanım Əliyevanın olması onu göstərir ki, mədəniyyətin, təhsilin, elmin inkişafına dəstəyə, Azərbaycanın müsbət obrazının yaradılması üçün görülən işlərə ölkə rəhbərliyi, Prezident İlham Əliyev tərəfindən necə əhəmiyyət verilir".

M.Şvıdkoy bildirib ki, Heydər Əliyev Fondu bu gün Azərbaycan üçün Höte İnstitutunun Almaniya və "Alyans Frans"ın Fransa üçün oynadığı qədər əhəmiyyətli rola malikdir. O, Fondun fəaliyyətinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına etdiyi xidmətdən danışaraq bildirmişdi ki, qurumun Rusiyada həyata keçirdiyi tədbirlər, geniş miqyaslı humanitar layihələr iki ölkə arasındakı dostluq və mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsinə təkan verir: "Mənə elə gəlir ki, bu gün Azərbaycan və Rusiya arasındakı münasibətlər üçün Heydər Əliyev Fondunun fəaliyyəti çox önəmlidir. Ona görə ki, Fond Azərbaycan mədəniyyətini Rusiyada təmsil edir. Nəzərə alsaq ki, Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayır, bu gün Fondun Rusiya azərbaycanlılarına mədəni və humanitar layihələrin həyata keçirilməsində dəstəyi yüksək səviyyədə hiss olunur".
Heydər Əliyev Fondunun Rusiyada həyata keçirdiyi çoxsaylı humanitar addımlara nümunə olaraq Rusiya vətəndaşı olan azərbaycanlılar Heydər Camalın qızı Gövsər Camal və Orxan Camalın oğlu Mansur Camalı himayəyə götürməsini göstərmək olar.
Son 5 ildə Fondun xaricdə həyata keçirdiyi 10 vacib layihədən ikisi Rusiyaya aiddir. Onlardan bir Rusiyada təhsilin dəstəklənməsi layihəsidir. Fond Moskvada, Ulyanovskda və Dərbənddə məktəbləri təmir etdirib. Həştərxanda knyaz Vladimirin abidəsini ucaldıb. "Arzu" adlı uşaq əyləncə meydançası, məktəb tikdirib. "Dostluq" adlı uşaq bağçasını inşa etdirib.

Fondun yardımı və təşəbbüsü ilə Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu və ictimai xadimi Mirzə Fətəli Axundovun abidəsi ucaldılıb.
Mehriban xanım Əliyeva xidmətlərinə görə 2012-ci il aprelin 13-də MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun "Birlik Ulduzları" dövlətlərarası mükafatına, həmin il Azərbaycan Kazaklar İttifaqının ali "Kazak şöhrəti" ("Kazatskaya slava") mükafatına, 2014-cü ilin avqustunda Rusiya Federasiyasının Həştərxan vilayətinin "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni, 2017-ci il dekabrın 26-da Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunub.

Qeyd edək ki, Müqəddəs Mələksima Knyaginya Olqa ordeni 1988-ci ildə Rusiyanın xristianlığı qəbul etməsinin 1000 illiyi münasibətilə təsis edilib.
Birinci vitse-prezidentin "Dostluq" ordeni - münasibətlərin göstəricisi - ŞƏRHHeç şübhəsiz ki, Fondun Rusiyadakı uğurlarında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da əməyi var. Təsadüfi deyil ki, Leyla xanım 2012-ci ilin sentyabrın 12-də Həştərxan vilayətinə xidmətinə görə medalı, 2013-cü ilin dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima Knyaqina Olqa ordeni, 2013-cü ilin dekabrın 20-də Volqoqrad vilayətinə xidmətinə görə medalı, 2015-ci ilin oktyabrın 20-də isə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Aleksandr Puşkin medalı ilə təltif olunub.

Mehriban Əliyeva Birinci vitse-prezident, dövlət xadimi olaraq da Rusiya ilə münasibətlərə böyük diqqət ayırır. Son bir neçə ayda o, bu ölkənin müxtəlif səviyyəli rəsmilərini qəbul edib, o cümlədən, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

İctimi-siyasi və dövlət xadimi olaraq Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün verdiyi çoxsaylı töhfələr Mehriban Əliyevanın "Dostluq" ordeninə layiq olduğunu sübuta yetirir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1724   Tarix: 13 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel