Appendisit və onun fəsadları - ƏMƏLİYYAT VACİBDİR

Appendisit və onun fəsadları - ƏMƏLİYYAT VACİBDİRAppendisit əməliyyatı, kor bağırsağın ucunda yerləşən appendisit iltihablanması nəticəsində, orqanizmdən çıxarılması üçün keçirilən cərrahi əməliyyatdır. Sonxeber.az medicina.az-a istinadən bildirir ki, orqanizm üçün faydası tam olaraq bilinməyən appendisitin iltihablandığı zaman mütləq müalicə edilib çıxarılması lazımdır. Əks halda qarın pərdəsi iltihablanmasına yol açır. Yaşları 10-30 arası olan insanlarda daha tez-tez rast gəlinən bir haldır.

Appendisitin əlamətləri nələrdir?

İltihabın ən qabarıq xüsusiyyəti künt şəklində başlayan qarın ağrılarıdır. Göbək ətrafında başlayan ağrı, bir müddət sonra qarının sağ aşağı hissəsində hiss edilir. Hərəkətlə, sarsılmaqla, gülməklə belə şiddətini artırır. Davamlı şəkildə ağrımağa başlayan bölgədə appendisit partlaması meydana gələrsə, ağrı bir müddət dayanır. Ancaq qızdırmanın yüksəlməsilə yenidən başlayır. Bu əlamət uşaqlarda, şəkər xəstələrində və yaşlılarda bir qədər fərqli görülə bilər. Xəstələrdə qarın ağrısı ilə birlikdə iştahsızlıq, ürək bulanması və qusma görülə bilər. Bu əlamətlərin olduğu xəstələr qidalanmağı dayandıraraq, həkimə müraciət etməlidir. Bu zaman ağrı kəsici dərmanların qəbul edilməsi lazımdır. Ağrı kəsicilər ağrıya təzyiq edəcəyinə görə, diaqnozu çətinləşdirə bilər.

Appendisit müayinəsi və diaqnozu necə edilir?

Ağrıyla birlikdə həkimə müraciət edən xəstələrdə, qarının sağ aşağı hissəsinə əllə yoxlanıldığı zaman ağır ağrı hiss edilir. Bu bölgəyə əl ilə basıldıqdan sonra əli qəflətən çəkməklə, qarının içərisində tok vurmuş hissi yaranırsa, appendisit olduğu güman edilir. Bu aparılan əməliyyata rebaund adı verilir. Diaqnoza yardımçı olması üçün aparılacaq qan təhlillərində WBC ağ kürə və CRP C-reaktiv zülal miqdarına baxılacaqdır. Həmçinin ultrasəs tədqiqləri keçiriləcəkdir. Tədqiqlərdən bəzi hallarda normal nəticə alınması appendisit fikrini yayındırmamalıdır. Çünki bu hadisə təcili müdaxilə tələb edir. Appendisit partlaması həyatı riskə atır. Buna bənzəyən narahatlıqlar da təqib edilərək diaqnozun tam olaraq qoyulmasına çalışılır. Bəzi hallarda iltihabın irəlilədiyi orqanın qarın içi qatı ilə və ətrafdakı orqanlarla dolaşdığı görülür. Bu hallarda qarının sağ aşağı hissəsində bir kütlə əmələ gəlir. Bu vəziyyətə plastron adı verilir. Bölgədə irin və çürümə əlamətləri yoxdursa əməliyyat təxirə salınaraq, plastronon dağıdılmasına çalışılır. Bu 6-8 həftə çəkə bilər.

Appendisit əməliyyatından əvvəl olan risklər nədir?

Simptomların başlamasından sonrakı ilk 24 saat keçiriləcək əməliyyatlar olduqca uğurlu keçəcəkdir. Bu prosesin uzanması əməliyyat anında və sonra xəstəyə daha çətin anlar yaşadacaq. Gözləmə müddətinin uzadılması infeksiyayla şişən appendisitin qan dövranı pozğunluğuna yol açmasına səbəb ola bilər. Bunun nəticəsində meydana gələn çürümə səbəbilə, appendisit partlaması (perfore appendisit) meydana gələ bilər. Bu hadisə ilk 24 saat içərisində yarana bilər. Bu həm daha çətin əməliyyat tələb edəcək, həm də xəstənin ağrılarını bir müddət dindirərək, yalançı bir yaxşılaşma təmin edəcəkdir. Orqanda deşmə olduğu zaman iltihab ətrafa yayılaraq, irin əmələ gəlməsinə səbəb olur. Təcili olaraq əməliyyat edilməyən xəstələrdə qarın içi iltihab inkişaf etməsi izlənir.

Appendisit əməliyyatından öncə nə edilməlidir?

Əməliyyatdan 5-6 saat əvvəl aç qalmaq lazımdır. Əlamətlərlə birlikdə buna diqqət edilməlidir. Əməliyyatdan əvvəl xəstə anesteziya mütəxəssisi tərəfindən kontrol edilərək lazımi tədbirlərin alınmasına çalışılır. Xəstənin istifadə etdiyi dərmanlar sorğu-sual olunaraq qan durulaşdırıcı dərman qəbul edənlərdə lazımi tədbirlər görülməlidir. Təcili bir əməliyyat olduğuna görə gözlətmək olmaz.

Appendisit əməliyyatı necə tətbiq edilir?

Bu əməliyyatlar açıq və ya qapalı olaraq həyata keçirilir. Açıq tətbiq edilən əməliyyatlarda, ümumi anesteziya ya da beldən aşağı hissəsi uyuşturulan xəstənin qarnının sağ alt tərəfinə 2-3 sm bir kəsik atılır. Təxminən 20-30 dəqiqə davam edən əməliyyatda, appendistin kökü və damarı bağlanaraq çıxardılır. Diaqnozun dəqiq olmadığı hallarda göbəyin alt qisminə kəsik atıla bilər. Qapalı olaraq tətbiq edilən əməliyyatlarda xəstəyə ümumi anesteziya verilərək yatırılır. 30 dəqiqə ərzində qarından açılan dəliklərdən girilərək , ekrandan baxaraq əməliyyat həyata keçirilir.

Appendisit əməliyyatından sonra nə edilməlidir?

Appendisitin xaric edilməsi orqanizmdə hər hansı bir funksiya pozğunluğuna yol açmaz. Xəstə normal şəraitdə əməliyyatdan sonra ayağa qalxıb yeriyə bilər. Xüsusi qidalanmaya ehtiyac duyulmaz. Ağrı kəsici və antibiotik verilərək xəstə evinə göndərilir. 2-3 gün müddətində bağlı qalacaq olan yara, 3-cü gün sarğı edilərək açılır. Appendisitdə partlama,plastron inkişafı olan xəstələr bir müddət təqib edilir. Xəstələrin əməliyyatdan sonra ağır əşyalar qaldırmamalı, ağır işlərdən və məşqdən uzaq durmalıdır. Açıq tikişlər varsa, bunlar bir həftə sonra sökülməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5748   Tarix: 22 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20 mart
.

Argentinada ölkənin yeganə xəbər agentliyi bağlanır

Argentinanın yeganə dövlət xəbər agentliyi "Telam" ölkə prezidenti Xavyer Mileyin təşəbbüsü ilə bağlanır. Bu barədə dövlət başçısı parlamentin iclasının açılışında bildirib. Mileyin sözlərinə görə, agentlik onun siyasi rəqiblərinin ideyalarının təbliği ilə məşğul olub. "Son onilliklərd

2 mart
.

50 yaşdan aşağı ən çox xərçəngə tutulma qeydə alınan ÖLKƏLƏR - SİYAHI

Britaniyanın vəliəhd şahzadəsi Uilyamın həyat yoldaşı Şahzadə Keytin keçən həftə xərçəng xəstəsi olduğunu və müalicə aldığını açıqlaması 50 yaşdan aşağı şəxslərdə də xərçəngin geniş yayılması məsələsini gündəmə gətirib. -a istinadən xəbər verir ki, aparılan bir araşdırma gənc yaşlarda xərçəngə tutulmanı

30 mart
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24 mart
.

Nanə ilə baş ağrısını dəqiqələr ərzində dayandıran effektiv üsul

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərindən biri, reseptləri günümüzdə də aktuallığını qoruyan İbn Sinanın məsləhət gördüy

17 mart
.

Səs tellərində problem olan insanlar bunun sayəsində danışa biləcəklər - FOTO

Artıq səs telləri zədələnən insanlar da danışa biləcəklər. Kaliforniya Universitetinin (ABŞ) Biomühəndislik Departamentinin alimləri bunun üçün insanın boynuna yapışdırılan xüsusi cihaz hazırlayıblar. Sözügedən qurğu boğaz əzələlərinin hərəkətlərini nitqə çevirmək qabiliyyətinə malikdir və insana sə

17 mart
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30 mart
.

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təcrübələr sübut edib ki, təkli

7 mart
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24 mart