Azərbaycanda yeni fındıq bağları salınır: yüzlərlə yeni iş yeri, bol məhsul gözlənilir

Azərbaycanda yeni fındıq bağları salınır: yüzlərlə yeni iş yeri, bol məhsul gözlənilirBir neçə gündür sosial şəbəkələrdə Şəki və Qax bölgəsində iki min hektardan çox meşə ərazisinin qırılaraq şumlanması ilə bağlı videogörüntülər yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 49 illik icarəyə verilən bu torpaqlarda fındıq bağlarının salınması planlaşdırılır.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə Zaqatala, Qax, Şəki, Oğuz və bir sıra rayonların ərazisində olan açıq meşə sahələri aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilib.

"Bu da meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, meyvə bolluğunun təmin olunması, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. Yeni salınacaq bağ sahələri müasir damcılı suvarma sistemləri ilə təmin olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə fondunun açıq sahələrinin bundan sonra da uzunmüddətli icarəyə verilməsi davam etdiriləcək", - nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.
Azərbaycanda yeni fındıq bağları salınır: yüzlərlə yeni iş yeri, bol məhsul gözlənilirArtıq Şəki rayonu Cunud və Baş Layısqı, Bideyiz, Köbər Zəyit və Qaxın Qaşqaçay kəndləri yaxınlığındakı meşə fondu torpaqlarının bir neçə yüz hektarının şumlandığı bildirilir. Bu ərazilərdə işlərini həyata keçirən şirkətlərdən biri də "Monte Ferro Aqroparkı"dır. Adı çəkilən şirkət "AGA Group"un şimal qərb bölgəsindəki təmsilçiliyidir və Şimal Qərb regionunda ərazilərində geniş sahəni əhatə edən fındıq bağının salınması layihəsini həyata keçirir.
Şirkətin saytında yerləşdirilən məlumatdan aydın olur ki, təsis olunduğu gündən etibarən fındıqçılıq təsərüfatını yaratmaq məqsədilə 3000 ha torpaq sahələri əldə edilib. Hal hazırda heç vaxt, heç kim tərəfindən istifadə olunmayan əkinə və bağçılığa yarasız sayılan təqribən 1485 ha sahədə yeni fındıq bağları salınıb və salınmaqda davam edir. 2022 ci ilə kimi fındıq bağların ümumi sahəsi 5000 hektara çatdırılması planlaşdırılır. "Monte Ferro Aqroparkı" 2021-ci ildə müasir standartlara cavab verən fındıq emalı zavodunun tikintisini həyata keçirmək, fındıq yağının və fındıq qabıqlarından breket istehsalını planlaşdırır.
Azərbaycanda yeni fındıq bağları salınır: yüzlərlə yeni iş yeri, bol məhsul gözlənilirQeyd edək ki, əvəllər həmin ərazilərdə meşə fonduna daxil olan torpaqlar istifadəyə tamamilə yararsız olub. "Monte Ferro Aqroparkı" tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi müqavilə ilə 49 illik icarəyə götürülüb.

Xatırladaq ki, dövlət başçısı da keçirdiyi müşavirədə fındıqçılığın inkişaf etdirilməli olduğunu bildirmişdi və bununla bağlı tapşırıqlarını vermişdi.

Azərbaycanda yeni fındıq bağları salınır: yüzlərlə yeni iş yeri, bol məhsul gözlənilir


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1787   Tarix: 19 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel