Piyadalara qarşı cərimələri yol polisi yazacaq

Piyadalara qarşı cərimələri yol polisi yazacaqPaytaxtda yollarında qarşılıqlı məsuliyyət, piyada-sürücü, sürücü-piyada münasibətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirilir.
Bakı şəhər Baş Polis İdarəsindən Sonxeber.az-a verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq, paytaxt yollarında piyada intizamının güclənməsində konkret nəticələr var.

Bunu nəzərə alaraq, post-patrul xidmətindən yol polisinə ezam olunan əməkdaşlardan təşkil olunan naryadların fəaliyyətinə xitam verilməklə, əvvəlki iş yerlərinə qaytarılıb. Piyadalarla bağlı inzibati xəta tərkibi yaradan halların azalması zərurətindən irəli gələrək piyadalara qarşı profilaktiki tədbirlər yol polisinin piyada naryadları tərəfindən icrası davam etdirilir.
Yollarda müşahidə olunan sosial-neqativ hallar – piyada keçidlərindən istifadə etmədən, "tələsirəm" deyib, öz həyatına, sürücülərin hüquqlarına ehtiyatsız yanaşmanın fəsadları cəmiyyətə məlumdur. Bu fəsadlara səbəb olan yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi və maarifləndirmə hər bir hərəkət iştirakçısından da asılıdır. Hər bir hərəkət iştirakçısı bilməlidir ki, ani ehtiyatsızlıq, etinasızlıq böyük faciələrə səbəb olur. Dəyərmi, doğmalarımızın göz yaşına? Təhlükəsiz həyat naminə hər birimiz qaydalara əməl etməliyik ki, doğmalarımız gözü yaşlı qalmasın. Mütamadi olaraq, statistikanı yayırıq ki, sürücü, piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol! Bu reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir: "Yol qaydalarına əməl edin, əks təqdirdə..."

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, əhalinin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2319   Tarix: 14 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayə

20 aprel
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

20 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq. "Report" xəbər verir ki, dialoq iqlim böhranının aradan qaldırılması istiqamətində konkret addımları müzakirə etmək və həm çoxtərəfli iqlim danışıqlarında

20 aprel
.

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

"Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər". Bunu Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütü istiqamətlərdə ö

20 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanması üzərində işləyirlər. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Kəraçi Ticarət və Sənay

20 aprel