Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdiRusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

Bu barədə XİN məlumat yayıb.

Görüş zamanı Rusiyanın ölkəmizdəki səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qanunsuz rejimin "təmsilçiləri" Masis Mayilyan və Lernik Hovhannisyanın RF-yə səfər etməsi ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib.

Notada Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun "nümayəndələri"nin Rusiya ərazisinə daxil olması və orada bir sıra rusiyalı ekspertlər və akademik mərkəzlərin təmsilçiləri ilə görüşlərin keçirilməsi Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal olunmuş ərazilərdə status-kvonu möhkəmləndirməyə cəhd edərək, Azərbaycan ərazilərini işğal altında saxlamağa xidmət etdiyi qeyd olunub.

Nazirlik bu kimi səfərlərin dəyişməz olaraq təxribat xarakter daşıdığını və Azərbaycan Respublikasının suverenliyə və ərazi bütövlüyünə qarşı yönəldiyini vurğulayaraq, danışıqlar prosesinə zərbə vurduğu və Azərbaycanla Rusiya arasında mövcud olan səmimiyyət və yüksək etimada kölgə saldığı, habelə 3 iyul 1997-ci il tarixli "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"nin müddəaları ilə qəti şəkildə uzlaşmadığı barədə mövqeyi Rusiya tərəfinə çatdırıb.

Qeyd olunub ki, Rusiya tərəfinin bu cür səfərlərə çəxsi səfər qismində baxdığını dəfələrlə bəyan etməsinə baxmayaraq, işğal edilmiş ərazilərdəki qeyri-qanuni "hakimiyyət orqanları"nın "nümayəndələri" Rusiya ərazisindən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin möhkəmləndirilməsi məqsədilə istifadə etməkdə davam edirlər.

Eyni zamanda, qondarma qurumun "nümayəndələri"nin Rusiya ərazisinə səfər etməsi və orada işğal nəticələrini təbliğ etməsinə imkan yaradılması Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də, BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələri ilə uzlaşmadığını bildirilib.

O da xüsusi vurğulanıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin missiyası münaqişənin sülh yolu ilə həllinə dair bütün məsələlərdə qərəzsiz münasibət bəsləməkdir.

Bununla əlaqədar Azərbaycan tərəfi bu kimi qanunsuz səfərlərin qarşısının alınması istiqamətində Rusiya tərəfindən bütün zəruri tədbirlərin görülməsi gözlədiyini səfir M.Boşarnikovun diqqətinə çatdırıb.

Səfir M.Boçarnikov Rusiya tərəfinin münaqişə üzrə mövqeyinin məlum və dəyişməz olduğunu, eləcə də, hər hansı tanınmamış qurumların "nümayəndələri"nin Rusiya ərazisinə daxil olmasının bu ölkənin rəsmi mövqeyini əks etdirmədiyini vurğulayıb. O, Azərbaycan tərəfinin etirazı barədə Rusiya XİN-ə məruzə edəcəyini bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2523   Tarix: 06 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel
.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel