Erməni əsgərin Azərbaycan tərəfinə qaçmasının DƏHŞƏTLİ SƏBƏBLƏRİ

Erməni əsgərin Azərbaycan tərəfinə qaçmasının DƏHŞƏTLİ SƏBƏBLƏRİKazaryan Aro Xaykoviçin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni hərbi birləşmələrindən fərarilik edərək, ağ bayraqla Azərbaycan tərəfinə təslim olması Nikol Paşinyan hakimiyyətinin erməni ordusu haqda yaratmaq istədiyi mifi dağıtdı. Nikolun "dünyanın ən güclü 20 ordusundan biri etmək istədiyi erməni ordusu" təkcə qeyri-qanuni münasibətlər, zorakılıq və dəhşətli hadisələrin yaşandığı yox, həm də mövcud vəziyyətə dözməyən əsgərlərin döyüş postunu tərk etməsi hallarının mütəmadi olaraq baş verdiyi hərbi birləşmədir. Bədənində zədələr, əllərində popiros kötüyünün söndürüldüyü Kazaryanın xilas olmaq üçün Azərbaycan tərəfinə qaçması erməni ordusu haqda yazılanların təbliğat yox, fakt olduğunu təsdiqlədi.

Kazaryan avqustun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində işğalçı ordudan qaçaraq, Azərbaycan Ordusuna sığındı. O, xidmət etdiyi hərbi hissədə mövcud olan özbaşınalıq, qeyri-insani münasibət, komandirlərinin və digər əsgərlərin təzyiqinə məruz qaldığı üçün fərarilik etdiyini deyir.

Mümkündür ki, Kazaryan üzləşdiyi təhqirlərə və alçaldılmasına dözməyərək, şüurlu şəkildə qaçmaq planı qurub və səhər saatlarında postda olanda tək qalan kimi silahını qoyaraq, qaçıb. Erməni əsgərin üzərindəki zədələr, xüsusilə əlində popiros kötüklərinin söndürülməsi nəticəsində yaranan izlər erməni hərbi birləşmələrində baş verənləri əyani şəkildə göstərir. Görünür, 19 yaşlı erməni əsgər üçün yeganə çıxış yolu Azərbaycana sığınmaq olub.

Bu hadisədə üç məqam xüsusilə diqqət çəkir.

Birincisi, Kazaryanın Ermənistan vətəndaşı olmasıdır və bu, işğalçı ölkənin Qarabağdakı separatçı rejimin "özünümüdafiə dəstələri" uydurmalarını ifşa edən növbəti faktdır. 19 yaşlı erməni əsgər Ermənistanın Vayotsdzor vilayətinin Yexeqis kəndindəndir və digər kasıb ailələrin uşaqları kimi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə hərbi xidmətə göndərilib. Bu fakt bir daha təsdiq edir ki, Ermənistan vətəndaşları işğal altındakı bölgədə hərbi xidmət keçir və Qarabağa separatçı rejim yox, rəsmi İrəvan nəzarət edir. Azərbaycan danışıqlar masasında bu faktdan istifadə edə biləcək.

İkincisi, Kazaryan amili Ermənistan ordusunda acınacaqlı vəziyyətin keçmiş rejimin dövründəki kimi davam etdiyini əyani şəkildə sübut etdi. İndiyə qədər erməni mediası orduda korrupsiyanın, özbaşınalığın, qeyri-insani münasibətlərin olduğunu yazır, komandirlərin əsgərləri təhqir etdiyini, əsgərin əsgəri pis əməllər üçün istifadə etdiyini qeyd edirdilər.

"İnqilab heç nəyi dəyişmədi, "daxili düşmən" erməni əsgərlərini qırır. Korrupsiya, səriştəsiz komandirlər, qeyri-qanuni münasibətlər – ordunun ən böyük bəlası hələ də qalmaqdadır", - ermənilər yazırlar.

Erməni şərhçi Qalust Qriqoryan bu ilin aprel ayında yazırdı ki, Ermənistanda gənclər ordudan yayınmaq üçün özlərini gey kimi təqdim edirlər.

"Son illərdə Ermənistan cəmiyyətində silahlı qüvvələrin nüfuzu sürətlə düşür. Çoxsaylı əsgər ölümləri təkcə ön cəbhədə yox, həm də arxada, döyüşün getmədiyi yerlərdə də qeydə alınır. Zabitlərin əsgərləri təhqiri, genişmiqyaslı korrupsiya, "dedovşina", normal qidalanma və geyimin yoxluğu, xüsusilə alt paltarlarının çatışmazlığı və digər hallar erməni gənclərinin ordudan qaçmasına səbəb olub. Bütün bunların fonunda erməni generallarının sərbəst həyat tərzi qıcıq yaradır. 2016-cı ilin "aprel müharibəsi"ndə çoxlu erməni əsgərinin ölümünü də əlavə etsək, erməni gənclərinin belə orduda xidmət etmək istəməməsi təbiidir. Hansı ailənin imkanı varsa övladlarını orduya göndərmir, yaxud da arxa cəbhədəki "elit" hərbi hissələrə göndərirlər. Bütün bunlara görə erməni gənclər ordudan yayınmağın çıxış yolu kimi gey olmaqda görürlər, çünki homoseksuallar hərbi xidmətdən azaddır. 2003-cü ildə Ermənistanda homoseksuallığa görə cinayət tərkibi ləğv edilməsi, 2008-ci ildə seksual oriyentasiya və gender bərabərliyi haqqında BMT Bəyannaməsinin imzalanması da buna geniş imkanlar yaradır. Təbii ki, hərbi komissarlığı və tibb komissiyasını aldatmaq elə də asan deyil, lakin bu, hərbi xidmətə getməmək qərarını verən cavan oğlanlar dayandırmır. Onlar hərbi xidmətə getməmək və həlak olmamaq üçün hər şeyə hazırdırlar", - deyə erməni şərhçi qeyd edirdi.

Kazaryanın başına gətirilənlər erməni gənclərin belə orduda xidmət etməmək üçün hətta gey olmağa da razı olmasını təəccüblü etmir.

İnqilabdan sonra ermənilər bütün sahələrdə olduğu kimi orduda da vəziyyətin düzələcəyinə ümid edirdilər. Lakin bütün sahələrdə olduğu kimi orduda da vəziyyət düzəlmədi, hətta əvvəlkindən daha da çətinləşdi. Erməni mediası yazır ki, Sarkisyan rejimi heç olmasa itkilərin sayını açıqlayırdı, Paşinyan rejimi isə bunu qadağan edib və döyüş, eləcə də qeyri-döyüş şəraitində ölən əsgərlər bir çox halda gizli dəfn edilir, faktın üstünü açmamaları üçün ailələrinə təzyiqlər olunur. Kazaryanın fərarilik etməsinə müdafiə naziri David Tonoyanın münasibəti və bu münasibətə göstərilən reaksiyalar da Paşinyan hakimiyyətinin orduya yanaşmasını göstərir.

"Hazırda istintaq edir, lakin mən əminəm ki, əsgərimiz azıb", - Tonoyan Kazaryanın fərarilik edərək, Azərbaycan tərəfinə keçməsinə belə münasibət bildirib. Hərçənd, Kazaryanın əlində ağ bayraqla Azərbaycan Ordusunun mövqelərinə yaxınlaşması Tonoyanın sərsəmlədiyini göstərir.

Ermənistan mediası da müdafiə nazirinin açıqlamasını biabırçılıq adlandırıb.

"Armenianreport" saytı yazır ki, Tonoyan Nikol Paşinyanı təkrarlamaqla məşğuldur.

"Tonoyan faktı etiraf edə bilər və belə halların başqa ölkələrdə də yaşandığını deyə bilərdi. Lakin o, qorxusundan səhv yolla getməyi üstün tutdu və kimlərisə cəzalandırmaq haqda danışır. Bu, o Tonoyandır ki, orduda islahatları həyata keçirmək əvəzinə, populist bəyanatlar verməkdən başqa heç nə etmədi. Tonoyan da Paşinyanı təkrarlayır. Baş nazir düşüncəsizcə xalqın etibarını xərclədi, Ermənistanın üzünü Qərbə açmadı, islahatçı olmadı, qanunsuzluğa qalib gələ bilmədi, bir sözlə heç nə bacarmadı. Ordudakı vəziyyət bunun ən parlaq nümunəsidir", - sayt yazır.

Məqalədə bildirilir ki, orduda zorakılıq, əsgərin alçaldılması hallarını inkar etmək olmaz: "Ermənistan kiçik ölkədir və burada heç nəyi gizlətmək mümkün deyil".

Erməni şərhçi Qalust Qriqoryan isə yazır ki, Kazaryanın fərariliyi fövqəladə hadisədir, lakin müdafiə naziri yalan danışmağa davam edir.

"Tonoyan ordudakı problemləri gizlətməyə çalışır. Korrupsiyanın, zabit özbaşınalığının olmadığını iddia edir. Xalqın əlində dəmir kimi faktlar var, bunu necə inkar etmək olar?! 2016-cı ilin "aprel müharibəsi"ndə itkilərin sayı gizlədilirdi və bu gün də eyni şeylər təkrarlanır. Görünür, hakimiyyət Robert Koçaryanla mübarizəni daha üstün tutur", - Qriqoryan yazır.

Bu faktlar işğalçı orduda ciddi çaxnaşmanın olduğunu təsdiqləyir və Ermənistanın hərbi-siyasi rəhbərliyi vəziyyətin qarşısında acizdir.

Üçüncüsü, Kazaryanın fərariliyi ermənilərin özlərinin olmayan torpaq uğrunda döyüşmək istəmədiyini yenidən gündəmə gətirdi. "Aprel müharibəsi"ndə işğalçı orduda fərarilik adi hala çevrilmişdi və postdan qaçan əsgərlər "bizim olmayan torpağa görə ölmək istəmirik" deyirdilər. Eyni vəziyyət davam edir, xüsusilə ermənilər onları alçaldan ordunun sıralarında işğal etdikləri torpaqlarda qalmaq istəmirlər. İndiyə qədər erməni əsgərlərin dəfələrlə ağ bayraqla Azərbaycan tərəfinə keçməsi faktı da bunu sübut edir. Maraqlıdır ki, ermənilər işğal altındakı torpaqlarda hərbi xidmətə gəlməmək üçün hər şeyə əl atırlar: rüşvət verir, özlərini gey kimi aparır, ölkədən qaçır. İndi isə onlar çıxış yolunu Azərbaycan tərəfinə keçməkdə görürlər.

"Publika.az"
Erməni əsgərin Azərbaycan tərəfinə qaçmasının DƏHŞƏTLİ SƏBƏBLƏRİErməni əsgərin Azərbaycan tərəfinə qaçmasının DƏHŞƏTLİ SƏBƏBLƏRİErməni əsgərin Azərbaycan tərəfinə qaçmasının DƏHŞƏTLİ SƏBƏBLƏRİ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1663   Tarix: 15 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel