Kişi arvadı ilə birləşib sevgilisinin başına oyun açdı - Azərbaycanda şok olay

Kişi arvadı ilə birləşib sevgilisinin başına oyun açdı - Azərbaycanda şok olayMasallı rayon polis şöbəsində dava salmaqda ittiham olunan 1976-cı il təvəllüdlü Asudə Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Asudə Allahverdiyeva və onun keçmiş əri Elçin Fətəliyevin oğurluq və dələduzluq etmələri ilə bağlı Masallı rayon polis şöbəsinə şikayət daxil olub.

Şikayəti Elçin Fətəliyevin qeyri-rəsmi yaşadığı Bənövşə Əliyeva edib.

Hadisə baş verən günü Asudə Allahverdiyeva və Bənövşə Əliyeva Masallı rayon polis şöbəsinə dəvət olunublar. Bundan əvvəl isə Elçin Fətəliyev oğurluq və dələduzluq əməlinə görə həbs edilib.

İstintaq sənədlərinə görə, Asudə Allahverdiyeva 28 fevral 2019-cu il tarixdə saat 11.30-da Masallı rayon polis şöbəsinin inzibati binasının 3-cü mərtəbəsinin dəhlizində dava salıb.

Asudə Allahverdiyeva istintaq hərəkəti keçirildikdən sonra mübahisə zamanı Bənövşə Əliyevaya hücum edib. O, Bənövşə Əliyevaya xəsarət yetirib.

"Mənimlə əlaqəmi kəsdi"

İstintaq orqanı Asudə Allahverdiyeva barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edib.

Asudə Allahverdiyeva elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, Bənövşə Əliyevanı təxminən 10 il əvvəl Masallı rayonunda keçirilən toy məclisində tanıyıb: "Keçmiş ərim Elçin Fətəliyev ilə rəsmi nikah münasibətində olmasam da, onunla bu nikahdan üç övladım olub. Sonradan Elçin Fətəliyev Bənövşə Əliyeva ilə qeyri-rəsmi nikah münasibətində yaşayaraq mənimlə əlaqəsini kəsdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan Bənövşə Əliyeva Elçindən şikayət edib: "Bu səbəbdən Elçin Fətəliyev barəsində dələduzluqla bağlı cinayət işi başlandı və həmin işdə Bənövşə məndən də şikayət etmişdi. Fevralın 28-də Masallı rayon polis şöbəsinin istintaq bölməsinə gəldim. Orada Bənövşə Əliyevanın həqiqətən məni tanıyıb-tanımadığını sübuta yetirmək üçün tanınma istintaq hərəkəti aparılırdı.

Şöbənin inzibati binasının 3-cü mərtəbəsində tanınma istintaq hərəkəti başa çatdıqdan sonra Bənövşə Əliyevanın təxminən 15 ilə yaxındır keçmiş ərim Elçin Fətəliyevlə qeyri-rəsmi nikah münasibətində yaşamasını və mənə böhtan atdığını düşündüm. Bu səbəbdən onun hərəkətlərindən əsəbiləşdim. Qəflətən Bənövşə Əliyevanın üzərinə hücum edib saçlarını yoldum".

Asudə Allahverdiyevanın sözlərinə görə, Bənövşənin ona tərəf uzatdığı barmağından tutaraq əks istiqamətə burub: "Bundan sonra polis əməkdaşları bizi ayırdı, şöbənin iş rejimini pozduğumuzu bildirdilər. Əməlimdən səmimi peşmanam, zərərçəkmiş şəxslə barışmağa cəhd etsəm də, o, barışmadı".

"Evimdən qızıl oğurlanıb"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bənövşə Əliyeva bildirib ki, 20 sentyabr 2018-ci il tarixdə yaşadığı evdən qızıl-zinət əşyaları oğurlanıb: "Bu səbəbdən Masallı rayon polis şöbəsinə müraciət etdim. Həmin müraciətin araşdırılması ilə əlaqədar mütəmadi olaraq Masallı rayon polis şöbəsinin istintaq bölməsinə dəvət olunmuşam".

Onun sözlərinə görə, 28 fevral 2019-cu il tarixdə eyni qaydada Masallı rayon polis şöbəsinin istintaq bölməsinə gəlib: "Polis şöbəsində oğurluq etməkdə şübhələndiyim Asudə Allahverdiyevanı həqiqətən tanıyıb-tanımadığımı sübuta yetirmək üçün tanınma istintaq hərəkəti aparıldı. Şöbənin inzibati binasının 3-cü mərtəbəsində tanınma istintaq hərəkəti başa çatdıqdan sonra Asudə hücum edərək, şillə ilə baş nahiyəmdən vurdu, saçlarımı yoldu. Özümü müdafiə etmək üçün əlimi Asudə Allahverdiyevanın boğaz nahiyəsinə atmaq istədim. O da barmağımdan tutaraq əks istiqamətə burdu. Barmağımdan xəsarət aldım".

9 ay islah işləri cəzası

Bu cinayət işi Masallı rayon Məhkəməsində araşdırılıb. Hakim Habil Bəhmənovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. Asudə Allahverdiyeva 9 ay müddətinə islah işləri cəzasına məhkum olunub.

Hökmdən narazı qalan Bənövşə Əliyeva apelyasiya şikayəti verib. O, Masallı rayon Məhkəməsinin hökmündən narazıdır.

Qeyd edib ki, təqsirləndirilən şəxs Asudə Allahverdiyeva əri Elçin Fətəliyev ilə birlikdə onun 50 min manatlıq əmlakını oğurlayıblar.

Belə olan halda Asudə Allahverdiyevanın cinayət əməli sübuta yetirildiyi üçün qanunsuz hərəkətlər etməyə başlayıb. Zərərçəkmiş Asudə Allahverdiyevanın əməlinin Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə mühakimə edilməsini, cəzasının ağırlaşdırılmasını istəyib.

Zərərçəkmişin şikayəti Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayətin təmin edilməməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Elçin Fətəliyevin barəsində cinayət işi ayrıca icraatda araşdırılır.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 6470   Tarix: 11 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel