AQTA Azərbaycanda zəhərlənmələrin əsas SƏBƏBİNİ açıqladı
Qida zəhərlənmələrinin təxminən 95 faizinin laborator ekspertiza göstəricilərində insanların şəxsi gigiyena qaydalarına əməl etməmələri səbəbindən baş verdiyi məlum olub.
Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, aparılan audit və monitorinqlər nəticəsində ictimai iaşə müəssisələri ilə müqayisədə ilkin istehsal müəssisələrində qida təhlükəsizliyi qaydalarına daha çox riayət edildiyi məlum olur: "Bütün qida zəhərlənmə faktları bir daha onu sübut edir ki, qida təhlükəsizliyi qaydalarına daha çox ictimai iaşə müəssələrində riayət edilmir. Bu müəssisələrə insanların kütləvi qidalandığı müəssisələr, xüsusilə də şadlıq evləri, restoranlar, kafelər aiddir. Qida təhlükəsizliyi sistemində əsas məsələ təkcə qidaların keyfiyyəti deyil, eləcə də burada işləyən şəxslərin gigiyena qaydalarına əməl etməsidir. Məhsul bütün təhlükəsizlik göstəricilərinə uyğun istehsal oluna, düzgün daşına bilər, amma emal prosesi zamanı həmin şəxslər müvafiq sanitar-gigiyenik qaydalara əməl etməsələr, toy mərasimlərində insanlar arasında kütləvi şəkildə mədə-bağırsaq pozğunluğu baş verə bilər".
Q.Təhməzli bunu da əlavə edib ki, qida yağlarının tərkibində trans yağların faizinin yüksək olması insan orqanizmi üçün təhlükəlidir:
"Təşəbbüsümüz ondan ibarətdir ki, Azərbaycana idxal və istehlak olunacaq yağlarda trans yağların faizi 2-ni ötməməlidir".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 936 Tarix: 09 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşQarabağdan yeni görüntülər
İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda
18 aprelBuraxılış imtahanlarına asan suallar salınır?
Martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb. -a istinadən xəbər verir ki, illər sonra ümumilikdə 53 nəfər maksimum bal toplayıb. Abituriyentlərin belə uğurlu nəticə göstərməsi imtahanlarla bağlı bəzi suallar doğurub. Təhsil eksperti Elçin Murad imtahanlardak
18 aprelXocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin Xocalıda müsahibə aldığı 9 yaşlı Ləfxanımın qızın toyu olub. xəbər verir ki, bu barədə görüntülər "Günə son" verilişində nümayiş olunub. Goranboy rayonunun Ağca kəndinə yollanıb. Ləfxanımın 32 il sonra qayıtdığı doğma yurdund
18 aprelÖvlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA
Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ
18 aprelUnun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd
18 aprelSumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO
Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin
18 aprelBalakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO
Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak
18 aprelAAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi
Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal
18 aprel