Məşhur həkimdən ŞOK AÇIQLAMA: "Dəniz havası güclü zəhərdir, öldürücü qazdır"
"Dənizdən gələn iy hidrogen sulfid qazının iyidir. Lax yumurta iyinə bənzəyir. Bu qaz əslində yüksək dozada güclü zəhərdir, öldürücü qazdır. Dəniz havasında olan dozası isə sadəcə başağrısı yaradır, gözləri qıcıqlandırır, burunu sulandırır, yuxululuq törədir və s".
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, iddia edib ki, dəniz havası düşünüldüyü qədər xeyirli deyil:
"Hidrogen sulfid qazı dənizdə yaşayan fitoplankton, dəniz yosunlarının bakteriyaları yedikdən sonra buraxdığı qazlardır. Məişətdə bu qazın iyi kanalizasiyadan da gəlir, eyni qazdır. Dəniz havasının yod məsələsinə gəlincə, yoda olan gündəlik tələbat əsasən yeməklərlə ödənilir, dəniz havasındakı yod gündəlik tələbat üçün olduqca azdır. Daha oksigenli – yaşıllıq olan ərazilərdə gəzmək daha məqsədəuyğundur. Dəniz qırağı sakitlik baxımdan bəzi insanlara rahatlıq verə bilər. Amma dəniz havasının nəmişliyi və hidrogen sulfid xeyirli deyil, əksinə zərərlidir. Bir sıra ağciyər xəstəliklərinin, xüsusilə bronxial astmanı, allergik riniti, allergik bronxiti və s. kəskinləşdirə bilər. Dəniz qırağında, dənizin iyi hiss ediləcək qədər yaxınlığında yaşayan insanlar bu qazın uzunmüddətli mənfi təsirinə məruz qalır. Bulvarda qaçanları görəndə isə onların yerinə mən arıqlayıram".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1409 Tarix: 11 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq
Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl
19 aprelYağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var
19 aprelBDU-nun tələbəsi intihar etdi - FOTO
Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu
19 aprelXocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb
Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə
19 aprelBakıda yarım milyona Quran satılır? - FOTO
Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər
19 aprel