"82 yaşlı qoca üçün pis deyiləm"- MUSA YAQUB

"82 yaşlı qoca üçün pis deyiləm"- MUSA YAQUB"İki gündə gəlib gedənlərin sayı-hesabı yoxdur. Bayramda isə qonaqlarımın sayı lap çox idi. Mənə olan bu sevgiyə görə xalqıma minnətdaram. Məndən uzaqda olan adam yoxdur, necə ki, mən hamını yaxın bilirəm".

Sonxeber.az xəbər verir ki, bunu News24.az-a xalq şairi Musa Yaqub deyib.

Bir müddət öncə səhhəti pisləşən şair hazırda özünü yaxşı hiss etdiyini deyib: "Sağ olsunlar, məni tək qoymurlar. Bax, indi qonaqlarım dağdağanın dibində gəzirlər, mən də onlara tamaşa eləyirəm. Gəlib-gedənlər darıxmağa qoymurlar. Özüm də, dərmanlarımı atıram, həyətdə az-az hərlənirəm. 82 yaşlı qoca üçün pis deyiləm".

Şairin qızı Yaqut Yaqubova da söhbətə qoşulub atasının vəziyyətindən ürəkdolusu danışıb: "Əvvəlkindən çox yaxşıdır. İndi özü gəzə bilir. Düzdür, nəzarətimiz altındandadır. Amma əvvəl belə deyildi. Hər gün ona baş çəkməyə o qədər adam gəlir ki, təsəvvür edə bilməzsiz. Bölgələrdən, Bakıdan hər kəs Musa Yaqubun halını soruşmaq üçün qapımızı döyür. Qələm dostları, hətta aşıqlar belə onu müntəzəm yoluxurlar. Seyran Səxavət, Rəşad Məcid, Maarif Soltan, Yaşar Əliyev, Ramiz Rövşən... Elə qələm adamı yoxdur ki, bu həyətə gəlib ona baş çəkməsin. Bu həyətin qonaq-qarasız günü olmur. Anam sağlığında atamın qonaqlarını belə öyrədib. Qonaq-qara anamın üzünə gəlirdi. Çünki anam rəhmətlikdə elə bir güc var idi ki, bir günə əlli adam yola salırdı, bircə dəfə də alnı qırışmırdı. Camaat da elə öyrəşib, istədikləri vaxt ərklə bu qapını açıblar".

Şairin qızı Musa Yaqubun yaradıcılığında yeniliklər olduğunda da danışıb: "Son günlər Xaqani Şirvanini oxuyur. Atam onun yaradıcılığını çox sevir, onunla bağlı "Dəyirman" poeması da yazıb. İndi isə Xaqaniyə məktub yazır. Təzə şeirləri də var. Inandırım sizi, xəstəliyi ruhuna zərrə qədər də xələl gətirməyib. Ruhu əvvəlkindən də sağlam, yaradıcılıq doludur. Əslində, mən atamın ağır yükün altına girməyini heç istəmirəm. Çünki bədənin ağrıları, üstəlik, ruhunun ovqatı onu yorar deyə qorxuram. Amma onu da bilirəm ki, o, oxumasa, yazmasa yaşaya bilməz".
Söhbət əsnasında Yaqut xanım Musa Yaqubun son şerindən də danışıb: "Ən axırıncı şeirini müalicə aldığı klinikanın qızlarına yazib. "Mələklərdi"ni atam bədahətən dedi, nəvəsi Nərgiz də yazdı. Amma sonra qayıtdı ki, gərək bu şerə əl gəzdirərdim, ürəyimcə olmadı. Daha yaxşı yaza bilərdim. Onun 82 yaşında anama yazdığı şer isə, məncə, yazdıqlarının ən ürəyə yatanıdır.

Vallah, bunlar qadın deyil, qız deyil,
Mələklərdi, mələklərdi, mələklər.
Saçlarında cilvələnir küləklər.
Mələklərin saçlarıyla oynaşan,
Küləklərdi, küləklərdi, küləklər.

Göyərçindi biri, bizə dən verir,
Qaranquşdu biri, qaçır xəbərə.
Vallah, bunlar qadın deyil, qız deyil,
Mələklərdi, mələklərdi, mələklər.

Dilləri də, dönüb şirin-şəkərə
Bu xanımlar, bu gözəllər, bu qızlar.
Vallah, bunlar qadın deyil, qız deyil
Qayğımızı çəkənlərdi, çəkənlər.

İnsan odur həmişə olsun qayğısı,
Başımızda böyüklərin sayğısı.
Belə olsa, bol olacaq çörəklər
Bu çörəyi halal bölər mələklər.
Sağ ol səni, a, bərkimiş biləklər,

Ədalət var, bölgüsündə, işində.
Yaşa səni, ey vətən övladları,
İstəyirsən, bir-bir sayım adları
Ürəklərdə qoy açılsın çiçəklər,
Birdəfəlik rahat olsun ürəklər.

Bu nədi, hey, alıb məni dövrəyə,
Kim istəməz xoş sözünü söyləyə
Vallah, bunlar qadın deyil, qız deyil,
Mələklərdi, mələklərdi, mələklər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1624   Tarix: 14 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Bəstəkar Cavanşir Quliyevin son durumu açıqlanıb

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. Bu barədə "Report"un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib. O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadə

17 fevral
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

Xalq artisti: "Qızım məhkəmədə məndən imtina edib"

Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub. xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:. "Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarş

4 fevral
.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Habil Əliyevin qızı: "Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar"

"Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdilər". Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib. -ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki

3 aprel
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

Aktrisa evində səs verdi - Video

Aktrisa Məsumə Babayeva növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. "Qafqazinfo" xəbər verir ki, 72 yaşlı sənətkar səhhəti ilə əlaqədar evində səs verib. O bu barədə feysbuk səhifəsində paylaşım edib. Qeyd edək ki, M. Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçıla

7 fevral