"Vasmoy" bazarında satılan kolbasalarda at əti aşkarlandı - Fotolar

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında orqanoleptik göstəricilərində əsaslı şübhələr olan "Delikat" və "Nur" əmtəə nişanlı kolbasa məmulatları aşkar edilib.

Bazarın ərazisində fəaliyyət göstərən fiziki şəxs Süleymanov Vüqar Tofiq oğluna məxsus ərzaq mağazasında satılan, markalanmasında Bakı şəhəri, Nizami r-nu, Keşlə qəsəbəsi, Mikayıl Əliyev küçəsi, 3 ünvanında fiziki şəxs V.Həsənov tərəfindən istehsal olunduğu qeyd olunan "Delikat" əmtəə nişanlı bişmiş hisə verilmiş kolbasanın qlafının alt hissəsində standarta uyğun olmayan iri qara ləkələr, eyni zamanda xarab olma əlamətləri, həmcins olmayan konsistensiya, ağ qatı məhlulun müxtəlif sahələrində topa halında yığılması kimi məhsula xas olmayan əlamətlər müəyyən olunub.

Həmin bazarın ərazisində səyyar şəkildə taxta altlıqlar üzərinə qoyularaq saxlanılma rejiminə riayət olunmadan satışı həyata keçirilən, markalanmasında Bakı şəhəri, Xəzər r-nu, Şimal Dress Kooperativ k. 31 ünvanında fiziki şəxs Həsənov tərəfindən istehsal olunduğu qeyd olunan "Nur" əmtəə nişanlı bişmiş hisə verilmiş kolbasa məhsullarının da keyfiyyəti ilə bağlı şübhələr yaranıb.

Adıçəkilən məhsul nümunələrinin keyfiyyət və təhlükəsizliyinin yoxlanılması məqsədilə komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) qida laboratoriyasında sınaqları aparılıb. Sınaq nəticələrinə əsasən hər iki məhsulun at ətindən hazırlandığı, təhlükəsizlik göstəricilərinə görə standartın tələblərinə cavab vermədiyi müəyyən olunub. Araşdırmalar davam etdirilir.

Faktla bağlı hüquqi qiymət verilməsi üçün toplanmış materiallar aidiyyəti orqanlara göndərilib.

"Vasmoy" bazarında satılan kolbasalarda at əti aşkarlandı - Fotolar"Vasmoy" bazarında satılan kolbasalarda at əti aşkarlandı - Fotolar"Vasmoy" bazarında satılan kolbasalarda at əti aşkarlandı - Fotolar"Vasmoy" bazarında satılan kolbasalarda at əti aşkarlandı - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2139   Tarix: 21 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı

Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klinikadan evə buraxılıb. Bu barədə -a Xalq şairinin köməkçisi Arif Mehmandost açıqlama verib. Onun sözlərinə görə, N.Həsənzadə müalicəsini ev şəraitində davam etdirəcək:. "Həkim bildirib ki, vəziyyəti yaxşıdır və bayramı evdə keçirə bilər. Müalicəs

31 dekabr 2025
.

Bayram günlərində avtomobillərini nizamsız park edənlərin diqqətinə

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən, binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı müraciətd

1 yanvar
.

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək?

Benzin və dizel yanacağında müşahidə olunan qiymət artımı taksi xidmətlərinin tariflərinə də təsir edə bilər. Xəzər TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, yanacaq qiymətlərindəki dəyişiklik, ümumilikdə, bir çox sahələrdə qiymətlərin paralel artımına səbəb olur. Artımın nisbətə

1 yanvar
.

Üzünüzə sürtüb yatın - Səhər qırışlar yox olacaq

Üzüm çəyirdəyi yağı dərini gəncləşdirmək və müxtəlif dermatoloji problemləri aradan qaldırmaq üçün ən effektiv təbii vasitələrdən biri hesab olunur. xəbər verir ki, mütəxəssislər üzüm çəyirdəyindən əldə edilən yağın kollagen istehsalını artıraraq yaşlanma əlamətlərini minimuma endirdiyini bildirirlər

2 yanvar
.

Prezident nəvələri ilə Şahdağda xizək sürdü - FOTOLAR

Prezident İlham Əliyev ailəsi ilə birlikdə Şahdağa gedib. Axşam.az xəbər verir ki, bu barədə nəvəsi Əli Ağalarov sosial şəbəkədə paylaşım edib. O, Prezident İlham Əliyev və anası Leyla Əliyevanın da yer aldığı fotoya "Bu gün babamla xizək sürdük" sözlərini əlavə edib

3 yanvar
.

Zakir Həsənov ABŞ nümayəndələri ilə hərbi əməkdaşlığı müzakirə edib

Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əlaqələrin inkişaf məsələləri müzakirə edilib. Müdafiə Nazirliyindən -a verilən xəbərə görə, bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Malli

4 yanvar
.

Məktəblər bağlana, dərslər təxirə salına bilər - "Hazırda..."

Qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü günlərdə valideynləri və şagirdləri ən çox narahat edən məsələlərdən biri də məktəblərdə dərslərin taleyidir. Yolların buz bağlaması fonunda dərslərin gec başlanması və ya təxirə salınması mümkün ola bilərmi?. Mövzu ilə bağlı -a danışan təhsil eksperti Rami

3 yanvar
.

Bu həftə sonu Super Ay hadisəsi yaşanacaq

2026-cı ilin ilk Super Ay hadisəsi bu həftə sonu baş verəcək. xəbər verir ki, səma şousunu yanvarın 3-də müşahidə etmək mümkün olacaq. Bu barədə NASA-nın Planet Elmləri, Geologiya, Geofizika və Geokimya Laboratoriyasının direktoru Noa Petro bildirib. Qeyd edilib ki, Super Ay o qədər parlaq və böyük olaca

3 yanvar
.

Bir əkiz təcili yardım maşınında, digəri isə xəstəxanada dünyaya gəldi - FOTO

1 yanvar tarixində Nizami rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini uğurla həyata keçirib. xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Nəzrin Adıgözəlzadə məlumat yayıb. O bildirib ki, çağırı

2 yanvar