"20 Yanvar" dairəsində yenilik (FOTO)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən "20 Yanvar" dairəsində tıxacların aradan qaldırılıb, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görülüb.
"Azəryolservis" ASC-dən verilən məlumata görə, əvvəllər Sumqayıt istiqamətindən yan yolla şəhərə, "20 Yanvar" dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək hərəkətlərini davam etdirirdilər. Nəticədə həmin istiqamətdə böyük tıxac yaranırdı.
"Azəryolservis" ASC tərəfindən tıxacın qarşısını almaq üçün nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib. Belə ki, "Şamaxinka" adlanan ərazidən "20 Yanvar" dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən hərəkətlərinə davam edə biləcəklər.
Dairədə hərəkətdə olan nəqliyyat vasitələri isə həmin istiqamətdən gələn nəqliyyat vasitələrini gözləmək məcburiyyətində qalacaq. Bunun üçün sözügedən ərazidə müvafiq nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb. Şəhər istiqamətindən dairəyə daxil olan nəqliyyat vasitələri isə əvvəlki kimi dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək hərəkətlərinə davam edə biləcəklər.
Bundan əlavə, "Azəryolservis" ASC tərəfindən "20 Yanvar" dairəsində sıxlığın aradan qaldırılması üçün dairəyə gırışdə yolun hərəkət hissələri genişləndirilb, yolun kənarlarına səki daşları qoyulub. "20 Yanvar" dairəsindən Ziya Bünyadov prospekti və "3-cü mikrorayon" dairəsinə doğru yan yollarda da hərəkət hissəsi genişləndirilib. Sözügedən ərazidə yeni asfalt-beton örtüyü çəkilib, nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb./trend
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 615 Tarix: 25 aprel 2015
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı
"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir
23 aprel"Whatsapp"a yeni funksiya gəlir - FOTO
"WhatsApp" tərtibatçıları yeni funksiya təqdim etməyə hazırlaşırlar. bu barədə xarici mediaya istinadən xəbər verir. Messencerin "Android" 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət açıqlanıb. "WhatsApp"da fayl paylaşımı dövrü. "WhatsApp"
22 aprelBakıda məktəblilərə tütün məmulatları satanlar cərimələndi - FOTO/VİDEO
Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları sata
23 aprelXankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO
İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo
23 aprelAzərbaycanda zəlzələ oldu
Goranboyda 3.1 bal gücündə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb
23 aprelAbituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA
Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü
23 aprelRafael İskəndərovdan 52 yaş videosu
Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad
23 aprelSumqayıtda müəllim vəfat etdi
Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib
23 aprel