Allahşükür Paşazadə İlham Əliyevə məktub göndərdi

Allahşükür Paşazadə İlham Əliyevə məktub göndərdiŞeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.

Məktubda deyilir: "Möhtərəm cənab Prezident! Qafqaz bölgəsi dindarlarının arzu və iradəsini ifadə edərək Sizə – Azərbaycan xalqının ləyaqətli oğluna, dövlət rəhbərimizə və dünyanın tanınmış siyasi xadiminə salamlarımı və təşəkkürlərimi ünvanlayıram.

70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətimin 40 illiyi münasibətilə Zati-aliləriniz tərəfindən dövlətin ən yüksək ali təltifatına – "Heydər Əliyev" ordeninə layiq görülməyim şəxsimə və Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi, İslam aləmində və dini mərkəzlər tarixində nadir rast gəlinən müstəsna hadisədir. Müstəqil dövlətimizin ali dövlət mükafatını din xadiminə təqdim etməklə Siz, Zati-aliləri, dünya tarixinin ictimai-mənəvi dəyərlər müstəvisində yeni bir səhifə açdınız. Sizin alicənablığınız sayəsində Şeyxülislamın fəaliyyətinə verilən qiymət, eyni zamanda, Azərbaycan dövlətində milli-dini dəyərlərə olan özəl münasibətin, Zati-alilərinizin ölkəmizin hüdudlarından keçib Qafqaz regionuna, İslam dünyasına və beynəlxalq ictimaiyyətə qədər irəliləyən şöhrətinin sübutu və təqdiridir.

Zati-aliləri! Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması istiqamətində misilsiz səyləriniz qürur mənbəyimizdir. Azərbaycandakı din–dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə dövlət səviyyəsində qayğı və himayə müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya miqyasında mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində bugünkü uğurları, aparıcı rolu Sizin siyasi iradə və qlobal təşəbbüslərinizdən qaynaqlanır. Zati-alilərinizin XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal ideyaları, müəllifi olduğunuz Bakı prosesi, elan etdiyiniz Multikulturalizm, İslam Həmrəyliyi illəri sayəsində Azərbaycanın adı tarixin səhifələrinə nümunəvi tolerantlıq və bəşəri həmrəylik məkanı kimi yazılır. Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi haqqında Zati-alilərinizin tarixi qərarı beynəlxalq ictimaiyyət, nüfuzlu dini liderlər tərəfindən yüksək dəyərləndirilir. Zati-alilərinizin xeyir-duası ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi Sizin ideyalarınızın təntənəsi olub, Azərbaycanın dünya miqyasında bu istiqamətdə fəaliyyətlərin mərkəzi statusunu bir daha təsdiq etdi.

Zat-aliləri! Məni Azərbaycan dövlətinin ali mükafatı – "Heydər Əliyev" ordeni ilə təltif etməyiniz mənim üçün olduqca böyük fəxarət, qürur mənbəyidir. Ulu Öndərin adını daşıyan ali dövlət mükafatı bütün təltifatlarımın ən uça zirvəsi oldu. Adı və xatirəsi mənim üçün əziz olan qardaşımın adını əbədiləşdirən bu ordenin mənim üçün nə qədər böyük mənalar kəsb etdiyini sözlə ifadə etmək çətindir. Azərbaycan xalqı, Azərbaycan dindarları, Şeyxülislam olaraq şəxsən mən Zati-alilərinizin əməllərində Ulu Öndər Heydər Əliyevin uca mənəviyyat yolunun davamını görməkdən şərəf duyuruq.

Möhtərəm cənab Prezident! Doğum günümdə mənə ünvanladığınız səmimi təbrik məktubunda fəaliyyətimə verdiyiniz dəyərlə fəxr duyur, şəxsimə göstərdiyiniz diqqətə, tutduğum məqama nümayiş etdirdiyiniz ehtirama görə bir daha Sizə dərin təşəkkürlərimi və minnətdarlığımı bildirirəm. Azərbaycan xalqının rifahı, dövlətimizin qüdrətinin artması, ərazi bütövlüyümüzün bərpası naminə misilsiz fəaliyyətinizə Allah-Təaladan uğurlar diləyir, Sizə və gözəl ailənizə ən xoş arzularımı yetirirəm.

Zati-aliləri! Biz, din xadimləri, bütün Azərbaycan xalqı inanırıq ki, Ulu Yaradanın köməyi, Sizin rəhbərliyinizlə Azərbaycan dünya miqyasında daha böyük uğurlara imza atacaqdır və biz Sizin kimi müdrik dövlət rəhbərimizin varlığı ilə hər zamankı kimi iftixar duyacağıq. Uca Allah daima yardımçınız olsun, Lütf və Mərhəmətini Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2213   Tarix: 12 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel