Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı — VİDEO
Bakıda qayda pozan sürücü yol polisinin əmrinə tabe olmaqdan boyun qaçırıb.
Sonxeber.az apa-ya istinadla xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi pozmağa çalışan sürücü saxlanılıb.
Belə ki, İsmayıl bəy Qutqaşınlı və Nəriman Nərimanov küçələrinin kəsişməsində 10-AR-102 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobili idarə edən sürücü Əmirov Fərid Elman oğlu avtomobilə quraşdırılan əlavə səs siqnalından istifadə edib.
Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə "Saxla!" əmri verib. Müəyyən olunub ki, nəqliyyat vasitəsinə çoxavazlı səs siqnalı qoşulub.
Lakin sürücü F.Əmirov siqnalın sökülməsi üçün mühərrik hissəsinin açılmasına mane olub. Buna baxmayaraq, avtomobilin cərimə meydançasına yerləşdirilməsi üçün əraziyə evakuator dəvət olunub. Sürücü bu dəfə də YPX əməkdaşlarına mane olmağa çalışıb.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.
F.Əmirov, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, polis bölməsinə aparılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1233 Tarix: 12 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə
25 aprelMərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir
"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
26 aprelRusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO
Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları
26 aprel"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH
Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli
26 aprelBakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO
Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər
26 aprel