Araz Ağalarovun qardaşı qızının BAŞINA İŞ GƏLDİ: aldatdılar, paltar oğurluğunda günahlandırdılar

Araz Ağalarovun qardaşı qızının BAŞINA İŞ GƏLDİ: aldatdılar, paltar oğurluğunda günahlandırdılarRusiyada azərbaycanlı milyarder Araz Ağalarovun qardaşı qızı Sabina Ağalarova "Vegas Crocus City" Ticarət Mərkəzində subicarəçilər tərəfindən aldadılıb. Bbu əhvalat haqda 360tv.ru (eyni adlı telekanalın saytı) bildirir.

Məlumata görə subicarəçilər ticarət mərkəzində dizayner işi geyimlərin və aksessuarların satışı üçün mağaza icarəyə götürüblər. Lakin çox keçmədən icarə haqqını ödəməkdən imtina ediblər. Bundan əlavə onlar məhkəmə iddiası qaldıraraq biznesvumeni geyim oğurlamaqda ittiham edirlər.

Sabina Ağalarovanın vəkili, "Bişenov və Partnyorları" vəkil bürosunun hüquqşünası Kamila Sultanova bildirib ki, 2018-ci ilin mayında "Konsept-M" MMC adlı şirkət subicarəçi qismində ticarət mərkəzində geyim və aksessuarların satışı üçün mağaza icarəyə götürüb.

"Ötən ilin dekabr ayına qədər onlar ödəmə qrafikini açıq-aşkar pozublar, daha sonra isə ümumiyyətlə, ödəməkdən imtina ediblər",-vəkil deyib.

Sabina Ağalarova özü isə deyib ki, icarəçilərlə anlamağa çalışıb: onların borclarını ödəməsi üçün müddəti uzadıb, borcun məbləğini aşağı salıb. Lakin icarəçilər məsələni barışıq yolu ilə həll etməkdən imtina ediblər. Biznesmenlər sadəcə olaraq deyiblər ki, pulları yoxdur və ödəməyəcəklər.

"Biz onlara məktub göndərdik ki, danışıqlar aparmaq lazımdır. Amma onlar açıq-aşkar buna məhəl qoymadılar",-Ağalarova deyib.

Sonda biznesvumen məcbur olub ki, mağazadakı malları saxlanılmaq üçün anbara göndərsin. Hansı ki, anbara göndərilən malları icarəçilər özləri seçib veriblər. Lakin sonradan onlar Sabina Ağalarovanı məhkəməyə veriblər. Şirkət ondan çatışmayan mallara görə dəyən zərəri ödəməyi tələb edir.

"Lakin onlarda malların çatışmaması ona görədir ki, özlərinin nəzarəti, yoxlaması olmayıb",-Ağalarova deyib.

Vəkil Kamila Sultanova opponetlərin iddia ərizəsini "zəif" hesab edir. Axı onlar iddia ərizəsində özləri göstəriblər ki, icarə haqqına görə borcları var və həmin borcu ödəməyəcəklər.

"Mənim fikrimcə bu kontragentin vicdansız hərəkətləridir və ona görə də biz öz hüquqlarımızı qorumaq və borcu məhkəmə qaydasında geri almaq üçün mübarizə aparacağıq",-vəkil deyib.

Onun sözlərinə görə, icarəçilərin borcu hazırda 2 milyon rublu keçir. İş üzrə birinci məhkəmə iclası baş tutub, amma "Konsept-M"-in nümayəndələri məhkəməyə gəlməyiblər. Növbəti iclas sentyabrın 24-də olacaq.

"Bu hüdudu olmayan həyasızlıqdır. Mən belə saymazyanalığı bağışlaya bilmərəm. İmkan verə bilmərəm ki, imicim ləkələnsin və adım qaralansın",-Sabina Ağalarova bildirib. (Virtualaz.org )


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3465   Tarix: 12 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Urmiya gölünün son peyk görüntüsü

Güney Azərbaycanın incisi sayılan Urmiya gölünün son görüntüləri yayılıb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. Fotolardan gölün cənubunda suyun səviyyəsinin bir qədər çox, lakin mərkəzdən şimala doğru olan hissəsində suyun xeyli az olduğu görünür. Məlumata görə

18 aprel
.

"Kurtlar vadisi"nin aktrisası: "Atamın təzyiqi ilə evləndim"

Məşhur aktrisa İpek Tenolcay yeni açıqlaması ilə gündəmə gəlib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, o illər əvvəl atasının təzyiqi ilə evləndiyini etiraf edib:. "Evdən çıxmaq üçün evlənmişdim. Məhəllə və atamın təzyiqi olmasaydı evlənməzdim. Hamilə olanda ayrıldım. Uşaq doğulduqdan sonra d

19 aprel
.

Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin müstəntiqinə qarşı 24 milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilinərək cinayət işi açılıb. yerli mediaya istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, şübhəli şəxs korrupsiya sxemində vasitəçi kimi çıxış edib. O, moskvalı vəkildən 3 ödənişl

18 aprel
.

1 yaşlı körpənin faciəvi ölümü: eyvanda oynarkən...

8-ci mərtəbədən yıxılan 1,5 yaşlı körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Əldə edilən məlumata görə, binanın eyvanında oynayan 1,5 yaşlı uşaq 8-ci mərtəbədəki evlərinin eyvanından yıxılıb. Ətrafdakı insanlar cəld sağlamlıq qruplarına məlumat verib

18 aprel
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19 aprel
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18 aprel
.

Rusiyada adam öldürən azərbaycanlı saxlanıldı

Rusiyada adam öldürən azərbaycanlı saxlanılıb. yerli teleqram kanallarına istinadla bildirir ki, 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov saxlanılıb. O, dindirilmək üçün şöbəyə aparılacaq. O, bir qrup şəxs tərəfindən xuliqanlıq məqsədi ilə törədilmiş qətldə şübhəli bilinir. Qeyd edək ki, Ş. Abbaso

19 aprel
.

Mariya Zaxarova: "Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir"

"ABŞ və Avropa İttifaqı (Aİ) ilə hərbi-siyasi razılaşmalar barədə məlumatların mətbuatda yer almasından sonra Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir". Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib. "Əvvəllə

18 aprel
.

Putinin adına rayon salınır

Rusiya Prezidenti Vladimir Putinin adını daşıyacaq rayon salınır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, rayonun Çeçenistanın paytaxtı Qroznıda salınması planlaşdırılır. Bildirilib ki, bununla bağlı 35 min yerli sakin arasında sorğu keçirilib. Yeku

17 aprel