Bakının mərkəzindəki meymun insanlar üçün təhlükəlidirmi? - VİDEO
Mütəxəssis meymun sahibinin dediklərini təkzib edir
Paytaxtın Fəvvarələr Meydanı ərazisindən yolu düşənlər meymunla şəkil çəkdirməyi təklif edən şəxsi ən az bir dəfə görməmiş olmaz. İstənilən şəxs 5 manat ödəməklə bu heyvanla foto çəkdirə bilər.
Bununla yanaşı, mətbuatda meymunun insanları dişləməsi və xəstəxanalıq etməsi barədə xəbərlər də yayılıb. Hər gün yüzlərlə insanla təmasda olan meymunun sertifikatının olub-olmaması, vaksin edilib-edilməməsi ilə bağlı suallar meydana gəlir.
"Report"un əməkdaşları meymunun sahibi və ekspertlə söhbətləşərək bu suallara aydınlıq gətirməyə çalışıb.
Meymun sahibi ilə müsahibə zamanı o, heyvanın sertifikatının olduğunu və ayda bir dəfə vaksin etdirdiyini bildirib: "Bu meymun dişləmir, dırnaqları da yoxdur. Ümumilikdə, ayda bir dəfə vaksin etdirirəm. Vaksinin qiyməti 50 manatdır. Bu vaxta kimi heç kimi dişləməyib, xəsarət yetirməyib".
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov isə "Report"a açıqlamasında meymun sahibinin dediklərini təkzib edib: "Vaksin ildə bir dəfə vurulmalıdır".
O bildirib ki, heç bir heyvan adi halda heç kimi dişləməz:
"Lakin belə hal baş verərsə, vəhşi heyvan insanı dişləyərsə, burada əsas risk quduzluqdur. Bu baxımdan istər it, istər meymun dişləməsi olarsa, mütləq səhiyyə müəsissəsinə getməli və vaksin vurulmalıdır. Həmçinin dişləyən heyvanı qapalı yerdə nəzarətdə saxlamaq lazımdır. Əgər heyvan quduzdursa, 14-15 günə ölməlidir. Ölməsə, demək, quduzluğu yoxdur".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 3108 Tarix: 11 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşGəncədə bazarda yanğın olub
Gəncədə bazarda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, bazar ərazisində ümumi sahəsi 150 kvadratmetr olan talvarın taxta atmaları 25 kvadratmetr sahədə, piştaxta 40 kvadratmetr sahədə və üç ədəd soyuducu qismən yanıb. Bazarın qala
14 aprelÖtən gün sərhəddə yaralanan baş leytenantın FOTOSU
Ötən gün dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. "Qafqazinfo" həmin baş leytenantın fotosunu təqdim edib:
11 aprelBakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var
Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü
16 aprelBakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -a bildirilib. Vurğulanıb ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub
13 aprelBakı-Qazax şosesində zəncirvari qəza: Xəsarət alanlar var
Bakının Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Bakı-Qazax şosesinin Ələt qəsəbəsinə düşən hissəsində qeydə alınıb. Üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 24 yaşlı Nadir Habil oğlu Nağıyev və 22 yaşlı Sadiq Eduard oğl
14 aprelPakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb
Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən bir km aralıda milli avtomobil yolunu bağlayıb. Nuşka komissarının müavini Həbibullah Musahel bildiri
13 aprel