"Mirşahin əlində gül dəstəsi ilə yanıma gəlmişdi" - FƏDAYƏ LAÇIN

"Mirşahin əlində gül dəstəsi ilə yanıma gəlmişdi" - FƏDAYƏ LAÇIN"Həbsxanaya düşəndə ilk olaraq atamı arzuladım. Düşündüm ki, atam olsaydı, bu işlər başımıza gəlməzdi. Mən ora gedəndə ilk növbədə qadınlar korpusuna yox, başqa bir yerə saldılar. Girdim, gördüm ki, çox pis yerdir... Şkafı açanda gördüm ki, dəmir kəsalar var, çox pis oldum. Öz-özümə düşündüm ki, "İlahi burda üç ay yaşamaq olar?". Sonra iki, üç saat keçəndən sonra məni ordan çıxardıb, rəislə görüşdürdülər. Həbs olunduğum günü həyatımdan silmək istəyərdim".

Sonxeber.az News24.az-a istinadən xəbər verir ki, bu sözləri həbsxanadan yeni çıxan müğənni Fədayə Laçın prodüsser Tarix Əliyevin "Youtube" layihəsində deyib. O, bildirib ki, qadın məhbusların olduğu korpusda onu incitməyiblər, əksinə yaxşı davranıblar: "Pisi görüb buna şükür etdim. Sevindim ki, burda yemək, çay var. Gələn kimi onlar üçün mahnı oxudum. Allah onların hər birinin qapısını açsın, çünki məni əllərinin içində saxlayırdılar".

İfaçı sevgidən də danışıb: "Bundan sonra sevməyəcəm, çünki istəmirəm. Ürəyimin açarını dəryaya atdım. Mən tək deyiləm, oğlum var, o mənim hər şeyimdir. Bu da bir iş idi, oldu, bitdi".

Fədayə Laçın ona dəstək olan Mir Şahin Ağayevin ona dəstəyindən də söz açıb: "Əslində Mir Şahin bəyin mənə dəstək olacağını gözləmirdim. Bu onun böyüklüyü idi. Həbsdən çıxdığım gün əlindı böyük bir gül dəstəsi ilə yanıma gəlmişdi. Çox sadə insandır, ailəlikçə ona hörmətimiz böyükdür. Onun dəstəyi çox yerinə düşdü".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5363   Tarix: 09 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021