"ABŞ 5-10 min dığaya maliyyə yardımı göstərir ki, silahlanıb yeni-yeni soyqırımlar törətsinlər?!"- Millət vəkili

"ABŞ 5-10 min dığaya maliyyə yardımı göstərir ki, silahlanıb yeni-yeni soyqırımlar törətsinlər?!"- Millət vəkiliABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Vaşinqtonun mövqeyi barədə məlumat verib. Səfir sosial şəbəkədə canlı yayım zamanı "Dağlıq Qarabağ məsələsinə dair ABŞ ədalətli mövqe tutursa, onda niyə Ermənistana qarşı nəinki sanksiya tətbiq etmir, hətta işğalçı ölkəyə maliyyə yardımı göstərir?" sualına belə cavab verib: "Sizi inandırım ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ üçün də mühüm əhəmiyyət daşıyır. Həmçinin bu məsələni keçirdiyim hər görüşdə müzakirə edirəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir və bu baxımdan hər iki tərəflə əməkdaşlıq edir, münaqişənin dinc yolla həlli yollarını axtarmaq öhdəliyinə sadiq olduğunu göstərir. Atdığımız addımlar Helsinki Yekun Aktı çərçivəsindədir. Bir daha ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu vurğulamaq istərdim. Əslində sanksiya tətbiq etməkdənsə, tərəflər arasında təmasların qurulması üçün və son nəticədə münaqişənin həllinə nail olmaq üçün hər iki tərəflə çalışmağı üstün tuturuq".

Bununla bağlı Sonxeber.az-a danışan deputat Elman Məmmədov bildirib ki, ABŞ səfirinin müsahibəsi tamamilə Amerikanın bu məsələ ilə bağlı siyasətini özündə əks etdirir: "Burada təəccüblü bir şey yoxdur. Demokratiyadan, insan hüquqlarından danışan ABŞ 1992-ci ildə fevralın 25-dən 26-sına keçən gecə ermənilərin Xocalda törətdikləri soyqırımdan sonra Ermənistana yox, Azərbaycana qarşı iqtisadi sanksiya tədbiq etdi. 28 ilə yaxındır ki, tanınmamış, cinayətkar, terrorçu qurum Qondarma Dağlıq Qarabağ Respublikasına hər il Ermənistandan əlavə maliyyə yardımı ayırır. Budurmu ABŞ-ın ədaləti, demokratiyası, insan hüquqlarının qoruması? 5-10 min dığaya maliyyə yardımı göstərir ki, onlar yaxşı yaşayıb, silahlanıb yeni yeni soyqırımlar törətsinlər. Onların cinayətkar əməllərinə görə bir milyondan artıq insanın bütün hüquqları pozulub. Bu günə kimi ABŞ ermənilərə bizə qarşı törətdikləri vəhşiliklərə görə hər hansı bir sanksiya tədbiq edibmi? Əlbəttə xeyir. Bu yaxınlarda tanınmamış separatçı qurumun rəhbərlərini dəvət edib, konqresində, senatında və digər rəsmi, qeyri-rəsmi qurumlarında dinləmələr keçirdi. Onlara əlavə köməklər edib, ilhamlandırdı. Sanki düz ediblərmiş kimi və ya bundan artığını da edə bilərsiniz, biz sizin arxanızdayıq. ABŞ dünyanın böyük dövlətlərindən biridir. Bu dövlət BMT-nin Təhlükəsizlik Şurasının aparıcı 5 dövlətindən biri hesab olunur. ABŞ Dağlıq məsələsində həllində vasitəçi dövlət mandatına malikdir. Ona görə də o tərəfsiz mövqedə dayanmalıdır. Ancaq onlar hər zaman ermənilərin tərəfindədirlər. Sanki bu işğala bəraət qazandırıb, həmişə kömək edirlər".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1224   Tarix: 20 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel