Millət vəkili Musa Qasımlı: "Bayrağımızın qəbulu göydəndüşmə olmayıb"

Millət vəkili Musa Qasımlı: "Bayrağımızın qəbulu göydəndüşmə olmayıb"Məlum olduğu kimi bu gün Azərbaycanın milli simvollarından biri, milli kimliyimizi təsdiq edən bayrağımızın günüdür. Bayrağımızın təsdiqi məhz ölkə müstəqliyimizi dünyaya göstərən ilk rəsmi simvollardan biridir.
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı bayrağımızın tarixi əhəmiyyətindən söhbət açıb:

"İlk növbədə Dövlət Bayrağı Günü münasibəti ilə hər kəsi təbrik edirəm. İlk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaratmış xalqımızın qurduğu hökumətin 1918- ci il noyabrın 9- da dövlət bayrağımızı qəbul etməsi böyük tarixi əhəmiyyət daşıyır. Bayrağımızın qəbulu göydəndüşmə olmadı. Bayrağımızda əks olunan rəmzlər bizim milli və dini köklərimizdən, eyni zamanda gələcək inkişaf və arzu istəklərimizdən qaynaqlanır. Cümhuriyyət bayrağımız 1920- ci ilin aprel ayında işğal nəticəsində endirilsə də, 1990- cı il noyabrın 17- də Ulu Öndər Heydər Əliyevin liderliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sessiya iclasında qəbul edildi".
Musa Qasımlı qeyd edir ki, üçrəngli bayrağımızın yenidən qəbul edilməsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması istiqamətində ilk rəsmi addım idi. O zaman hələ Sovet İttifaqı, sovet sistemi, sosializm və kommunist idelogiyası mövcud idi:
"Cümhuriyyət bayrağının Azərbaycan dövlət bayrağı kimi qəbul edilməsi bir daha göstədi ki, Azərbaycan dövlət müstəqilliyinin bərpası üçün ilk addımlarını atır. Yalnız bundan sonra 1991- ci il fevralın 5- də Bakıda Ali Sovetin iclasında Azərbaycan SSR adı dəyişdirilərək Azərbaycan Respublikası adı qəbul edildi, SSRİ bayrağının yerinə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qəbul edildi. Bu gün dövlət bayrağı gününün qeyd edilməsi Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamından başlayır. Bu gün bayrağımız xarici ölkələrdə səfirliklərimizin, konsulluqlarımızın, Azərbaycanın üzv olduğu beynəlxalq və regional təşkilatların binalarının qarşısında dalğalanır, dünya ökeanında üzən gəmilərimizin üzərində var. Bu gün ölkəmizdə Dövlət Bayrağı Muzeyləri yaradılıb. Bu muzeylər gənc nəslin vətənpərvərlik və dövlətçilik uğrunda tərbiyyə edilməsində müstəsna rol oynayır".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1115   Tarix: 09 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel