Sürücülərin nəzərinə: Etibarnamələrin verilməsi elektronlaşdırıldı

Sürücülərin nəzərinə: Etibarnamələrin verilməsi elektronlaşdırıldı"myGov" platforması üzərindən məkandan asılı olmayaraq, həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə olunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu, Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Vətəndaşlar "myGov" şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Eyni zamanda, xidmətin həyata keçirilməsi üçün zəruri olan məlumatları əldə etmək mümkündür.

Yəni etibarnamənin yaradılması ilə bağlı müvafiq məlumatlar daxil edildikdən sonra vətəndaş "ASAN ödəniş" sistemi üzərindən ödəniş etməklə müraciətini tamamlayır. Sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir.

Sonda vətəndaşın şəxsi kabinetində bildiriş vasitəsi ilə etibarnamə müraciətinin statusu ilə bağlı məlumat göndərilir. "Elektron hökumət" konseptinin müasir versiyası olan "myGov" portalı vasitəsilə vətəndaşlara nikah üçün müraciətin və doğumun elektron qaydada qeydə alınması prosesi kimi digər ədliyyə xidmətləri də göstərilir.

Portal üzərindən ilkin olaraq 19 dövlət və 16 bildiriş xidməti təqdim olunur. Bundan başqa, "myGov" portalından "eAgro", "eSatınalma, "Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi", "ASAN ödəniş", "eSosial", "Birja Auksion" sistemlərinə keçid mümkündür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında" 2018-ci il 14 mart tarixli Fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi prioritet kimi müəyyənləşdirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1149   Tarix: 02 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəli

29 mart
.

NK qərarından sonra kütləvi satış başladı: Minlərlə "Prius"un aqibəti necə olacaq?

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti il

29 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib. Bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:. "Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunu

29 mart
.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?

Martın 3-də keçirilən imtahanın nəticəsi növbəti həftə ərzində açıqlanacaq. Bu barədə Trend-in sualına cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, martın 10-da olan imtahanın nəticəsinin isə aprelin 8-dən sonra elan ediləcək. Xatırıladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-d

29 mart
.

"Seyran Ohanyan həbs olunmalı və layiq olduğu cəzanı almalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart