Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı şikayətini geri götürdü

Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı şikayətini geri götürdüAli Məhkəmədə dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri Elçin Qurbanovun kassasiya şikayəti üzrə iclas keçirilib.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qeyd edilib ki, E.Qurbanov kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

Ali Məhkəmə onun müraciətini təmin edib.

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, E.Qurbanov 2018-ci il fevralın 21-də Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib.

O, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinib.

Belə ki, E.Qurbanov bir neçə qohumu ilə birgə Bakı şəhər sakininin atasını həbsdən azad edəcəyi vədini verərək ondan pul alıb. Lakin sonradan həmin şəxslər verdikləri vədə əməl etməyiblər. Vətəndaşın şikayəti əsasında E.Qurbanov və digər şəxslər saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Qurbanov apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına görə, E.Qurbanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 954   Tarix: 05 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATI - 14 yaşlı qızı zorlayıb, qətlə yetirdi - VİDEO

2023-cü il fevralın 22-nə keçən gecə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində dəhşətli qətl baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 1

24 fevral
.

Arvadı ilə qayınatasını bıçaqladı

Gəncədə kürəkən arvadını və qayınatasını bıçaqlayıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yeni qəsəbədə qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hadisəni törətməkdə 1997-c

26 fevral
.

Anasını heç nədən öldürübmüş... - Dəhşətli qətlin təfərrüatı

Ötən il Xırdalanda 1974-cü il təvəllüdlü anası Mehriban Hüseynzadəni xüsusi amansızlıqla qətlə yetirən 24 yaşlı Orxan Hüseynzadənin məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Orxan 18 il müddətinə azadlıqdan məhrum edilib

24 fevral
.

Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhmədlə bağlı daha bir İDDİA

Bakıda ailəsinin beş üzvünü xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı yeni iddialar səsləndirilib. Belə ki, verilişlərin birinə zəng edən şəxs 4-5 il öncə Əhməd Əhmədov tərəfindən döyüldüyünü, pullarının və telefonunun oğurlandığını bildirib. Səsləndirilən iddialarl

19 fevral
.

Motosikletlə sərxoş kişinin üstündən keçdi, öldü

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş kişinin üstündən keçib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb. Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə ola

5 mart
.

Sevgilisi ilə birlikdə həyat yoldaşını döyən həkimin sertifikatı olmayıb - YENİ FAKT

Ötən gün həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərməsi ilə gündəmə gələn həkim-onkoloq İbrahim Əsədli ilə bağlı yeni fakt ortaya çıxıb. "Unikal"ın əldə etdiyi məlumata görə, o, sertifikatı olmadan həkim kimi fəaliyyət göstərirmiş. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cava

28 fevral
.

Bakıda bir ailənin üç üzvünü öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ela

11 mart
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart