"Bir az da yaşasam, öləndə ağlayanım olmayacaq" - Fikrət Qoca

"Bir az da yaşasam, öləndə ağlayanım olmayacaq" - Fikrət Qoca"Yer kresloda oturmaq demək deyil ki, yer işdir. Bu yeri səsvermə ilə seçirlər. Səs qazanmazdan öncə hörmət qazanmaq lazımdır. Ümumiyyətlə, gərək yazıçı hörmət, ad-san qazansın. Hazırda qurumda 10-dan çox akademik var. Belə bir təşkilat tanınmayan bir gənci rəhbərliyə gətirsə, akademiklər deməz ki, bunlar kimdir?"

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Yeni Müsavat"a müsahibəsində Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca deyib. Sabah 84 yaşı tamam olacaq şair ad günlərini adətən qeyd etmədiyini bildirib.

"Bir sıra gənc yazarlar tez-tez deyir ki, niyə qurumda 32 ildir ki, katib işləyən Fikrət Qoca və 28 ildir sədr olan yazıçı Anar, yaşlılar yerini, kreslosunu gənclərə vermək istəmir?" sualına Fikrət Qoca belə cavab verib:

"Məşhur, tanınmış əsəri yoxdur, amma sədr olmaq istəyir. Anarı tanıyırlar, ona görə ona səs verirlər. Hər 5 ildən bir bu vaxtı başlayırlar qaynaşmağa, iddia ortaya atmağa ki, sədr olmaq istəyirəm. İddia gərək ölçülsün. Mən kosmonavt olmaq istəyirəm. Amma axı kosmonavt yazıqlar xeyli məşq edir, illərlə bu yolu keçirlər. Bu məsələ də belədir. Biz axı bu işin necə aparılmasını bilirik. İndi deyirlər ki, bu işləri yarımçıq qoyaq, deyək ki, gəl Əhmədağa, bura sənindir? Onlar bilməyəcək işin başı harasıdır, ayağı harası".

Xalq şairi qeyd edib ki, sədrliyə namizədliklərini verən yazıçıları tanımır: "Vallah yaxşı tanımıram. Çünki mən yazıçıları əsərləri ilə tanıyıram. Özlərini görsəm, bilmirəm yadıma düşər, ya yox. Mən buranı tutub duran deyiləm, hamımız bir gün gedəcəyik. İndi dəli deyiləm ki, qoca vaxtımda durub bura gəlim. Bir gün heç qurultayı gözləməyəcəm, çıxıb gedəcəm. Gəlib işləyə biləcəklər? Bəzən elə kobud şəkildə deyirlər ki, "dur, get!", adam bilmir hansı ailədən gəliblər. Yazıçı üçün əxlaq ciddi məsələdir?"

Fikrət Qocanın sözlərinə görə, yazıçı Anar ona yerini təklif etsə buna razı olmaz: "Anar həm istedadlı yazıçıdır, həm də çox ziyalı, ciddi insandır. Bununla bərabər onun insanlarla işləmək qabiliyyəti yüksəkdir. Məsələn, düşünürəm ki, ola bilər ki, hansısa məqamda özümdən çıxa, dözə bilmərəm, qarşımdakına ağır söz deyərəm, bunları yəni özümdə hiss edirəm, ona görə ehtiyatlı oluram. Amma Anardan arxayınam, onu 60 ildir ki, tanıyıram. Bir şey olanda gedib onunla məsləhətləşirəm - baxmayaraq ki, ondan 3 yaş böyüyəm, mən də onun qədər təhsil almışam. Anar bu işə layiqdir. Üstəlik, beynəlxalq miqyasda, keçmiş SSRİ məkanında olmuş dövlətlərdə tanınır. Burdan bir məktub gedəndə izah etməyə lüzum qalmır ki, kimdir, nəçidir. Biri gedəndə, deyəndə ki, "məni Anar dəvət edib", sorğusuz qəbul edirlər. Tutaq ki, burada birini biz tanıyırıq, amma axı onu dünya tanımır. İndi Anarın qədrini bilsinlər ki, işləyir. Anar bilsə ki, bir nəfər belə onun əleyhinə səs verəcək, bir dəqiqə də dayanmaz burda. Hansı ki, sədr olmaq istəyirlər, bir nəfər seçilən kimi, düşəcəklər onun üstünə".

"Doğum gününüzdə kimdən təbrik gözləyirsiz?" sualını isə Qoca belə cavablandırıb:

"Bu mənim üçün böyük iş deyil axı. Artıq yaşlaşmışam. Elə bilirəm ki, bir az da yaşasam, öləndə ağlayanım olmayacaq. İnsan nə qədər yaşayar? Özü də 3 dəfə ölüb-dirilmişəm. İnsan sadəcə, onun arxasınca baxan nəvəsi və yaxud övladının nigaran, qorxu dolu baxışını fikirləşir, bax bu çox dəhşətlidir..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2522   Tarix: 24 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17 sentyabr 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021