Valideynlərin DİQQƏTİNƏ! - Uşaqları məktəbə necə adaptasiya etməli?

Valideynlərin DİQQƏTİNƏ! - Uşaqları məktəbə necə adaptasiya etməli?İlk dərs günündə ağlayan, valideynindən ayrılmaq istəməyən uşaqlara hamımız rast gəlmişik. Artıq məktəbə sayılı günlər qalıb. Bu o deməkdir ki, balacalar məktəbə tam hazır olmalıdır. Təkcə geyim, məktəb ləvazimatları deyil, eyni zamanda uşaqların psixoloji olaraq da məktəbə hazırlığı əsas məsələlərdən biridir. Burada əsas vəzifə valideynlərin üzərinə düşür. Uzun müddət valideynləri ilə birgə olan uşaqlar məktəb nizam – intizamına əməl etməli olurlar və təbii ki, müəyyən çətinliklərlə qarşılaşırlar.

Mövzu ilə bağlı Sonxeber.az- a danışan "Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova bildirib ki, uşaqların məktəbə gec adaptasiya olunmasının ən əsası səbəbi uşaqların tək qalmaqdan qorxmasıdır:"Uşaqlar onları məktəbə gətirən valideyninin bir daha geri qayıtmayacağını düşünür. Buna görə də, məktəbə başlamadan əvvəl uşaq mütləq emosional olaraq hazırlanmalıdır. Bu müddətdə evdən ən çox sevdiyi oyuncaq və ya əşyasını yanında götürməsinə icazə verilməsi uşağın narahatlıqlarını azaldır və özünü güvəndə hiss etməsinə kömək olur".

Psixoloq valideynlərə məktəb ləvazimatları alarkən övladları ilə birgə getmələrini, məktəbin onların həyatında hansı dəyişiklər edəcəyini uşaqlarına izah etmələrini zəruri sayır: "Bu dövr ərzində öz məktəb illərindən danışmaları vacibdir".

Valideynlərin DİQQƏTİNƏ! - Uşaqları məktəbə necə adaptasiya etməli?Psixoloq deyir ki, çox zaman valideynlər məktəblə bağlı uşaqları qorxudurlar: "Uşaqlara deyirlər ki, məktəb gəlir, artıq tez yatmalısız, daha bu oyuncaqlar olmayacaq.Onlar da fikirləşir ki, məktəb necə də dəhşətli bir yerdir. Məktəb gəldi, mən oyuncaqlarımdan uzaq düşdüm. Lakin bu doğru üsul deyil. Uşağın öz əyləncə saatı olmalıdır. Azyaşlılar hər gün eyni saatda yatıb, durmalıdır. Məsələn, uşaq hansısa tətildədir deyə daha çox yuxusuz qala bilməz. Onun dəqiq yuxu saatı tənzimlənməlidir. Çünki yuxu uşaq sağlamlığında əhəmiyyətli yerlərdən birini tutur. Məlumdur ki, uşaqlarda yuxusuzluq nə qədər aqressivlik yaradır".

Psixoloqun sözlərinə görə, məktəbə adaptasiyada çətinlik çəkən uşaqlarda adətən bu əlamətlər müəyyən olunur: "Onlar adətən məktəbə getməmək üçün bəhanələr axtarır, xəstə olmadığı halda özlərini halsız kimi göstərirlər. İştahsız və aqresssiv olurlar. Heç bir səbəb olmadığı halda ağlayırlar. Uşaqların məktəbə adaptasiyasında məktəbin psixoloqu və ibtidai sinif müəllimi də məşğul olmalıdır.Məktəblə bağlı narahatlıqları olan uşaq sakit və həssas şəkildə dinlənilməli və mühakimə olunmamalıdır. Yaxşı olar ki, belə uşaqlara müəllim daha çox diqqət ayırsın.Dərsi əyləncəli formada keçirməyə üstünlük versin. Məktəbə adaptasiya 4 həftə sonra bütün tətbiq olunan metodlara baxmayaraq uğurla bitməyibsə, bir həkim və ya mütəxəssisdən dəstək alınması faydalı olacaqdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1817   Tarix: 05 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel