Qış gəlmədən qaz niyə yoxa çıxıb? – RƏSMİ AÇIQLAMA

Qış gəlmədən qaz niyə yoxa çıxıb? – RƏSMİ AÇIQLAMAHavalar soyumağa başlayanda qazın istehlakı artdığı üçün yaşayış yerlərində qazın təzyiqi aşağı düşür. Qış gəlməmiş Bakının bəzi rayonlarında qazın təzyiqi ilə bağlı ciddi problemlər yaranıb.

Xüsusilə Kürdəxanı rayonunda yaşayan sakinlər qazın təzyiqindən narazılıq edirlər.

Sonxeber.az-ın xəbərinə görə, şikayətçilər bildirir ki, qazın təzyiqinin aşağı olmasına səbəb təkcə istifadənin artması deyil, həmçinin qaza əlavə müdaxilələrin edilməsidir.

Şikayətçilərin dediyinə görə, qazın təzyiqi yalnız gecə 12-dən sonra normallaşmağa başlayır.

Məsələ ilə əlaqədar "Azəriqaz" İB İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Ceyhun Səfərov bildirdi ki, noyabrın 4-də bizə bu barədə şikayət daxil olub və tərəfimizdən problem həllini tapıb.

Qanunsuz qoşulmalarla bağlı problemə gəlincə isə qurumun rəsmisi bildirdi ki, bu problem yalnız Kürdəxanıda deyil, eyni zamanda Maştağa qəsəbəsində də var.

"Elə görüntülər var ki, biz onları çəkib maddi sübut kimi saxlayırıq. Məhkəmə proseslərində bizə lazım olur. Qaz xətti çəkiləndə məsələn, 200 abonent üçün nəzərdə tutulur. Ona uyğun da təzyiq vurulur. Çox zaman narazılıq da olur ki, niyə qazın təzyiqi aşağı düşüb. Amma normal qazdan istifadə edən bilmir ki, ona kəmərin qazı gəlib çatana qədər yolda kəmərin başına nə oyunlar gəlir. Çox zaman onu rezin borularla yerin altın qoşub, üzərini asfaltlayırlar Heç vizual olaraq baxanada bilmək olmaz ki, orada qanunsuz qoşulma olub. Bəzi hallarda da, kəmərin qoyulduğu dirəklərin içərisindən yerin altına rezin boru ilə hərəkət edilərək dirəyin boruya oturduğu yerdən qoşulma aparılır. Bu qoşulma aparılarkən o qədər kor-koranə olur ki, hətta orada sızma da olur. Bu da qaz itkisi deməkdir. Biz bunu aşkarlayıb Bakı şəhərinin Regional Qazın Satışı Departamenti, Bakı Regional Qaz İstismar Departamenti və digər qurumlarımız ərazilərə baxış keçirir".

Qanunsuz qoşulmaların hələ də davam etdiyini bildirən mütəxəssis bu məsələdə vətəndaşların köməyinə ehtiyacları olduğunu da qeyd etdi.

"Bir tərəfdən bu qoşulmaları ayırırlar, digər tərəfdən qaza yenidən əlavə müdaxilə edilir. Bu barədə isə yerli vətəndaşların köməyinə ehtiyacımız var. Qaynar xəttimiz olan 104, 185 saylı xəttə müraciət etsinlər. Bu xəttə kifayət qədər şikayət daxil olur, biz də qəbul edirik. Qoşulmalar təkrarlandığı üçün məhkəmə proseslərində iştirak edirik. Bir də görürsən 150 nəfər üçün nəzərdə tutulmuş kəmərin üzərində on dənə kənardan qoşulmalar olur. Xüsusilədə gözdən uzaq yerlərdə bu işlər görülür".

Məleykə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1173   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel