Bakıda "Vinçester"lə adam güllələdi, sonra silahı Kürə atdı - TƏFƏRRÜAT

Bakıda "Vinçester"lə adam güllələdi, sonra silahı Kürə atdı - TƏFƏRRÜATBakıda odlu silahdan istifadə etməklə xuliqanlıq edən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə edilməklə ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Azər Orucov tutulub.

Belə ki, cari il avqust ayının 5-də gecə saatlarında Azər Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi "Mersedes" markalı avtomobillə Atatürk prospektinə gələrək üzərində olan "Vinçester" markalı ov tüfəngindən atəş açaraq paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib.

Saxlanılan zaman Azər Orucov ifadəsində etdiyi cinayəti etiraf edərək hadisə zamanı istifadə etdiyi odlu silahı Salyan sayonunda Kür çayına atdığını bildirib.

Polis Bölməsində hal şahidlərinin iştirakı ilə Azər Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Azər Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Nərimanov Rayon Polis İdarəsi etmələri xahiş olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 929   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021