"Azərbaycan Konstitusiyasında insan hüquqları və azadlıqlarına xüsusi yer ayrılıb"-Politoloq

"Azərbaycan Konstitusiyasında insan hüquqları və azadlıqlarına xüsusi yer ayrılıb"-PolitoloqKonstitusiya vətəndaşların haqq və hüquqlarını zəmanət altına alan, ölkədə sabitlik və rifahı təmin edən önəmli sənəddir. Konstitusiyalar yüz illər boyu vətəndaş-dövlət münasibətlərinin müəyyən çərçivəyə salınması məqsədi ilə ortaya çıxıb .Konstitusiyanın olmaması siyasi xaosa, dövlətlərin çöküşünə gətirib çıxarır. Məhz buna görə, konstitusiyanın yaradılmasının əsas məqsədi hüquq dövlətinin yaradılmasıdır.

Azərbaycan Konstitusiyası Prezident Heydər Əliyevin hakimiyyəti dövründə, xalqın iradəsinin ifadəsi, Sovet rejiminindən qurtuluşun nəticəsi kimi 1995-ci ildə 12 noyabr referendumunda qəbul edilib.

İnsan haqlarının təminatı hakimiyyətdən asılıdır, buna görə də məhkəmə-hüquq sistemindəki islahatlar həyata keçirilməlidir ki, birbaşa konstitusiyada təsbit edilən haqqların qorunması prosesləri güclənsin, yaxşılaşsın. Vətəndaşların haqqları ilə yanaşı, konstitusiya məsuliyyətləri də müəyyən edir, bu səbəbdən başqalarının haqqlarına hörmətlə yanaşmalı, konstitusiyanı bilməli və ona hörmət edilməlidir.

Mövzu ilə əlaqədar politoloq Nəzakət Məmmədova Sonxeber.az-a danışıb. O, bildirdi ki, referendumla qəbul edilmiş Azərbaycan Respublikası konstitusiyasında əsas insan hüquqları və azadlıqları məsələsinə xüsusi yer ayrılıb:

"Burada insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipləri öz əksini tapıb. Burada bərabərlik hüququ, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, yaşamaq, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, əmək, istirahət, sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, mədəniyyət, sağlamlığın qorunması, təhsil, milli mənsubiyyət, ana dilindən istifadə, şərəf və ləyaqətin müdafiəsi, sərbəst toplaşmaq, fikir və söz azadlığı, vicdan, yaradıcılıq, məlumat azadlığı, vətəndaşlıq hüquqları öz əksini tapıb. Bundan başqa, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak, dövlətin idarə olunmasında iştirak, seçki hüququ, birləşmək, azad sahibkarlıq hüququ, hüquqi yardım almaq, məhkəməyə müraciət etmək hüquqları təsbit olunub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları, siyasi sığınacaq hüququ da konstitusiyada özünə yer tutur. Dövlət və vətəndaş bir-biri qarşısında hüquq və vəzifələrə malikdirlər. Dövlətin vətəndaş, vətəndaşın da dövlət qarşısında qarşılıqlı hüquq və vəzifələri mövcuddur. Ona riayət olunması hər bir vətəndaşın borcudur, necə ki, dövlət başçısı məmurların xalqın xidmətçisi olduğunu daima vurğulayır. ABŞ prezidenti Kennedinin belə bir fikri var: "soruşma ki, vətən sənin üçün nə edib, soruş ki, sən vətən üçün nə etmisən". Bu baxımdan həm dövlət, həm vətəndaş öz vəzifələrini layiqincə yerinə yetirdikdə, həmin dövlət və cəmiyyət güclü olur".

Lamiyə Məmmədova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 944   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021