"Ucqar kəndlərə gedib öz təcrübəmizi şagirdlərlə bölüşürdük" - MÜSAHİBƏ

"Ucqar kəndlərə gedib öz təcrübəmizi şagirdlərlə bölüşürdük" - MÜSAHİBƏHəmsöhbətimiz Heydər Əliyev adına Neft Emalı Zavodunun Ekologiya şöbəsinin rəis müavini, Xəzər Universitetinin müəllimi Tural Məhərrəmovdur.

"Finans.az" T. Məhərrəmov ilə müsahibəni təqdim edir:

Ali təhsilinizi harada və hansı ixtisas üzrə almısınız?

2009-2013-cü illərdə Milli Aviasiya Akademiyasında ixtisas olaraq Ekologiya mühəndisliyi, ixtisaslaşma olaraq isə Aerokosmik monitorinq sahəsi üzrə təhsil almışam. Bu dövr ərzində IDEA - "Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq" İctimai Birliyinin "Rio+20"yə öz mesajını çatdır" esse müsabiqəsində 1-ci yerə və "Arzuladığın gələcək" layihəsində isə 2-ci yerə layiq görülmüşəm. Üçüncü kursda iyun-sentyabr aylarında Azərbaycan Hava Yollarında (AZAL) təyyarə bələdçisi (stüard) olaraq çalışmışam. Belə ki, o zaman şirkət hər il müsabiqə yolu ilə 60 tələbəni yay tətili dövründə təyyarə bələdçisi kimi işə götürüdü. Bəzi vaxtlarda ayda 100 saat uçmaqla London, Paris, İstanbul kimi bir çox beynəlxalq istiqamətlərdə həyata keçirilən reyslərdə stüardlıq etdim. Həmin dövr ərzində insanlarla kommunikasiya, ünsiyyət qurmaq, insan psixologiyasına bələd olmaq baxımından böyük təcrübə əldə etmiş oldum. Tələbəlik vaxtlarında universitetlərarası yarışlarda cüdo üzrə Milli Aviasiya Akademiyasını təmsil etmişəm. Həmin universiadalarda güləşərək ölkə üzrə ikinici və üçüncü yerlərə çıxmışam. Bakalavr təhsilini bitirəndən sonra isə təhsilimi xaricdə davam etdirməyi hədəfləyirdim.

Bu istək hardan qaynaqlanırdı?

Hər zaman bir məsələni vurğulayıram, insana həyatda düzgün istiqamət vermək çox vacibdir. Elə xaricdə təhsil almaq, ingilis dili öyrənmək həvəsim də bu cür yaranıb. Belə ki, əmim ABŞ-da təhsil alıb və xaricdə təhsil almağın əhəmiyyətini anlayaraq məndə də bu həvəsi aşılayırdı. Daim ingilis dili bacarıqlarımı inkişaf etməyin zəruriliyini vurğulayırdı. Zaman keçdikcə harada oxumaq istədiyimi də artıq qətiləşdirmişdim. Xarici təhsilimi məhz Böyük Britaniyada almağı hədəfləyirdim. Xaricdə təhsil üçün hazırlaşan zaman hər ehtimala qarşı Azərbaycanda da magistraturaya qəbul olmaq üçün hazırlaşırdım. Eyni zamanda iki yerə hazırlaşmaq çox çətin idi və həmin zaman həddindən artıq gərgin bir prosesdən keçirdim. Lakin yekunda belə gətirdi ki, həm xaricdə, həm də Azərbaycanda magistraturaya qəbul oldum.
"Ucqar kəndlərə gedib öz təcrübəmizi şagirdlərlə bölüşürdük" - MÜSAHİBƏBu zaman hansı qərarı verdiniz?

Əsas hədəfim xaricdə təhsil olduğundan hansı qərarı verəcəyim bəlli idi. O zaman Milli Aviasiya Akademiyasının rəhbərliyi məsələyə anlayışla yanaşaraq mənə bir illik akademik məzuniyyət götürməyə icazə verdi. Təhsilimi maliyyələşdirən proqram axtardığım zaman isə SOCAR-ın Xarici Təqaüd Proqramına rast gəldim. Hansı universitetə qəbul olmaq istədiyimi əvvəlcədən müəyyən etmişdim və xoşbəxtlikdən həmin təhsil ocağı şirkət tərəfindən təsdiq edilmiş siyahıda da vardı. Düzü, Xarici Təqaüd Proqramına müraciət edəndə müsbət cavab alacağıma bir az skeptik yanaşırdım. Lakin çox obyektiv və şaffaf bir seçim prosesindən keçdim. Mənim üçün məhz bu proqram çərçivəsində təhsil almağımın ən böyük üstünlüyü isə o idi ki, təhsil alıb qayıdandan sonra SOCAR-da karyera qurmaq imkanı əldə edirdim. Beləliklə, 2013-cü ildə Böyük Britaniyanın Nottinqem universitetinə Ətraf mühit mühəndisliyi ixtisası üzrə magistratura təhsili almağa yollandım.

Tədris prosesi və adaptasiya ilə bağlı hər hansı çətinlikləriniz oldumu?

Elə ilk gündən tamamilə fərqli təhsil sistemi ilə qarşılaşdım. Magistratura təhsilinin cəmi bir il olması da əlavə çətinlik yaradırdı. Təhsil sisteminə uyğunlaşmaq üçün, demək olar ki, vaxt yox idi. İlk gündən gərgin bir tədris prosesinə atılmalı oldum. Ələlxüsus birinci semestr dərslər çox çətin gəldi mənə. Bu yerdə bir haşiyəyə çıxmaq istərdim. İngiltərəyə gedəndə qarşıma 3 hədəf qoymuşdum. Birinci o idi ki, təhsilimi müvəffəqiyyətlə bitirib əldə etdiklərimi ölkəmdə tətbiq edim və paylaşım. İkinci hədəfim olduğum yerdə Azərbaycanı layiqincə təmsil etmək. Sonuncu məqsədim isə həyatımın bir hissəsi olan cüdoya davam edib müvəffəqiyyət qazanmaq idi.

Bir müddət sonra tədris ritminə uyğunlaşıb asudə vaxtımı paylaşdıra bildim və sosial fəaliyyətə vaxt ayırmaq imkanım yarandı. Ondan başlayım ki, Mançester şəhərində, təxminən, 100-dən çox azərbaycanlı tələbə oxuduğu halda, Nottinqemdə cəmi 8 tələbə idik. Sayımızın az olması bir yana, rəsmi qeydiyyatdan keçən tələbə cəmiyyətimiz də yox idi. Sonuncunun əhəmiyyətini isə "Azərbaycan günü"nün təşkili zamanı bilmiş oldum.

Belə ki, bir müddət tədbirin keçirilməsi üçün heç cür yer tapa bilmirdim. Nəhayət, italyanların kirayələdiyi iki zaldan birini bizə verməsi üçün administratoru yola gətirdim. Lakin azərbaycanlı tələbələrin rəsmi cəmiyyətinin olmamasını biləndən sonra fikrindən daşındı. Bu zaman ağlıma türk tələbələr gəldi. Türklərin rəsmi cəmiyyəti olduğu üçün onları razı saldım ki, zalı onlar icarəyə götürsün, biz isə tədbirimizi keçirək. Tədbirimiz Novruz bayramına həsr olunduğu üçün getdim Londonda yerləşən Azərbaycan restoranından şəkərbura və paxlavalar aldım. Daha sonra ayrı-ayrı şəhərlərdən milli bayraqlamızı gətirdik. Milli yeməklərimiz, tariximiz, mədəniyyətimiz əks olunan broşürlər çap etdirdik. Tədbirimizə 200-dən çox qonaq gəldi. Sayımız az olduğundan stendlərin birində nigeriyalı dostum Macjay və Sudanlı Talha qonaqlara Azərbaycan haqqında məlumat verirdilər. Yekunda çox keyfiyyətli tədbir və yaddaqalan bir gün təşkil edə bildik.
"Ucqar kəndlərə gedib öz təcrübəmizi şagirdlərlə bölüşürdük" - MÜSAHİBƏBəs sonuncu məqsədinizə nail ola bildinizmi?

Nottinqemdə əksərən ingilislərdən ibarət olan bir cüdo cəmiyyəti vardı. Həmin cəmiyyətlə ilk tanışlığımın maraqlı bir tarixçəsi də var. Belə ki, əslində qara kəmər sahibi olsam da, əksər hallarda mənim üçün uğurlu olan sarı rəngli kəmərimlə güləşirdim. Burada da ilk dəfə tatamiyə çıxanda həmin kəməri belimə taxmışdım. Sparinq vaxtı məşqçiyə fənd atandan sonra güləşmək səviyyəmi görüb mənə köməkçi məşqçi qismində tələbələri yarışa hazırlamaq təklif olundu və mən də razılıq verdim. Həmin dövr ərzində özüm də onlarla bərabər yarışa hazırlaşırdım. Nəticədə Nottinqem şəhəri birinciliyində güləşməklə bürünc medal qazanaraq son məqsədimə də çatmış oldum.

Azərbaycana qayıdandan sonra fəaliyyətiniz nədən ibarət oldu?

Əsas fəaliyyətim birmənalı şəkildə neft-qaz sənayesinə yönəlik idi. Lakin onu da özüm üçün müəyyən etmişdim ki, əsas işimi axsatmamaq şərti ilə öyrənmək, öyrətmək və sosial təşəbbüslər həyata keçirmək kimi istiqamətlərdə işimi davam etdirəcəyəm.

Ondan başlayım ki, qayıdandan cəmi bir həftə sonra Ekologiya mühəndisliyi ixtisası üzrə ikinci magistratura təhsilinə start verdim və magistraturanı fərqlənmə diplomu ilə bitirdim. 2017-ci ilin yanvar ayında isə yenə Milli Aviasiya Akdemiyasında Məsafədən aerokosmik tədqiqatlar ixtisası üzrə doktoranturaya qəbul oldum. Disertasiya mövzusu "Neft dağılmalarının ətraf mühitə təsirinin aerokosmik üsullarla qiymətləndirilməsi"ni seçdim. Disertasiyamı isə gələn il müdafiə etməyi planlaşdırıram.

Akademik fəaliyyətimin digər istiqaməti dərs demək oldu. Belə ki, 2016-cı ildən həftədə 1 dəfə iş vaxtından kənar axşam saatlarında Xəzər Universitetində bakalavrlara "Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit" (HSE) fənnini tədris edirəm. Dərsləri ingilis dilində Nottinqem Universitetində təhsil aldığım metodika üzrə aparıram. Tədris prosesini daha tez qavranan və maraqlı etmək üçün multimediya vasitələrindən və qrup işi tapşırıqlarından geniş istifadə edirəm. Bununla onlara nəzəri aşılanan biliklərin praktik nümünlərini göstərmiş oluram. Tədris prosesində kifayət qədər savadlı və maraqlı yanaşması olan tələbələrlə qarşılaşıram. Adama maraqlı kritik sual verirlər. Bəzən ətraflı və dəqiq cavabım olmayanda sualı araşdırdıqdan sonra, ya elektron məktub vasitəsilə, ya da növbəti dərsdə cavablandırıram. Bu zaman bir növ öz biliklərimi də təzələmiş və yeni məlumatlar öyrənmiş oluram.
"Ucqar kəndlərə gedib öz təcrübəmizi şagirdlərlə bölüşürdük" - MÜSAHİBƏBəs ictimai fəaliyyətinizi davam etdirdinizmi?

2005-ci ildən bu günə kimi fəaliyyətdə olan "Azərbaycan-Britaniya Məzunları" İctimai Birliyinə (AUKAA) 2015-ci ildə dəvət olundum və sədr müavini kimi işə başladım. Bir müddət sonra idarə heyyətinə üzv, 2018-ci ildə isə Birliyin idarə heyətinə sədr seçildim. Bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Reqlamentə görə, sədr iki illiyinə seçilsə də, Birliyə daim yeni nəfəs gəlsin deyə, centlmen sazişinə əsasən, bir il sonra istefa verdim. Bu prosedur bütün idarə heyyəti üzvlərinə şamil edilir.

İctimai birlik olaraq Bakı və regionlarda müxtəlif ekoloji, təhsil, xeyriyyə layihələri həyata keçirmişik. Ekoloji layihələr çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində məktəblilər üçün "Ətraf mühitə dost və təhlükəsiz layihəsi" çərçivəsində tullantıların idarə olunması, kənd təsərrüfatının təbliği, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, tədris zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi və digər ekoloji problemlər ilə bağlı nəzəri və praktik təlimlər keçirdik. Ən çox üstünlük verdiyimiz isə şagirdlərin bütün təlimlərdə praktiki olaraq özlərinin də iştirak etmələri olmuşdu. Belə ki, şagirdlər külək turbinini, günəş panelini özləri istifadə edirdilər, plastik tullantılar üçün özləri qab düzəltdilər, məktəbin həyətində ağaclar əkib dekorativ əşyalar düzəldirdilər.

Ən uğurlu layihələrimizdən biri "Təhsil üçün əl-ələ" layihəsidir. Belə ki, Britaniya məzunları ilə Azərbaycanın müxtəlif bölgələrinə, əsasən, ucqar kəndlərə gedib öz təcrübəmizi şagirdlərlə bölüşürdük. Bu zaman kiçik inşa müsabiqəsi də keçirərək seçilən şagirdlər üçün Bakıda 5 günlük düşərgə təşkil edirdik. Düşərgədə öz sahəsində uğurlu olmuş bir çox mütəxəssislər şagirdlərlə təcrübələri paylaşırdı. Həmin layihəni istədiyimiz kimi effektiv həyata keçirmək üçün elə vaxt olub ki, büdcəmiz kifayət qədər olmadığından vəsaitlərə qənaət etmək üçün hətta rayonlara öz maşınlarımızla gedirdik və öz hesabımıza qidalanırdıq. Hazırda da davam edən bu layihənin məzunları ayrı-ayrı universitetlərdə tələbə olmaqla yanaşı, aktiv sosial fəaliyyətlə də məşğuldurlar.

İctimai birlik olduğumuz üçün hər hansı kommersiya fəaliyyəti ilə məşğul ola bilmədiyimizə görə kənar maliyyələşmədən asılı idik. Həyəta keçirdiyimiz layihələr əksərən Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin inzibati, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və "British Council Azərbaycan"ın maliyə dəstəyi sayəsində mümkün olub. Bu işləri görərkən hər hansı təmənna güdməsək də, insanın etdiklərinin qiymətləndirilməsi böyük motivasiyaverici amildir.

Belə ki, 2018-ci ildə Azərbaycanda ilk dəfə olaraq "Study UK Alumni Awards" (Məzun Mükafatları) layihəsi keçirilirdi. Mən də AUKAA-da sədrlik etdiyim dövrdə yaxın dostlarımın, əsasən, idarə heyətində birlikdə çalışdığımız Orxan Kərimzadənin dəstəyi ilə həyata keçirdiyimiz çoxsaylı layihələr haqqında məlumatları təqdim etdim. Nəticədə "Study UK Alumni Awards" layihəsinin "Sosial təsir" nominasiyası üzrə qalib oldum. Mükafat fondu Britaniyada fərdi inkişaf kursu keçmək üçün 3 min funt sterlinq və AZAL vasitəsilə Bakı-London-Bakı istiqamətləri üzrə təyyarə bileti idi. Həmin mükafat vasitəsilə Britaniyanın London şəhərində 2 həftəlik nüfuzlu "NEBOSH Ətraf mühitin idarə edilməsi" kursunda iştirak edib, imtahandan müvəffəqiyyətlə keçib, beynəlxalq sertifikat əldə etdim. Bu uğur əslində bir komanda işinin nəticəsi idi və həmin mükafat əslində mənimlə bərabər layihələrin reallaşması üçün heç bir təmənna güdmədən əmək sərf edən hər bir kəsin idi.

AUKAA-da sədr kimi fəaliyyətim başa çatsa da, hazırda həm orada, həm də Bakı Xəzər Rotary Klubunda bir çox layihələrə üzv və koordinator kimi dəstək olmağa çalışıram. Hazırda bir neçə xeyriyyə tədbirlərinin həyata keçirilməsi üzərində çalışırıq.
"Ucqar kəndlərə gedib öz təcrübəmizi şagirdlərlə bölüşürdük" - MÜSAHİBƏBununla yanaşı, mövcud ekoloji problemlərin aradan qaldırılmasına daha böyük töhfə vermək üçün bu yaxınlarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yaradılan İctimai Şuraya üzv seçildim.

Uğurdan söhbət düşmüşkən. Uğura aparan yolda hansı keyfiyyətlərin və faktorların varlığı vacibdir?

Mənə görə insanlarla düzgün kommunikasiya qurmaq, səmimi və dürüst olmaq, insan psixologiyasını anlamaq və motivasiyadan düşmədən çox çalışmaq ən mühüm keyfiyyətlərdir. Faktor məsələsinə gəlincə, ətrafında sağlam düşüncəyə və müsbət şəxsi keyfiyyətlərə sahib insanların olması əhəmiyyətlidir. Çünki insanı, ilk növbədə, onun çevrəsi formalaşdırır. Sonda bir məqama diqqət çəkmək istərdim. Bu günə kimi qazandıqlarım can atdıqlarımın və hədəflərimin çox az bir hissəsini təşkil edir. Daha böyük uğurlarımın hələ qarşıda olduğuna inanaraq şəxsi inkişafım üçün məqsədyönlü şəkildə öz üzərimdə daha çox çalışıram.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1126   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel