Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: "Atası deyirdi ki, pul lazımdır"

Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: "Atası deyirdi ki, pul lazımdır"Xəbər verdiyimiz kimi, Bakı sakini Hüseyn Əsgərov 25 min manat borcu olduğu üçün Aygün Abbasovanın sifarişi ilə kriminal dəstə tərəfindən oğurlanıb, işgəncə verilib. Faktla bağlı beş nəfər tutulub.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, tutulanlardan biri 1992-ci il təvəllüdlü Sumqayıt sakini, gənclər üzrə cüdo millimizin sabiq üzvü Fəqan Eminoğlu olub.

Fəqan 2009-cu ilin sentyabrında Ermənistanın paytaxtı Yerevanda keçirilmiş gənclərin cüdo üzrə Avropa çempionatında beş medal qazanan idmançımızdan biri idi.

Onun niyə idmandan ayrı qalması ictimaiyyətdə maraq doğurur. Fəqanın sağlam idmanı ataraq kriminal fəaliyyətlə məşğul olmasının səbəbi nədir? Elə bu müstəvidə yola çıxaraq onun Sumqayıtda ilk məşqçisi olmuş Ceyhun Əliyevlə danışdıq. Məşqçisi bildirdi ki, onun idmanı atmağına səbəb pulsuzluq olub:

"Onun tutulmağından xəbərim var, saytınızdan oxumuşam. Açığı, onunla əlaqəm qalmayıb. 2009-cu ildə Yerevanda Avropa çempionatında bürünc medal qazandıqdan sonra əsgərliyə getdi. Ordan qayıtdıqdan sonra atası mənim yanımdan çıxarıb "Dinamo" İdman Cəmiyyətinə qoydu.

Səbəb də bu oldu ki, mən idmançıya pul vermirdim. Atası taksi sürücüsüdür. O deyirdi ki, uşağı saxlaya bilmirəm, pul lazımdır. Ona görə də onu hər hansısa kluba qoymaq istəyirdi. Mən özüm zirzəmidə yaşayan insanam, ona pul verə bilməzdim. Açığı, atasının bu hərəkəti mənə pis təsir etdi.

Amma sonra "Dinamo"dan da ayrıldı, məşqi buraxdı. Cüdodan pul çıxmadığını görüb idmanı atdı (Haşiyə: həmin illərdə Cüdo Federasiyasının köhnə rəhbərliyi yığma komandanın idmançılarına maaş vermirdi). Sumqayıtda bir dəfə üz-üzə gəldik.

Soruşdum ki, nə işlə məşğulsan? Dedi ki, məşqçi-müəllim işləmək istəyirəm, işə düzələ bilmirəm, hər dəfə "gözlə" deyirlər. Belə ancaq onunla salam-sağolum qalmışdı. O tutulanadək onun belə kriminal hərəkətlərdə iştirak etdiyini bilmirdim. Bildiyim qədərilə bir dəfə Masazırda "Zirvə" idman klubunda işlədi, amma idmançı yığa bilmədiyi üçün oradan da ayrıldı.

İdmanı atmasaydı, Fəqan bu dəqiqə yaxşı nəticələr qazana bilərdi. O, 66 kq çəki dərəcəsində hazırda millimizin üzvü, Olimpiya ikincisi olan Rüstəm Orucovu Azərbaycan çempionatında məğlub edirdi. Təəssüf ki, belə bir idmançı karyerasını maddiyyata görə başa vurdu".

Məsələ ilə bağlı cüdo üzrə gənclər millimizin sabiq baş məşqçisi Fərhad Məmmədovla da əlaqə saxladıq. Onun tutulduğunu televiziyadan öyrəndiyini deyən Məmmədov onunla əlaqəsinin qalmadığını söylədi:

"Fəqanla iki il işləmişəm. Bu, 2009-2010-cu illərdə olub. Bizdə yığmada olan müddətdə çox güclü idmançı idi. Gənclərdə həmişə final görüşlərinə çıxırdı, medallar qazanırdı. Bizdən sonra böyüklər millisinə keçdi. Amma bundan sonra ondan məlumatım olmadı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3601   Tarix: 13 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətində

23 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel