Bahalı telefon "xəstəliyi" ailədə gərginliyə səbəb olur — VİDEO

Bahalı telefon "xəstəliyi" ailədə gərginliyə səbəb olur — VİDEOSon zamanlar bahalı telefonlara tələbat daha çox artıb. Və bu da insanların bahalı telefonlara olan marağından irəli gəlir. Kimisi yeməyindən, kimisi geyimindən kəsərək bahalı telefonlar almağa maraq göstərirlər.
Sonxeber.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb

Sakin: "Buna ehtiyacı bəhz yaradır, yəni filankəsin telefonu var, məndə alım, maşını var məndə alım, amma fikirləşmirlər ki, səhər ailəni dolandırmaq lazımdır, paltar, çörək almaq lazımdır".

Əvvəllər insanları geyiminə görə qarşılayıb, ağlına görə yola salırdılarsa indi telefonuna baxıb dəyər biçirlər. Elə buna görə də əksəriyyət bahalı telefon sahibi olmağa can atır. Ayağını yorğanına görə uzatmaq əvəzinə, "olmazsa olmaz" deyib, kreditlə də olsa bahalı telefon əldə etməyə çalışırlar.

Əhməd Qəşəmoğlu – Sosioloq: "Bu onun göstəricisidir ki, cəmiyyətimizdə gənclər bir-biri ilə daha çox maddi üstünlüklə yarışmağı xoşlayırlar, bu isə çox xoşagəlməz bir vəziyyətdir. Hansı cəmiyyətdə ki, maddi dəyərlər daha öndə olur, mənəvi dəyərləri sıxışdırır orda hər cür xoşagəlməz hallar çoxalır".
Araşdırmalara görə bahalı telefon istifadəçiləri əslində maddi vəziyyəti o qədər də yüksək olmayan insanlardır. Bu isə psixoloqların dediyi kimi, özgüvən əksikliyinin nəticəsi kimi dəyərləndirilir.

Gülər Məmmədova – Psixoloq: "Bir çox insanların müəyən sahədə boşluqları olur, özlərini doğrulda bilmirlər. Ona görə də onlar həyatın dəyərini mənəviyyatda deyil, maddi dəyərlərdə görürlər, yəni maddi dəyəri daha önə çıxararaq nümayişkarlıq göstərib özlərini elə təqdim etmək istəyirlər".

Çoxunun sadəcə sosial şəbəkələrdə daha yaxşı şəkillər paylaşmaq üçün istifadə etdiyi bahalı telefon asılılığı bəzən xəstəlik həddinə çatır. Bu "özününümayiş" arzusu isə bəzən xoşagəlməz hallara, ailədə gərginliyə, valideynlə uşaqlar arasında münaqişəyə də yol aça bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 960   Tarix: 08 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel