Eyvanında kabab çəkənlərin nəzərinə: Ocağınız hər an söndürülə bilər - VİDEO - FOTO

Eyvanında kabab çəkənlərin nəzərinə: Ocağınız hər an söndürülə bilər - VİDEO - FOTOKim ki, binalarda yaşayır belə bir mənzərə ilə tez-tez rastlaşır və ya heç olmasa özü bir dəfə bunu edib - eyvanda kabab bişirib. Bunu paytaxt sakinləri əsasən yaz və payız aylarında etməyi xoşlayırlar. Oturursan mənzilində, birdən burnuna xoş bir qoxu gəlir. Səndemə qonşu çıxıb eyvanına kabab bişirir. Amma bunu edənlər hansı təhlükə ilə üz-üzə olduğunu düşünmürlər.
ARB TV əməkdaşları məsələ ilə bağlı maraqlı sujet hazırlayıblar.

Sakin: "Mən bişirəndə bişirirəm, niyə bişirmirəm? 8-də, 9-cu mərtəbədə bişirirəm, adamın ürəyi istəyəndə çəkir də kabab, burda nə var ki?".

Sakin: "Sağlam düşünən insan mənə elə gəlir ki, eyvanda kabab çəkməz".

Sakin: "Bu son dərəcə təhlükəlidir, ikinci bir baxımdan öz qonşularına da narahatçılıq verir".

Söhbət bu mənzərədən gedir, Yeni Yasamalda, 18 mərtəbəli binalardan birinin 12-ci mərtəbəsində heç bir təhlükəsizlik tədbirləri nəzərə alınmadan manqal yandıran sakin kabab bişirir. Elə bir mənzərə yaranır ki, qoxusunu almasan yanğın baş verdiyini düşünüb xilasedici çağırarsan.

Əslində yüzlərlə göydələnlərin olduğu paytaxtda bu kimi hallar tez-tez baş verir. Təbii ki, yeni binalara nəzarət dedikdə ağıla ilk gələn komendant olur.

Firəngiz Ziyadova - MTK rəsmisi: "Biz nəzarət edirik, əlbəttə ki, nəzarət var. Bizim binamızda bu məsələ ilə bağlı həmişə sakinlərlə əlaqə saxlanılır ki, balkonlarda ocaq qalamaq, kabab bişirmək olmaz".

Amma bu cür xəbərdarlıqlara məhəl qoymayanlar az deyil. Mənzildə kabab çəkənlərin gətirdiyi səbəb, yaxud bəhanə isə belə olur: Şəhər yerində başqa nə cür eləmək olar? İnsan bu vəziyyəti nə qədər başa düşməyə çalışsa da yanğın təhlükəsi barədə fikirləşəndə "yox" deyirsən.

Elnur Babayev - FHN-in şöbə rəisi: "Yanğın təhlükəsizliyi qaydalarının pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati xətalar məcəlləsində 518-ci maddə mövcutdur və bu maddəyə əsasən vətəndaşlar inzibati məsuliyyətə cəlb oluna bilərlər. Belə bir hal aşkar olunarsa və ya istər qonşusu, istər başqa vətəndaş tərəfindən 112 qaynar xəttinə və ya yazılı sürətdə bizə müraciət olarsa əməkdaşlarımız tərəfindən məsələyə çevik reaksiya veriləcək və bu məsələyə münasibət bildiriləcək".

Deməli binanın eyvanında kabab bişirən şəxsin həmin an qulağı səsdə olsa yaxşıdır. Çünki ətrafa yayılan tüstü səbəbindən hər an əraziyə yanğınsöndürən briqada gələ və hadisənin necəliyindən asılı olmayaraq tüstünün mənbəyinə müdaxilə edə bilər. Təxminən, məşhur filmdə olduğu kimi...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4516   Tarix: 04 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021